|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bakı şəhəri, Nərimanov rayonunda yaşayan Əlihüseyn Ağayev redaksiyamıza məktubla müraciət edib. Şikayətçi yazır ki, ötən ilin mayında təzyiqlərə məruz qalıb, ona bıçaqla ciddi xəsarətlər yetirilib. Zərərçəkən şikəst olaraq iş qabiliyyətini itirib. Ə.Ağayev yazır ki, hadisə ilə bağlı məhkəmə obyektiv qərar qəbul etməyib: «2006-cı ildə Sabunçu rayonu, 5-ci Şəhər şossesi, döngə 1, ev 1-də kirayədə qaldım. Ev sahibi Alxan kirayədə saxladığı adamların pulunu oğurlayır, kefli olub dava salırdı. O cümlədən də mənim 40 manatımı oğurladı. Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinə müraciət etdim, qəbul etmədilər. Sonradan öyrəndim ki, sahə müvəkkili Əhməd müəllim Alxanın qohumudur. Lakin mən Alxan və onunla əlbir olan Anar Zamanovun nalayiq hərəkətləri (mətbuata açılması mümkün olmayan cinayət əməlləri) barədə həm polis bölməsində, həm də qonşular arasında lazımi qədər danışdım, MTN-ə, Bakı Şəhər Baş Polis İdarəsinə məlumat verdim. Buna görə ev sahibi mənə təzyiqlər göstərdi, hətta iki dəfə məni qazda boğmaq istədi. Məcbur olub kirayə qaldığım mənzili dəyişdim. Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 25 saylı həyət evində 2 il əvvəl tanıdığım Anar Zamanov və Məftun İsmayılovla birgə qaldım. Onların da cinayət əməllərindən xəbərdar olduğumu bildikdə mayın 3-dən 4-nə keçən gecə mənə hücum edərək bıçaqladılar. Anar Zamanov məndən əvvəl də bir nəfəri bıçaqlamışdı. Həmin hadisədə isə mənə iki bıçaq zərbəsi endirdi. Məftun İsmayılov da külqabı ilə başıma iki dəfə ağır zərbə endirdi. Onlar pulumu, mobil telefonumu qarət edib qaçdılar. Mən qan içində köməksiz vəziyyətdə qaldım. Hətta ev sahibi də məni həkimə çatdırmadı, çox yalvarandan sonra təcili yardıma zəng vurdu. Təcili yardım isə ilkin yardımdan sonra məni 3 saylı Sabunçu xəstəxanasına apardı. Orada Loğman həkim dedi ki, Bakıda adamların varsa gəlsin. Oğlanlarım gəlməyincə mənə yardım edilmədi, onlar gəlib həkimə istədiyi məbləği ödəsə də həkim mənə lazımi yardımı göstərmədi. İyunun 13-dək çarpayıdan tərpənə bilmədim, 40 gün o xəstəxanada ağır vəziyyətdə qaldım. Sonra Topçubaşov adına Elmi-Tədqiqat Cərrahlıq Mərkəzində yaralarım tikildi, lakin cərrah Əli Aslanov aldığım xəsarətləri sənədlə düzgün qiymətləndirmədi, müstəntiq Vüqar Ağayev isə istintaqı qeyri-obyektiv apardı. Sabunçu Rayon Məhkəməsinin hakimi Rahib Salmanov isə mənim iştirakım olmadan məhkəmə iclası keçirib A.Zamanova iki illik icbari iş cəzası kəsdi. Məhkəmədə digər cinayətkar M.İsmayılov isə şahid qismində dindirilib. Məni ölümcül yaralayan cinayətkar hazırda azadlıqda gəzir. Zərərçəkmiş iştirak etmədən məhkəmənin qərar verməsi hansı ölkədə görünüb?» SEVİL 1046 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|