12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

BİR AYDA 44 FAKT...

2010-09-08

Avqust ayında da jurnalistlər döyülüb, qəzetlər məhkəməyə verilib, redaksiyalar təhdid olunub

Demokratik Jurnalistlər Liqası 2010-cu ilin avqust ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı apardığı monitorinqin nəticələrini elan edib. Nəticələrə görə, avqust ayı ərzində 44 fakt qeydə alınıb. İlk hadisə avqustun 2-də baş verib. “Azadlıq qəzetinin əməkdaşları “Azərbaycan” nəşriyyatına buraxılmadığı üçün sözügedən nəşr işıq üzü görməyib. Avqustun 10-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “ Xural ” qəzetinə qarşı Nərimanov rayon məhkəməsində qaldırdığı mülki iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. Xatırladaq ki, iddiaya səbəb “Xural” qəzetinin 6-12 dekabr 2009-cu il tarixli 045 (357) saylı buraxılışında çap olunmuş “Mehrac Babayevi kimlər vurur?” başlıqlı məqalə səbəb olub. Sözügedən məqalədə barəsində yalan məlumatlar yayıldığı qənaətinə gələn R.Arifoğlu iddia ərizəsində “Xural” qəzetinin təkzib verərək üzr istəməsini və “Xural” qəzetindən 25.000 (iyirmi beş min manat) tutularaq “Yeni Müsavat” qəzetinin hesabına köçürülməsini istəyib.

Avqustun 10-da Media Monitorinq İnstitutu İctimai Birliyinin təsisçiləri - “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Turan-servis” MMC-nin rəhbəri Samir İsmayılov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Avropa Məhkəməsinə şikayət göndəriblər. Buna sözügedən qurumun Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmaması səbəb olub. Bu barədə təsisçilərin Ədliyyə Nazirliyinə qarsı Yasamal Rayon Məhkəməsində qaldırdıqları iddia icraata götürülməyib, apelyasiya və kassasiya şikayətləri isə təmin edilməyib.
Avqustun 13-də “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyevin “Yeni Müsavat” qəzetinin baş redaktoru və təsisçisi Rauf Arifoğluna və onun 1-ci müavini Azər Ayxana qarşı xüsusi ittiham qaydasında qaldırdığl iddia üzrə Yasamal Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Prosesə sədrlik edən hakim xüsusi ittihamın rədd edilməsinə qərar verib.
Avqustun 17-də iyulun 11-dən 14-dək Ermənistana səfər edərək “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransa qatılan jurnalist Asəf Quliyev mətbuatda bildirib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən (AzTV) işdən çıxarılıb.
Avqustun 19-da özünü “Azad Azərbaycan” qəzetinin şöbə müdiri kimi təqdim edən Bakı şəhər cakini, 1974-cü il təvəllüdlü Vasif Bayram oğlu Paşayev Bakı şəhəri, 1 saylı dəri-zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovdan santaj yolu ilə 1200 manat rüşvət tələb edərkən həbs olunub.
Avqustun 24-də "Yeni Müsavat" qəzeti redaksiyasının və qəzetin baş redaktoru Rauf Arifoğlunun Nərimanov rayon məhkəməsində “Xural” qəzetinin redaksiyasına qarşı mülki iddiası üzrə keçirilən məhkəmə prosesihdə iddiaçı və cavabdeh tərəfin barışıq ərizələri əsasında prosesə sədrlik edən hakim iş üzrə icraata xitam verib.
Avqustun 24-də “Yeni Müsavat” qəzetinin redaksiyasına hədə-qorxu və təhqiredici zənglər daxil olub. “Yeni Müsavat” qəzetinin 19 avqust tarixli sayında gedən “Naxçıvanda şeytanı lənətləmək qadağan olunub” başlıqlı yazı ilə əlaqədar olaraq, özünü naxçıvanlı kimi təqdim edən bir qrup şəxs qəzet redaksiyasına zəng edərək, kollektivi təhqir edib və hətta redaksiyanı partladacaqları ilə hədələyiblər. “Yeni Müsavat”ın rəhbərliyi olayla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Nizami rayon Polis İdarəsinə müraciət edib.
Avqustun 30-da  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Qəmbər Qəmbərov və “Turan” İ.A-nın əməkdaşı Rasim Əliyev 7-ci mikrorayondakı qəbiristanlığın bir hissəsinin köçürülməsinə etiraz edən vətəndaşların keçirdiyi aksiyadan çəkiliş aparmaq istəyərkən Prezident Administrasiyasının qarşısında mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqlə üzləşiblər.

Sevinc TELMANQIZI

555 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008