12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

JURNALİSTLƏR SEÇKİYƏ HAZIRLAŞIR

2010-09-08

Sentyabrın 7-də “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsində iştirak edən KİV-lərin əməkdaşları üçün təlim keçirib. Təlimdə jurnalistlərə seçkilərin izlənməsi, beynəlxalq standartlar, seçki qurumlarının funksiyaları, parlament seçkilərinin hüquqi bazası mövzularında, həmçinin seçkilər zamanı jurnalistlərin hüquq və səlahiyyətləri haqda bilgilər verilib. Seçki üzrə mütəxəssis Anar Məmmədli və hüquqşünas Azər Qasımov jurnalistlərin suallarını cavablandırıblar. Burada seçki öncəsi siyasi mənzərəni ifadə edən ilk fotosessiya da nümayiş etdirilib. Jurnalistlər Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hazırladığı “Azad seçki” mahnısını isə alqışla qarşılayıb.

Xatırladaq ki, “Azərbaycanda 2010-cu il parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması” layihəsini Açıq Cəmiyyət İnstitutu Yardım Fondu maliyyələşdirir və məqsəd parlament seçkilərinin KİV-də obyektiv, qərəzsiz və dolğun işıqlanmasına yardım etməkdir. Bunun üçün daha böyük oxucu auditoriyasına sahib olan və müstəqil xəbər yayımında rolu yüksək olan KİV-lər layihə iştirakçısı seçilib. Layihə çərçivəsində bu KİV-lərin seçkidən yazan xüsusi müxbirlərinə təlim keçirilir, onlara texniki yardım göstərilir, seçki ilə bağlı çalışan QHT-lərlə onların əlaqələrinin yaradılmasına, bölgələrə ezam edilmələrinə dəstək verilir.

448 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - QƏZETLƏR QAR VƏ MER FƏLAKƏTİNİN ZİYANINI HESABLADI

[10.02.2012] - QARABAĞLA BAĞLI SAYT YARADILDI

[10.02.2012] - QƏNİMƏT ZAHİD AD GÜNÜNDƏ İSTANBULDA

[10.02.2012] - UMUD RƏHİMOĞLU BMT-nin TOPLANTISINA QATILIB

[10.02.2012] - ƏL YAYIMINA QAR VƏ ABUTALIBOV MANEƏSİ

[10.02.2012] - İKİ UŞAĞI YANAN JURNALİST EKSPERTİZA İDARƏSİNİ MƏHKƏMƏYƏ VERƏCƏK

[09.02.2012] - ÇƏKİLİŞİ YARIMÇIQ SAXLANAN “ƏN YENİ TARİX” YAYIMLANMALIDIRMI?

[08.02.2012] - “RATİ-ni BAĞLAMAQ İSTƏYİRLƏR”

[07.02.2012] - SABAH QƏZETLƏR ÇIXACAQ

[07.02.2012] - MƏHKƏMƏ RAFİQ TAĞININ AİLƏSİNİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

[07.02.2012] - “... AİLƏM HƏTTA CİBUTİYƏ DƏ YERLƏŞƏ BİLƏR”

[07.02.2012] - “XURAL” QƏZETİNİN İKİ ƏMƏKDAŞININ QARŞILIQLI İTTİHAMLARI DAVAM EDİR

[07.02.2012] - TÜRKİYƏ SƏFİRİ MEDİA KAPİTANLARI İLƏ NAHARDA BİR ARAYA GƏLDİ

[05.02.2012] - RAFİQ TAĞININ ÖLÜMÜ İLƏ BAĞLI SENSASİON İDDİALAR

[05.02.2012] - “XURAL” QƏZETİ İLƏ BAĞLI MÜBHƏM FAKT MƏLUM OLDU

[02.02.2012] - ÖLKƏ SABAHI QƏZETSİZ QARŞILAYACAQ

[02.02.2012] - MƏTBUAT ŞƏHƏRCİYİNİN YARIMÇIQ TİKİLİSİNDƏN REPORTAJ

[02.02.2012] - İQTİDAR MƏTBUATININ XARİCİ MEDİA İLƏ “SAVAŞI”...

[02.02.2012] - AYDIN QULİYEV İTTİHAMLARA CAVAB VERDİ

[01.02.2012] - “AZAD MEDİA ÖLÜM AYAĞINDADIR”

ARXIV

Yeni MÜSAVAT © 2008