23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Media

“YENİ MÜSAVAT” OXUYAN TƏLƏBƏ HÜCUMA MƏRUZ QALIB

2011-05-01

Rüfət Əliyevi buna görə hətta polisə də aparmaq istəyiblər

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda maraqlı hadisə baş verib. azxeber.com saytının məlumatına görə, universitetin 2 saylı təhsil binasında dayanan bir gənc “Yeni Müsavat” qəzeti oxuduğu üçün mühafizəçilər tərəfindən kobudcasına çölə çıxarılıb.

Hadisə ilə bağlı portalın əməkdaşları həmin gənclə görüşüb. Qərb Universitetinin tələbəsi olduğunu söyləyən Rüfət Əliyev hadisənin təfərrüatları barədə danışıb: “Universitetin qapısında müəlliməyə dərslə bağlı vərəqlər verəcəkdim. BDU-nun tələbəsi olmadığım üçün məni yalnız qapının qarşısında gözləməyə icazə verdilər. Mənsə bir kənarda sakitcə müəlliməmi gözləyirdim. Bu zaman özünü mühafizəçilərin rəisi kimi təqdim edən bir şəxs mənə yaxınlaşdı və əlimdəki "Yeni Müsavat" qəzetini gördü. Həmin şəxs mənə “Bu nə qəzetdi, başqa qəzet tapmadın oxumağa?” deyərək qolumdan tutdu və itələdi. Mənsə bunun səbəbini anlamadığımı və hər kəsin qəzet oxumaq hüququmun olduğunu söylədim. Onlar isə buna məhəl qoymadan məni çölə çıxartmağa çalışdılar, mənə kobudluq etdilər".
Tələbə hətta onu bölməyə aparmaq istədiklərini də söyləyib. Heç bir partiya üzvü olmadığını deyən R.Əliyevin sənədlərini də yoxlayıblar: “Bəli, mən onlara sadəcə dərs vəsaitlərini vermək üçün burada olduğumu söylədim. Onlar da mənim tələbə biletim olmadığı üçün haqlı olaraq qapıda gözləməyimi xahiş etdilər. Mən də razılaşdım. Sonra isə əlimdə "Yeni Müsavat"ı görüb mənə aqressiv davranmağa başladılar".

Elmin BƏDƏLOV

1070 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - “XIRDALAN” PİVƏSİNİN SİYASİLƏŞMƏSİ

[23.05.2012] - AĞIR ŞARTLAR ALTINDA

[23.05.2012] - “EUROVİSİON” MÜSTƏQİL MEDİANI ÇÖKDÜRÜB?

[23.05.2012] - ATV-nin BAŞ PRODÜSERİ İŞDƏN UZAQLAŞDIRILDI

[23.05.2012] - “İZDİVAC VERİLİŞLƏRİ İLƏ BAĞLI BİZİM QƏRARIMIZ YOXDUR, TÖVSİYƏMİZ VAR”

[23.05.2012] - AZƏRBAYCAN “EUROVİSİON”dan SONRA

[22.05.2012] - 50 MİLYON DA ŞİBYƏ BAYRAMINA

[22.05.2012] - “VAHİD MUSTAFAYEVİN ETİRAFI GECİKMİŞ REAKSİYADIR”

[22.05.2012] - REPORTYORLAR “FÖVQƏLNAZİR”in VİCDAN SÖHBƏTİNƏ CAVAB VERDİ

[21.05.2012] - SƏHVİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[20.05.2012] - ANS PREZİDENTİ “TOY OLSUN”a TOY TUTANLARA OD PÜSKÜRDÜ

[20.05.2012] - ZÜMRÜD YAĞMUR YENİ KİTABINI TƏQDİM ETDİ

[20.05.2012] - “TUNİSİN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYDƏN SONRA GÖRDÜYÜM İKİNCİ SADƏ DÖVLƏT BAŞÇISI İDİ”

[19.05.2012] - DEPUTATIN YAZI OĞURLUĞU

[19.05.2012] - ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ SMS SÖHBƏTİ

[18.05.2012] - BU GÜN ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİDİR

[18.05.2012] - “EUROVİSİON”a QARŞI KİBER MÜHARİBƏ

[18.05.2012] - “PUL VERİB, NORMAL ADAM İŞƏ GÖTÜRƏ BİLMİRLƏR?”

[18.05.2012] - MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI HAQDA HESABAT YAYDI

[17.05.2012] - NAZİRDƏN MULTFİLM HƏDİYYƏSİ

ARXIV

Yeni MÜSAVAT © 2008