 |
Oxucu poçtu
ERMƏNİ MAŞASI 2010-11-28 Və müharibədə məqbul sayılan vasitələr...
|
Ermənistan müharibə ehtimalından ciddi şəkildə təlaşlanmağa başlayıb. Özünü o yerə qoymasa da, işğal edilmiş ərazilərimizdə guya güc nümayişi üçün vaxtaşırı keçirdiyi hərbi təlimlər və Qarabağa göndərmək üçün muzdluların səfərbər edilməsi barədə dolaşan xəbərlər bunu bir daha təsdiqləyir. Ordusuna çağırışçı tapmayan düşmən ölkənin muzdlulara ehtiyac duyması məntiqlidir. Ancaq o da var ki, “nayomnik”lər lopağa yox, yüksək qonorara belə qorxulu işlərə qol qoyurlar. Diaspora indi onları yemləsin, yoxsa acından ölən Ermənistanı ayaqda saxlasın? Bu mənada guya rəsmi Bakının savaş bəyanatlarına cavab olaraq diaspora ordusunun yaradılmağa başlandığı barədə yayılan məlumatlar daha çox əsəb müharibəsi arsenalından götürülmüş psixoloji təzyiq cəhdlərinə bənzəyir. Siz hələ erməni mənbəyinin agentliyə verdiyi təhdid xarakterli açıqlamaya diqqət edin. Qarabağda müharibə başlasa, diasporun necə hərəkət edəcəyi haqda danışan erməni imkanlı iş adamı deyir: “Müharibə qapının ağzını kəsib. Müharibədə isə bütün metodlar yaxşıdır... Biz Azərbaycana real gücümüzü göstərəcəyik ki, öz neftinə arxayın olmaqdan əl çəksin. Həmçinin bəzi beynəlxalq qüvvələrə və transmilli şirkətlərə göstərəcəyik ki, neft-qaz hasilatına stavka edərək Dağlıq Qarabağ əhalisinin haqlarına məhəl qoymamaq, Ermənistana təzyiq etmək nə deməkdir”. Böyük dərddir. Təsəvvür edin, özünü 50 illiyə (!) Rusiyanın qucağına atmaqla da rahatlıq tapmayan təcavüzkarın əsas arzusu illərdir ki, gerçəkləşmir. Erməni ümid edirdi ki, “torpaq əvəzinə müstəqillik” formulu beynəlxalq ictimaiyyət tərəfindən, böyük güclər tərəfindən dəstəklənəcək, Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaltmağın qarşılığında, dünya separatçı qurumun müstəqilliyini tanıyacaq, işğal rəsmiləşəcək. Olmadı. Atəşkəs 20 illiyinə yaxınlaşır, ancaq ikinci erməni dövlətinin tanınması məsələsində dünya birliyindən səs çıxmır. Əksinə, Ermənistan beynəlxalq səviyyədə regional sülhə, inkişafa, inteqrasiyaya əngəl yaradan ölkə kimi tez-tez qınanmağa, işğalçı kimi barmaqla göstərilməyə başlayıb. Ən yaxşı halda Qərblə Rusiya ermənidən öz maraqları naminə Türkiyə və Azərbaycanın üstünə “köz atmaq üçün maşa” qismində yararlanır. O üzdən dünyanın harasında olmasından asılı olmayaraq, erməni dilxor və əsəbi durumdadır. Bakının müharibə bəyanatları və hərbi xərcləri sürətlə artırması boşalmaqda olan Ermənistanın rəhbərliyini, diasporu haqqına narahat edir. İş ondadır ki, lobbi nə qədər varlı-imkanlı olsa da, ağılı yerində olan heç bir erməni milyarderi pulunu boşuna xərcləməz. Üstəlik, 1992-cil ilin yay hərbi kampaniyası göstərdi ki, Azərbaycanın kiçicik hərbi zəfəri yetərlidir ki, işğalçılar muzdluları ilə birgə rədd olub ərazilərimizdən getsinlər, yaxud müqəddəs torpağımıza gömülsünlər, sponsorlarının onlara ayırdığı pullar isə batsın. Erməni lobbisi nə qədər pul-para ayırır-ayırsın, bu, düşmən millətdən xeyli üstün olan insani, iqtisadi və təbii potensialımızı neytrallaşdırmağa çatmayacaq. Rusiya isə öz dəlmə-deşik büdcəsi ilə Ermənistanın müharibə xərclərini örtən, ikinci erməni dövlətinə görə öz əsgərlərini qırğına verən, Türkiyə və Azərbaycanla, Qərblə üz-göz olan deyil, bu da var. Müharibədə isə həqiqətən bütün vasitələr məqbuldur. Ələlxüsus evinə soxulmuş düşmənlə Azərbaycan xalqının istənilən şəkildə haqq-hesab çəkməyə haqqı çatır. O cümlədən də partizan hərəkatından tutmuş Türkiyənin, Güney Azərbaycanın, Təbriz-Ərdəbil-Urmiyə vətənpərvərlərinin potensialından yararlanmağa kimi. Türkiyədə ailəsinə çörək pulu qazanan 100 minə yaxın Ermənistan vətəndaşının geri qovulmasına kimi. Erməni və onun havadarları bilsin ki, bu dəfə kömək qat-qat sanballı, qat-qat kəsərli olacaq...
***
İstənilən halda rəsmi Bakı məsələnin həssaslığını nəzərə alıb indidən erməni lobbisinin güclü olduğu ölkələrin hakimiyyət dairələri ilə aktiv təmasa keçməli, onları, həmçinin muzdluların gətiriləcəyi əsas tranzit marşrutu sayılan “qardaş və dindaş” İranı beynəlxalq hüquqi məsuliyyət barədə xəbərdar etməlidir. Təbii ki, faktlardan istifadə eləməklə. Eyni zamanda biz də vahid mərkəzdən koordinasiya edilən diaspor ordusu qurmaq barədə düşünməliyik. İmkanlı və qeyrətli bir iş adamımızın rəhbərliyi altında, varlı oliqarxlarımızın da imkanlarından yaralanmaqla, heç olmasa, psixoloji savaşda balansı qorumaq naminə. 2438 dəfə baxılıb
|
[19.08.2011] - YARĞAN DAVASI [28.11.2010] - ERMƏNİ MAŞASI [01.09.2010] - “SİZİN DƏSTƏYİNİZ OLSA, BİZ CƏMİYYƏTDƏ ÇOX İŞLƏR GÖRƏ BİLƏRİK” [01.09.2010] - “PROKUROR KÖRPƏLƏRİMİN GÖZ YAŞLARINA İNANMIR” [12.02.2010] - “CƏNAB PREZİDENT, MƏNİ REKET MÜƏLLİMİN ƏLİNDƏN QURTARIN!” [01.02.2010] - BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN YENİ KƏŞFİ [08.09.2009] - VƏTƏNDAŞA QARŞI DAHA BİR POLİS-MƏHKƏMƏ ÖZBAŞINALIĞI [08.09.2009] - RADARA DÜŞƏN SÜRÜCÜ CƏRİMƏNİ NECƏ ÖDƏMƏLİDİR? [04.09.2009] - ƏHALİYƏ FASİLƏSİZ VƏ KEYFİYYƏTLİ SU VERİLMƏK ƏVƏZİNƏ... [31.08.2009] - “HƏYAT YOLDAŞIMA “DƏLİ” DAMĞASI VURMAQ İSTƏYİRLƏR” [28.08.2009] - «OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR» [19.07.2009] - XƏSTƏ HƏKİMDƏN ŞİKAYƏTÇİDİR [12.07.2009] - «MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM» [29.06.2009] - PERESİN SƏFƏRİNƏ MÜNASİBƏT BİRMƏNALI DEYİL [22.06.2009] - FELDYEGER XİDMƏTİ NƏDİR? [11.06.2009] - MAKLERLƏR POLİSLƏ ƏLBİR OLUB ŞƏHİD AİLƏLƏRİNİ ALDADIB [11.06.2009] - İDARƏ RƏİSİ ŞİKAYƏTÇİNİN YAZDIĞINA CAVAB VERDİ [05.06.2009] - İKİ ŞƏHİD ANASI YARARSIZ DAXMADA YAŞAYIR [26.05.2009] - AGCABƏDİDƏ RİYAZİYYAT MÜƏLLİMİ SƏBƏBSİZ İŞDƏN ÇIXARILIB [21.05.2009] - “QAZANCIMIZIN 90 FAİZİNİ GÖMRÜK ƏMƏKDAŞLARINA VERMƏLİ OLURUQ” ARXIV
|