|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Oktyabrın 7-də Bakıda ilk Fransız Liseyinin təməli qoyuldu. Təməlqoyma mərasimində prezident İlham Əliyev, həmin ölkəmizdə səfərdə olan Fransa prezidenti Nikola Sarkozi və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Bir vaxtlar Nobel qardaşlarının yaşadıqları Fəhlə prospektində həmçinin Paris məhəlləsinin də (“Ağ şəhər” hissəsində) salınması planlaşdırılır. Dünən bu əraziyə baş çəkdik.
Bildirək ki, Fransız Liseyi ARDNŞ-nin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilir. Fondun yaydığı məlumatda bildirilir ki, məktəbin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Həmçinin məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Tikiləcək liseyin stendində nəzər yetirdikdə, məktəbin möhtəşəm tikili olacağı görünür. Ərazini mühafizə edən Dövlət Neft Şirkətinin əməkdaşları deyir ki, məktəbin sragün qoyulan təməli sökülür. Elə biz də orada olarkən bunun şahidi olduq. Gətirilən bütün avadanlıqlar və aparılan tikinti dağıdılırdı. Ərazidə çalışan fəhlələrdən biri isə belə deyir: “Bu tikiliyə nə qədər xərc çəkilib. Nə olsun ki, prezident gələcək. İndi də hamısını uçurub-tökürlər”. ARDNŞ-in əməkdaşlarının sözlərinə görə, tikintini Dövlət Neft Şirkəti aparacaq. Onlar liseyin tikintisinə ayrılan vəsaitin məbləğini bilmədiklərini söylədilər: “Hər halda nəhəng tikili olacaq. Yəqin ki, çox pul xərclənər”. Tikintiyə bu ayın sonundan başlanacağını söylədilər. Onu da öyrəndik ki, podratçı şirkət işləri prezidentlərin təməlqoyma mərasiminə qatılacağı günə qədər başa çatdıra bilmədiyi üçün tez-bazar təməl düzəldib. İndi də həmin təməli sökmək məcburiyyətində qalıblar.
Azərbaycanda Fransız mərkəzlərinin sayı çoxdur. Misal üçün, Viktor Hüqo adına Fransız Dili və Mədəniyyəti Mərkəzi, Fransa Mədəniyyət Mərkəzi, Fransız Resurs və Layihələr mərkəzi və sair. Günay MUSAYEVA 1930 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|