23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Oxucu poçtu

PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

2009-06-29

Onun gəlişini təqdir edənlər də var, əleyhinə olanlar da

İsrail prezidenti Şimon Peres Bakıdadır. Bəlli olduğu kimi, səfərə ölkənin ictimai-siyasi kəsimində münasibət birmənalı deyil. Odur ki, səfərlə bağlı paytaxt sakinləri arasında mini-sorğu keçirmək qərarına gəldik. Öyrənmək istədik görək, sadə vətəndaşlar bu barədə nə düşünür?

Ramil adlı tələbə səfərə normal baxdığını dedi: «Əgər Ermənistan prezidenti Sərkisyan İrana gedirsə, Şimon Peres niyə Azərbaycana gəlməsin? Azərbaycanın problemi çoxdur. İsrail kimi ölkə ilə problemimizin olması bizə uğur gətirməz».
Adının açıqlanmasını istəməyən Nəqliyyat Departamentinin müfəttişi isə Şimon Peresi Azərbaycanda görmək istəmədiyini söylədi. O hətta Ş.Peresdən sitat gətirdi: «Şimon Peres «bir ölkənin, digər bir ölkənin ərazisinə təcavüz etməsini düzgün hesab etmirəm» sözlərini deyib. Əgər o düzgün hesab etmirdisə, niyə Fələstini yerlə yeksan etdi? Onlar açıq-aydın müsəlman ölkələrinə meydan oxuyurlar».
Metronun «Neftçilər» stansiyasının yaxınlığında mağazaların birində tərəvəz satıcısı işləyən şəxs də (adını açıqlamadı) İsrail prezidentinin Azərbaycana gəlməsinin əleyhinə olduğunu dedi: «Çünki Azərbaycan da müsəlman ölkəsidir. Müsəlmanlara təcavüz edənlərin isə müsəlman ölkəsində yeri yoxdur».
Respondentlərdən bəziləri isə Peresi tanımadıqlarını söylədilər.

Türkan TURAN

908 dəfə baxılıb

Xəbəri paylaş

[19.08.2011] - YARĞAN DAVASI

[28.11.2010] - ERMƏNİ MAŞASI

[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

[01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

[12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

[01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

[08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

[08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

[04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

[31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR”

[28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

[19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

[12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

[29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

[22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR?

[11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

[11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

[05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR

[26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

[21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

ARXIV

Yeni MÜSAVAT © 2008