13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

10 BEYNƏLXALQ TƏŞKİLAT EYNULLA İLƏ GÖRÜŞ İSTƏYİR

2010-09-08

Məhbus baş redaktorun apelyasiya şikayəti üzrə məhkəmə təxirə salındı

Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəməyə hazırlıq iclası davam edir. Dünənki iclasda hakim məhbus baş redaktora müraciət edərək protokollarla tanış olub-olmadığı ilə maraqlandı: “Əgər siz Qaradağ Rayon Məhkəməsinin protokolları ilə tanış olmağa əlavə vaxt istəyirsinizsə, biz sizə əlavə vaxt verərik. Qarşıdan bayram gəlir, tətil olacaq. Növbəti iclası bayramdan sonraya təyin edə bilərik”.

E.Fətullayev hakimin təklifi ilə razılaşaraq ona təşəkkürünü bildirdi və vəsatətlə çıxış etdi: “Bir-iki sənəd təqdim etmək istəyirəm. 10 beynəlxalq təşkilat mənimlə görüşmək üçün sizə müraciət edib. Məktub məndədir. Müraciəti birbaşa sizin adınıza yazıblar. Xahiş edirəm görüşümüzə şərait yaradın”.
Məhbus baş redaktor məktubu hakimə təqdim etdi. Hakim isə “müraciət mənim adıma olmamalıdır. Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etsinlər. Ondan sonra görüşün” dedi. E.Fətullayevin vəkili İsaxan Aşurov isə hakimlə razılaşmadı: “Belə hallarla bağlı qanunda boşluq var. Amma ədliyyə nazirinin T-35 saylı əmri var. Həmin əmrdə göstərilir ki, bu cür görüşlərə məhkəmə heyəti, hakim qərar verməlidir. Avropa Şurası qarşısında öhdəliklər götürmüşük. Bu təşkilatların burada qısa vaxtda olmasını nəzərə alaraq onlara Fətullayevlə görüşünə icazə verilməlidir”.
Hakim: “Mən etiraz etmirəm. Bu məsələyə qayıdacağıq”.
Daha sonra E.Fətullayev seçkilərdə namizəd olacağını hakimin diqqətinə çatdırdı. Dedi ki, seçkiyə namizəd kimi qatılması üçün şəxsiyyət vəsiqəsinin ona təqdim olunması ilə bağlı saxlanıldığı Bakı İstintaq Təcridxananın rəisi Elxan Sadıqova yazılı müraciət edib. E.Fətullayev o məktubun surətini də hakimə təqdim etdi. Bundan sonra məhkəmə sentyabrın 17-si, saat 11:00-a qədər təxirə salındı. Prosesdə jurnalistlərlə yanaşı Fransa, ABŞ səfirliklərinin, Avropa Şurasının nümayəndələri də iştirak edirdi.
Xatırladaq ki, E.Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib. Ona 2009-cu ilin dekabrında narkotik saxlama ittihamı ilə daha bir cinayət işi başlanıb və bu il iyulun 6-da 2 il 6 ay həbsə məhkum olunub. Narkotik biabırçılığına görə məhkəməyə müraciət edən Fətullayev hazırda saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev, onun müavini Aydın Abbasov və əməliyyat şöbəsinin rəisi Kərəm Şirinov barədə qərar çıxarılmasını tələb edir. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Fətullayev barədə çıxarılmış bütün hökmləri bu il aprelin 22-də qanunsuz elan edərək onun dərhal azadlığa buraxılması və baş redaktora 25 min avro kompensasiya ödənilməsi haqda qərar qəbul edib. Dünya isə jurnalisti vicdan məhbusu sayır.

E.QƏDİMOV

1102 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB

[12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

ARXIV

Yeni MÜSAVAT © 2008