|
Oxucu poçtu
“HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” 2009-08-31 Abid Nəsirov: “Onun anası və polis qardaşı ailə münasibətlərimizə əngəl yaradır”
|
Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi, ev 79, mənzil 33-ün sakini Abid Nəsirov redaksiyaya məktubla müraciət edib. Yazır ki, həyat yoldaşı Sücaət Xəlilova ilə qarşılıqlı razılıq əsasında 7 oktyabr 2008-ci ildə nikah bağlayıblar. Lakin bu nikaha razılıq verməyən qayınanası və qaynı həyat yoldaşına “dəli damğası” vurduraraq S.Xəlilovaya qəyyumluq etmək iddiasındadırlar. A.Nəsirov isə həyat yoldaşını sevdiyini və ona qarşı doğmalarının ədalətsiz münasibət göstərməsinə, S.Xəlilovaya böhtan atılmasına etirazını bildirir: “Qayınanam Səyalı Xəlilova mənə qarşı ”nikahın etibarsız sayılması tələbinə dair" Nərimanov rayon Məhkəməsinə müraciət edib, nikahın pozulmasını tələb edir. İddia da belə əsaslandırılıb ki, guya Sücaət ruhi xəstədir və mən bunu nikaha girməzdən əvvəl guya bilmişəm. Halbuki həyat yoldaşımın saxta yolla fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi Binəqədi rayon Məhkəməsi tərəfindən 25 fevral 2009-cu ildə təsdiqlənib. Biz isə onunla bu qətnamədən qabaq - 7 oktyabr 2008-ci ildə nikaha girmişik. Mən qəzet vasitəsilə ictimaiyyətə açıq bəyan edirəm ki, Sücaətlə nikaha daxil olarkən o, ruhi xəstə olmayıb və indi də onun ruhi xəstəliyi yoxdur. Əgər Sücaət mənimlə nikaha girməzdən əvvəl ruhi xəstə olubsa, onda heç bir himayəçi və qəyyumu olmadan 50 ili necə yaşayıb? Nikahımıza qədər onun ruhi xəstə olmasına dair fakt və sübutlar olmadığı halda Səyalı Xəlilova necə bu ittihamla çıxış edə bilər? Ailə Məcəlləsinin 12.0-cı maddəsində birmənalı olaraq, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin arasında bağlanmış nikahın yolverilməz olduğu qeyd edilib. Nikahdan sonra isə ər, yaxud arvadın hər hansı birinin məhkəmə tərəfindən kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, əksinə, onların bir-biri qarşısında məsuliyyət və öhdəliklərini artırır. Bunlar Ailə Məcəlləsinin 84.1, 84.2 və 84.2.1 maddələrində əks olunub. Yəni əgər Sücaət həqiqətən də fəaliyyət cəhətdən qabiliyyətsizdirsə və maddi ehtiyacı varsa, mən ona maddi yardım göstərməliyəm, nikahın etibarsızlığı ilə razılaşıb onu taleyin ümidinə buraxmamalıyam. Bu, mənim ər və insanlıq borcumdur". A.Nəsirov həyat yoldaşı ilə qarşılıqlı olaraq bir-birlərini çox sevdiklərini, qardaşının S.Xəlilovanı işgəncələrə məruz qoyaraq onun mənzilini ələ keçirmək niyyətində olduğunu yazır: “Onunla nikaha daxil olarkən pis və yaxşı günlərimizdə bir-birimizə dayaq olacağımıza and içmişik. Düşünürəm ki, ər və ya arvad nikaha daxil olduqdan sonra onlardan hansısa biri necə ağır xəstə olsa belə, bir-birinə qulluq etməli, qayğısına qalmalıdırlar. Əks təqdirdə, nikah və ailə münasibətlərinin heç bir anlamı qalmazdı. Sücaətlə aramızda bağlanmış nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 12 və 25-ci maddələrində nəzərdə tutulan hüquqi əsasların heç biri mövcud deyil. Odur ki, mən Nərimanov rayon Məhkəməsinin hakimi E.Vəliyevaya iddiaçının tələbini rədd etməklə bağlı müraciət etmişəm. Çünki Binəqədi rayon İcra Hakimiyyətinin qərarı ilə cavabdeh Məhəmməd Xəlilov həyat yoldaşımın qəyyumu təyin edilib və bu qərar tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, ”Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqı və digər şəxsi keyfiyyətləri, qəyyumluq və himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti , onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Sücaətin isə arzusu nəzərə alınmadan qardaşı ona qəyyum təyin edilib. Halbuki Sücaət buna qətiyyən razı deyil. Çünki o, qardaşı Məhəmməd tərəfindən dəfələrlə döyülərək, işgəncələrə məruz qalması barədə 2008-ci ilin noyabr ayında Binəqədi rayon Prokurorluğuna müraciət edib. Sücaətin qardaşı tərəfindən necə işgəncələrə məruz qalmasını onun bacısı oğlu İlqar da təsdiq edir. Bundan başqa mən diş texniki olduğum üçün qardaşı tərəfindən döyülüb dişləri tökülmüş Sücaətin dişlərini düzəldərkən onunla tanış olmuşam. Doğmaları tərəfindən söyülüb, döyülüb küçəyə atılmış bu məzlum qadının nə qədər kimsəsiz olduğunu görüb ona qarşı qəlbimdə mərhəmət yaranıb, sonra isə onu gözəl, saf, nəcib bir qadın kimi sevib, ailə qurmuşam. Ona görə də hesab edirəm ki, Sücaətin polis polkovniki olan qardaşı (yəqin ki, o, peşəsindən irəli gələrək günahsız bacısını daim təqsirkar qismində görür) Məhəmməd Xəlilovun ona qəyyum təyin edilməsi böyük ədalətsizlikdir. Mən bütün haqq carçılarından bu ədalətsizliyə qarşı çıxmaq üçün dəstək gözləyirəm. Onu da deyim ki, mən özüm Binəqədi rayon İcra hakimiyyətinə həyat yoldaşıma qəyyumluq etmək üçün müraciət etmişəm". S.HİLALQIZI 1000 dəfə baxılıb
|
[19.08.2011] - YARĞAN DAVASI [28.11.2010] - ERMƏNİ MAŞASI [01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” ARXIV
|