|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 31, mənzil 68-in sakini Xanbala Baxışov redaksiyamıza məktubla müraciət edərək mənzilinin zəbt olunmasından şikayətlənir. X.Baxışov yazır ki, onun mənzilini Naxçıvan şəhər sakini Faiq Əhmədov bir qrup dələduzla əlbir olaraq zəbt edib. F.Əhmədovun onun mənzilindən çıxarılması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin verdiyi qərar isə qanunsuz olaraq icra edilmir. «Mən naxçıvanlıyam, bizə böyüklər himayəçilik edir, bütün məhkəmə orqanlarında adamlarımız var, səni Bakıya həsrət qoyaram» hədə-qorxusu ilə təzyiqlərə məruz qaldığını, ailəsinin və özünün həyatının təhlükədə olduğunu yazan X.Baxışov pozulmuş hüququnun bərpası ilə bağlı aidiyyəti qurumlardan kömək istəyir: «Kasıbçılıq üzündən mənzilimi 2006-cı ilin avqustunda makler İmaməli Hüseynovun vasitəsilə Faiq Mehman oğlu Əhmədova (Naxçıvan şəhər, Afiyəddin Cəlilov küçəsi, 1, mənzil 14-ün sakinidir) bir il müddətinə kirayəyə verdim. Bir ilin tamamında kirayənişin daha bir il də qalmasını xahiş etdi, məcburən razılaşdım. Bir il sonra dedim ki, Faiq müəllim, mənzili tərk edin, yaşamağa başqa yerimiz yoxdur. O isə sərt şəkildə bizi təhqirlə, söyüşlə qapıdan qovdu. Dedi ki, evdən əlini çək, unutma ki, mən naxçıvanlıyam». S.HİLALQIZI 3053 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|