|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Son aylar redaksiyamıza yollara qoyulmuş radarlarla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. Sürücülər əsasən radara düşərkən cərimələri neçə ödəyəcəkləri ilə maraqlanırlar. Məsələni araşdırmaq üçün Bakı Şəhər Yol Polis İdarəsinin əməkdaşı Ənvər Mirzəyevlə əlaqə saxladıq. Yol polisi əməkdaşı bildirdi ki, magistral yollarda və Bakı küçələrində qoyulmuş radarlar avtomobillərin hərəkətinə mərkəzləşdirilmiş qaydada nəzarət etmək üçündür: “Məqsəd maşınların hərəkətini izləmək və yol hərəkət qaydalarını pozan maşınları dərhal müəyyənləşdirməkdi. Magistral yollarda və Bakı küçələrində qoyulmuş radarlar qaydanı pozan sürücünü nəzarətə götürür. Sürücünün idarə etdiyi maşının fotosu və dövlət nömrə nişanı dərhal mərkəzə göndərilir. Bundan sonra yol hərəkət qaydalarını pozan sürücünün ünvanı müəyyənləşdirilir və protokol yazılaraq adıçəkilən ünvana göndərilir. Magistral yollarda da radarlara düşən maşınların sürücülərinə eyni qaydada cərimə yazılaraq onların yaşadığı ünvana göndərilir. Bundan sonra cərimə edilən sürücü yaşadığı rayonun polis idarəsinə gələrək müvafiq qaydalar əsasında cəriməsini ödəyir”. SEYMUR 2593 dəfə baxılıb
|
[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” |
| Yeni MÜSAVAT © 2008 |
|