|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ağcabədi rayon Taynaq kənd sakini, riyaziyyat müəllimi Hafiz Hacıyev yazır ki, səbəbi ona məlum olmadan çalışdığı məktəbdən işdən çıxarılıb. Onun sözlərinə görə, direktor Ələsgər Məmmədov məktəbə qonşu kənddən riyaziyyat müəllimi gətirdib və onu işdən azad edib. “Üç ildir ki, bu məktəbdə riyaziyyat müəllimi işləyirəm. Məndən başqa məktəbdə bir riyaziyyat müəllimi var və dərs yükü onunla aramızda bölüşdürülmüşdü. Öz işimin öhdəsindən layiqincə gəldiyim halda direktor yarım ilə yaxındır ki, məni işdən azad edib. Məlumat üçün bildirim ki, mən 2003-cü ildə Azərbaycan Pedaqojı İnstitutunun riyaziyyat fakültəsini bitirmişəm, cəbhə bölgəsində hərbi xidmətimi başa vurduqdan sonra rayon təhsil şöbəsindən öz kəndimizdəki sözügedən məktəbə riyaziyyat müəllimi təyin olunmuşam. Mərhum atam tarix-coğrafiya müəllimi Bayram Hacıyev də vaxtilə bu məktəbin direktoru olub və həmin vaxtlarda təhsil problemlərinin həlli ilə əlaqədar məktəbdə ciddi qaydalar tətbiq edib. Bunu məktəb kollektivi və Ağcabədi təhsil şöbəsində yaxşı bilirlər. Lakin orta ixtisas təhsilli, bədən tərbiyə müəllimi olan indiki direktor o vaxt bu qaydalara görə atamla qərəzli münasibətdə olub və bu qərəz bizim ailəyə qarşı yenə də davam etməkdədir. Anam məktəbin həyətində Ələsgər Məmmədovdan mənim işdən çıxarılmağımın səbəbini soruşduqda o, layiqsiz ifadələrlə anamı təhqir edib və deyib ki, get, nə bilirsən onu et. Bununla əlaqədar Ağcabədi rayon polis bölməsinə də məlumat verilib”. SEVİL 904 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|