23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Oxucu poçtu

«OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

2009-08-28

Sabirabad rayon sakini Fikrət Məmmədov: «Əlillər qıraqda qalıb, sağlam adamlara əlil vəsiqəsi verilir»

Sabirabad rayon sakini, II qrup əlil Fikrət Məmmədov redaksiyaya məktubla müraciət edərək Sabirabad rayonlararası tibbi sosial ekspert komissiyyasının qanunsuz əməllərindən şikayətlənir. Şikayətçinin bildirdiyinə görə, komissiyanın sədri Rasim Gözəlov onun oğlu və həyat yoldaşına qanuni şəkildə düşən əlillik dərəcəsi vermək üçün rüşvət tələb edir.

«Həyat yoldaşım Hökumə Məmmədova 2007-ci ildə Bakı şəhər Neyrocərrahiyyə xəstəxanasında onurğa sütunundakı yırtıqdan ağır əməliyyat edildi. Əməliyyatdan sonra onda şikəstlik əlaməti qaldığından, həkimlər ona II qrup əlillik dərəcəsi üçün sənəd verdilər. Lakin Sabirabad rayonlararası tibbi sosial ekspert komissiyasında sənədə baxan olmadı. Dedilər II qrup əlillik üçün 500 manat ödəməliyəm. Baş həkim Rasim Gözəlova çox xahiş-minnət etsəm də, xeyri olmadı. Bir il təkrar müraciətlərdən, get-gəldən sonra həyat yoldaşıma qanunsuz olaraq III qrup əlillik dərəcəsi verildi. Bundan başqa, oğlum Fazil 23 ildir ki, bronxial astma xəstəliyindən əziyyət çəkir. 16 yaşına kimi o, I qrup əlillik dərəcəsi üzrə pensiya alıb. 16 yaşdan sonra Rasim Gözəlov nədənsə dedi ki, oğluna bu qrup üzrə əlillik dərəcəsi düşmür, bunun üçün 1000 manat gətirməlisən. Buna isə imkanım yoxdur. Hazırda özüm 85, həyat yoldaşım isə 44 manat pensiya alırıq. Ailəmiz bu pensiyaların ümidinə dolanır. Bu isə heç iynə-dərmana çatmır. Oğlumun müalicəsi üçün xüsusən bahalı dərmanlar lazımdır. Biz dərdimizi hara deyək? Hazırda əksər "VTEK"-lərdə bu tipli qanunsuz əməllərin baş verdiyi hamıya məlumdur. Necə deyərlər, tibbi sosial ekspert komissiyalarının əməllərinin elə komissiyaya ehtiyacı var. Əlillər qıraqda qalır, sağlam adamlara əlil vəsiqəsi verilir. Mən bu məsələ ilə bağlı Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasında və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qəbulunda da oldum. Problemimin araşdırılacağı vəd edilsə də heç bir faydası olmadı. Ümid edirəm ki, aidiyyəti qurumlar qəzetinizdən belə neqativ hallar barədə oxuyub bir nəticə çıxaracaq".
Qeyd edək ki, məsələ ilə əlaqədar yazıda adıçəkilən baş həkimlə əlaqə yaratmağa çalışdıq. Telefon zəngimizə cavab verən olmadı. Katibəsi əlaqə yaradacağını vəd etsə də, bizə Səhiyyə Nazirliyinin nəzdindəki, «Yeni həyat» qəzetindən zəng gəldi. Qəzetin əməkdaşı bildirdi ki, vətəndaş təkrar olaraq Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsin, problem araşdırılsın. Mövzuya qayıdacağıq.

SEVİL

1257 dəfə baxılıb

Xəbəri paylaş

[19.08.2011] - YARĞAN DAVASI

[28.11.2010] - ERMƏNİ MAŞASI

[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

[01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

[12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

[01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

[08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

[08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

[04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

[31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR”

[28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

[19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

[12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

[29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

[22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR?

[11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

[11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

[05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR

[26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

[21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

ARXIV

Yeni MÜSAVAT © 2008