|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Gəncə sakini İlahə İlyasova redaksiyaya müraciət edib. O, ev dəllalları ilə hüquq-mühafizə orqanlarının əlbir olub ona və xalalarına məxsus pul vəsaitini mənimsəməsindən şikayətlidir. İ.İlyasovanın dediyinə görə, 2007-ci ilin mayında xalası, şəhid ailəsi Həmidova Nurlana ağır qan xəstəliyinə mübtəla olduğu üçün və Bakıda müalicə olunması ilə əlaqədar Gəncənin Kəpəz rayonu Əziz Əliyev 6/5-dəki ikiotaqlı mənzili satıb və Bakıdan ev almaq niyyətində olublar. “Neftçilər” metrosunun yaxınlığındakı ev bazarında Yasər Həsənov adlı ev dəllalı onlarla sövdələşmə aparıb: “Yasər Həsənov bizə Hövsanda birotaqlı mənzili 23900 dollara satacağını bildirdi. Şərtə görə, 10 gün müddətinə Gəncədəki mənzilimizi satıb pulu gətirməli idik. Odur ki, ona 400 dollar beh də verdik. Yasər dedi, 10 günə biz pulu çatdırmasaq, beh batacaq. Məcbur olub evi 3 gündə ucuz qiymətə - 22 min dollara satdıq. Pulu Yasərə gətirəndə dedi ki, behi geri qaytarıram, ev satılıb. O vaxt evlərin qiyməti birdən-birə qalxdığı üçün Yasər guya bizə kömək etmək məqsədilə dedi ki, Hövsanda torpaq sahəsi alıb ev tikdirməkdə bizə kömək edə bilər. Çarəsiz qalıb razılaşdıq. O, bizi Malik Məmmədov, Arif Babayev, Şahin Qasımov, Bəhram Fətullayev və Sevinc adlı qadınla tanış etdi. Müqavilə əsasında 1,5 sot torpaq almaq üçün Arifə 9 min dollar ödədik. Ev tikmək üçün isə Malikə 12 min dollar ödədik. 1000 dollar isə Yasər bizdən zəhməthaqqı istədi. O vaxtdan Malik gözə dəymədi. Sonra ”Mercedes"də peyda olaraq dedi ki, aldığımız torpaq sənədsiz olub, bizə başqa yerdə 3 otaqlı ev tikdirir. Həmin yerə baxdıq. Fırıldaqçılarla üzləşdiyimizi başa düşüb pulumuzu tələb etdik. Dedi ki, eviniz müqavilədə göstərildiyi kimi 40 günə hazır olacaq, ona görə də Naxçıvanski küçəsi, ev 34, mənzil 77-də 220 dollara mənzil kirayələyək, Gəncədəki ev əşyalarımızı ora daşıyaq. Belə də etdik. İki xalamın həyat yoldaşı şəhid olub, mənim atam vəfat edib. Ailə başçılarını itirmiş üç ailə fırıldaqçıların ovuna çevrildi. Sonra Gəncədəki digər həyətyanı torpaq sahəsi olan mənzilimizi 21 min dollara satdıq. 35 saylı dövlət notariat kontorunda kredit müqaviləsi əsasında pulu Malikə ödədik. Malik nəhayət, mənzilin açarını bizə verdi, lakin sən demə, o, bu mənzili 32800 dollara satıb və 21 min dollar həmin şəxsdən nağd pul alıb. Daxili İşlər Nazirliyinə müraciət etdik. 1 aydan sonra məlum oldu ki, şikayətə Suraxanı Rayon Polis İdarəsində baxılacaq. Polis təhqiqatçısı Eltun Cəfərov bizə vəd etdi ki, pulumuz qaytarılacaq. Mənzili alan Tanya adlı rus qadın isə bizə dedi ki, onda qalan 12 min 800 dollar borcu polisin iştirakı ilə Malik Məmmədova ödəyib. 7 aydan sonra Eltun Cəfərov anam Minayə Həmidovanı polis idarəsinə çağırıb pulumuzun yarı hissəsinin ödənəcəyini dedi. Anamla polis idarəsinə getdik, lakin vəkilimiz Akif Əlizadə polis idarəsinə getməkdən imtina etdi, məni və xalamı isə idarəyə buraxmadılar. NİGAR 749 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|