|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ağdam rayonu Üçoğlan ərazi nümayəndəliyinin Səfərli kənd sakini Kifayət Quliyeva redaksiyamıza göndərdiyi məktubda iki şəhid anası olduğunu yazıb. Onun dediyinə görə, yaşamaq üçün yararlı olmayan bir daxmada yaşayır. Bununla əlaqədar o, Ağdam rayon səlahiyyətlilərinə müraciət etdiyini bildirir: «Çiy kərpicdən ibarət yararsız daxmada yaşayırıq. Buna görə də dəfələrlə aidiyyəti qurumlara müraciət edərək yaşayış yeri ilə təmin olunmağımızı xahiş etmişəm. Ancaq bütün müraciətlərimiz cavabsız qalıb. Bu ilin fevralında isə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyevə müraciət edərək Quzanlı qəsəbəsindən bizə 10 sot torpaq sahəsi ayrılmasını xahiş etdik. Nəticə ilə maraqlananda icra hakimiyyətindən mənə bildirdilər ki, torpaq islahatı üzrə şöbənin müdir müavini Nizami Əliyevə müraciət edim. Nizami Əliyev isə «sənin məktubun məndə yoxdur, çıx otaqdan» deyə məni qovdu. Mən də bu cür davranışa etiraz edərək «Bura sizin şəxsi eviniz deyil, dövlət müəssisəsidir» söylədim və onu etik davranışa dəvət etdim. Nizami Əliyev daha da qəzəblənərək məni təhqir etdi və mən bu həqarətə dözməyərək huşumu itirdim. İki oğul dağı mənim üçün nə qədər çətin də olsa həmişə oğlanlarımın şəhidlik zirvəsinə ucalmasından şərəf duymuşam, bununla da özümə təsəlli vermişəm. Amma belə kobud münasibəti, biganəliyi görəndə həmin səlahiyyətli şəxslərin yerinə xəcalət hissi keçirdim. Min bir əziyyətlə böyütdüyüm oğlanlarım torpaqlarımızın müdafiəsi üçün canlarından keçsinlər, Nizami kimilər isə dərəbəylik etsinlər". SEVİL 835 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|