23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Oxucu poçtu

İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

2009-06-11

Vaqif Hüseynov: “Elminaz Sarıyevanı mən işdən azad etməmişəm”

Qəzetimizin ötən saylarının birində Gədəbəy rayon sakini Elminaz Sarıyevanın üzləşdiyi problemlə bağlı yazı dərc edilib. O, öz şikayətində bildirirdi ki, Gədəbəy Rayon Elektrik Şəbəkəsinin rəisi Vaqif Hüseynov onu baş mühəndis vəzifəsindən qanunsuz olaraq azad edib.

Bugünlərdə Gədəbəy Rayon Elektrik Şəbəkəsinin rəisi V.Hüseynovun imzası ilə redaksiyamıza məktub daxil olub. Rəis həmin məktubda qeyd edib ki, qəzetdə şikayəti dərc edilmiş E.Sarıyeva rayonun idarə və müəssisələrindən pul yığdığı üçün hazırda yerli prokurorluq tərəfindən axtarılır: “O ki qaldı məqalədə mənim adımın çəkilməsinə, demək istəyirəm ki, Sarıyeva işdən azad olunan vaxt mən idarəyə rəhbərlik etməmişəm. Elminaz Sarıyeva məndən əvvəl şəbəkə rəisi işləmiş 4 şəxs barədə prokurorluğa, polisə böhtan dolu məktublar yazıb. Yazıda qeyd edilib ki, guya Sarıyeva yaxşı işlədiyinə görə idarəyə baş mühəndis vəzifəsinə təyin olunub. Əslində isə belə deyil. Bu şəxs işdə buraxdığı nöqsanlara, işə məsuliyyətsiz yanaşdığına, sınaq müddətində özünü doğrultmağına görə ”Gəncəelektrikşəbəkə" ATSC İdarə Heyətinin sədri S.M.Səfərov tərəfindən işdən azad olunub.
Bu adamın əməllərinə hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin səlahiyyətli nümayəndələri də qiymət verib. Həmin sənəddə açıq-aşkar qeyd edilib ki, E.Sarıyevanın işdən azad edilməsi qanunvericiliyə uyğun həll olunub. Sənəddə göstərilib ki, o, işdən azad olunarkən ona çatacaq son məbləğ bütünlüklə ödənilib".
V.Hüseynov məktubunda qeyd edib ki, E.Sarıyeva nəinki iş yerində, eyni zamanda qonşuları ilə daim münaqişədə olub. Dəfələrlə polisə düşüb. Barəsində məhkəmə qərarı var.

SEYMUR

784 dəfə baxılıb

Xəbəri paylaş

[19.08.2011] - YARĞAN DAVASI

[28.11.2010] - ERMƏNİ MAŞASI

[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

[01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

[12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

[01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

[08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

[08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

[04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

[31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR”

[28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

[19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

[12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

[29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

[22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR?

[11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

[11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

[05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR

[26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

[21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

ARXIV

Yeni MÜSAVAT © 2008