13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Oxucu poçtu

“SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

2010-09-01

Azərbaycan Gözdən Əilillər Cəmiyyətinin bir qrup üzvləri adından Yeni Günəşli qəsəbəsi, V massivi ev 14, mənzil 12-nin sakini, gözdən əlil Sərhad Fərhadov qəzetimiz vasitəsilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Müraciətdən bəzi sətirləri dərc edirik: “Hörmətli Mehriban xanım! Siz əlillərin, kimsəsiz uşaqların, tənhaların qayğısına hər zaman qalırsınız. Sizin himayədarlığınız sayəsində kor və zəif görən uşaqlar üçün orta internat və musiqi məktəbləri əsaslı təmir edilib və bütün avadanlıqlar yenisi ilə əvəz edilib. Hər il vaxtaşırı həmin məktəbə gəlir və uşaqların qidalarından başlamış təhsil almalarına qədər maraqlanırsız. Əlbəttə, bütün bunlar uşaqlar üçün əvəzedilməz qayğıdır və bu qayğının nəticəsidir ki, bu il məktəbin buraxılışı olan 27 şagirddən 9-u ali məktəbə, 5-i orta-ixtisas məktəbinə daxil olub.

Ancaq bu uşaqlar orta məktəbi bitirdikdən sonrakı taleyi çox ağır faciələrlə nəticələnir.
Əslində bu məsələlərin həlli ilə məşğul olmaq Gözdən Əlillər Cəmiyyəti (GƏC) İctimai Birliyinin nizamnaməsinə əsasən birbaşa cəmiyyət rəhbərliyinin qanuni borcudur. Lakin cəmiyyətin sədri Səmyar Abdullayev cəmiyyətin inkişafına mane olur və talançılıqla məşğuldur. GƏC-in başqa ictimai birliklərdən fərqi odur ki, bu cəmiyyət böyük mülkiyyət sahibidir. 1931-ci ildə yaranmış GƏC ilk əlillər təşkilatıdır. Bu təşkilatın Azərbaycanın əksər regionlarında (Gəncə, Naxçıvan, Kürdəmir, Quba, Sumqayıt və sair) istehsalat korpusları, mədəniyyət evləri, mətbəəsi və digər bir çox obyektləri var.
6 sentyabr 1997-ci il fərmanı ilə mərhum prezident Heydər Əliyev bütün ictimai birliklərin əmlakını birdəfəlik həmin təşkilatlara bağışladı.
Vaxtilə Böyük Britaniyada korlar haqqında qərar qəbul edərkən məclis üzvlərinin gözü bağlanmışdı ki, korlar haqqında düzgün qərar qəbul olunsun.
Hazırda GƏC-in 12 mindən çox üzvü var. Lakin bu cəmiyyətdən yalnız 11 nəfər məclis üzvü daxil olmaqla 30 nəfərədək şəxslər yararlana bilir. S.Abdullayev ona edilmiş etibardan istifadə etməklə cəmiyyəti talayır.
Biz cəmiyyətimizdə çox işlər görə bilərik. Amma hörmətli Mehriban xanım, sizin dəstəyiniz olsa".

Sevil HİLALQIZI

929 dəfə baxılıb

Xəbəri paylaş

[19.08.2011] - YARĞAN DAVASI

[28.11.2010] - ERMƏNİ MAŞASI

[01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK”

[01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR”

[12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!”

[01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ

[08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI

[08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR?

[04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ...

[31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR”

[28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

[19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR

[12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

[29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL

[22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR?

[11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB

[11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ

[05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR

[26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB

[21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ”

ARXIV

Yeni MÜSAVAT © 2008