23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Oxucu poçtu

XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

2009-07-19

Baş həkim isə onun yalan danışdığını deyir

Redaksiyamıza vətəndaş Məhbubə Muradovanın şikayət məktubu daxil olub. Məktubda Respublika Endokrinoloji Mərkəzin həkimi, Bakının baş endokrinoloqu Rəna Cavadovaya qarşı ittihamlar yer alıb.

Şikayətçi bildirir: “1 iyun tarixində Rəna Cavadovanın qəbulunda oldum. Zob xəstəliyi ilə bağlı müraciət etdiyim  həkim mənə 210 manatlıq müalicə yazdı, ardınca da məndən müayinə üçün 10 manat tələb etdi. Dedi ki, sənə vaxtım gedib”.
M.Muradovanın sözlərinə görə, girişdə tarixçə açdırmaq üçün qeydiyyat aparan katibəyə də 1 manat verib. Ancaq hər şey bununla bitməyib: “Ayın 2-si analizlərin cavabını aldım. Saat 12-də həkimə zəng vurdum. Amma onun işdə olmadığını dedilər. Dövlət qulluğunda saat 12-dən işdən çıxmaq nə deməkdir, başa düşmürəm”.
Nəhayət, xəstə həkimlə görüşə nail olub: “3 gündən sonra həkimin yanına müayinə kağızlarımı, USM cavablarını apardım. Mənə dedi ki, oxuya bilmirəm və məni başdan elədi”.
M.Muradova mərkəzdə işləyən Lalə Səlimova adlı həkimdən də şikayətçidir: “Həkim müayinəyə baxaraq dedi ki, yorğunam, heç nə yaza bilmərəm. Görəsən dövlət xəstəxanalarında işləyən bu cür həkimlər xəstələnib eyni rəftara tuş gəlsələr, necə olar?”
Oxucunun şikayəti ilə bağlı mərkəzin direktoru Rauf Cabbarovla əlaqə saxladıq. O, M.Muradova adlı xəstənin göstərilən tarixdə klinikaya gəlmədiyini söylədi: “Mən bütün qeydiyyat vərəqələrini qaldırıb araşdırma apardım. Bu adda xəstə bizim xəstəxanaya gəlməyib. Bu şikayət məktubunun arxasında nə ola bilər, anlaya bilmirəm”.

Nailə RÖVŞƏNQIZI

1066 dəfə baxılıb

Xəbəri paylaş

[19.08.2011] - YARĞAN DAVASI

[28.11.2010] - ERMƏNİ MAŞASI

[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

[01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

[12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

[01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

[08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

[08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

[04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

[31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR”

[28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

[19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

[12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

[29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

[22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR?

[11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

[11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

[05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR

[26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

[21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

ARXIV

Yeni MÜSAVAT © 2008