|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək” Forumu öz işinə başlayıb. Dünən forum təşkilatçıları Azərbaycan Media Mərkəzində keçirdikləri mətbuat konfransında bu barədə məlumat verdilər. Tədbiri giriş sözü ilə açan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, forumun keçirilməsi barədə təklif yarım il əvvəl irəli sürülüb. Onun sözlərinə görə, o vaxt cəmiyyətdə növbəti dəfə söz azadlığı və mətbuatla bağlı vəziyyət gərgin idi. “Belə bir fikir yarandı ki, söz və ifadə azadlığının müdafiəsi ictimai missiyadır” deyən çıxışçı daha sonra forumun keçirilmə səbəblərinə də toxundu: “Çoxplanlı aksiya kimi forum vətəndaş cəmiyyətinin bu istiqamətdə səylərinin konsolidasiyasına, hökumət və digər sektorlarla dialoq və əməkdaşlıq üçün platformanın yaradılmasına çalışır. Prinsipcə, bu tədbirə ictimai dəstək forumu kimi baxmaq lazımdır. Amma istərdik ki, hökumət orqanları heç olmasa foruma loyal münasibət bəsləsin”. A.Əliyev artıq forumla bağlı vərəqələrin küçələrdə paylandığını da dedi. Xatırladaq ki, həmin vərəqələrdə ifadə azadlığı ilə bağlı bütün lazımi məlumatlar əks olunub. Çıxışçı onu da dedi ki, hətta vərəqələrlə tanış olanlar “siz müxalifətdənsiniz” sualını yönəldiblər: “Bizsə bildiririk ki, bu aksiyanın siyasi yönü yoxdur. Biz göstərmək istəyirik ki, Azərbaycan ictimaiyyəti diri ictimaiyyətdir, ifadə azadlığına əzmini göstərir. Sərhədlərimiz genişdir, heç bir siyasi yönü olmadan hər kəsi bu aksiyaya dəvət edirik”. Sevinc TELMANQIZI 566 dəfə baxılıb
|
[13.02.2012] - DÜNYADA JURNALİSTLƏRLƏ REDAKTORLAR KƏLLƏ-KƏLLƏYƏ GƏLİB [12.02.2012] - EYNULLA FƏTULLAYEV DAHA BİR BEYNƏLXALQ MÜKAFAT ALDI [11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI [10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI [10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA [10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB [10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ [10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK [09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI? [08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR” [07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ [07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ [07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR” [07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR [07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ [05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR [05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU [02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ [02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ [02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”... |
| Yeni MÜSAVAT © 2008 |
|