|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Suraxanı rayonu, Günəşli qəsəbəsi AB yaşayış massıvi ev 137, mənzil 42-nin sakini Səyyad Həsənov redaksiyamıza məktub göndərib. Vətəndaş yazır ki, yaşadığı mənzilə su sayğacı quraşdırılmadığı üçün sudan istifadə haqqının məbləğindən məlumatsızdır. Şikayətçi bildirir ki, bu səbəbdən Suraxanı rayon Su İdarəsində onu aldadaraq sudan istifadə haqqının yüksək məbləğ olduğunu deyiblər. “Mən 2006-cı ilədək sudan istifadə haqqını tam şəkildə ödəmişəm. Sonra isə bütün mənzillərə su sayğacı quraşdırıldığı kimi, mənim də mənzilimə sayğac quraşdırılması üçün müraciət etdim. Lakin müraciətimə baxan olmadı. Digər tərəfdən, mən dəfələrlə idarəyə gedib su pulu haqda bildiriş tələb etdim. Hər dəfə müxtəlif bəhanələrlə nədənsə mənə bildiriş verilmədi. İdarədən gah dedilər abunəçiyə belə sənəd verilmir, gah dedilər bu məbləğ kvartaldan-kvartala çıxarılır, gah da dedilər ki, vaxtında müraciət etməmişəm. Bu il 31 iyulda təkrar idarəyə müraciət etdim. Çox araşdırmadan sonra idarənin bir işçisi bildirdi ki, mənim 58 manat 96 qəpik borcum var. Kompüterçi qız isə dedi ki, 153 manat 81 qəpik su pulu ödəməliyəm. Halbuki mən tək yaşayıram və müəyyən səbəblərə görə qaz və sudan ümumiyyətlə, istifadə etmirəm. Sevil HİLALQIZI 1033 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|