23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

2011-10-11

Paytaxtın Xudu Məmmədov küçəsinin sakinlərinin həyatına, üstəlik, təhlükə yaranıb; iş adamları obyektlərinin köçürüləcyi və təzminat verilməyəcəyindən narahatdır

Xətai rayonu, Xudu Məmmədov küçəsi, “Həzi Aslanov” metro stansiyasının həndəvərində aparılan tikinti-qazıntı işləri insanların narahatçılığına səbəb olub. Qazıq-qazıq olmuş yol kənarlarını, aparılan təmir-tikinti işlərini görərkən bu ərazi ilk baxışdan insana müharibə şəraitini xatırladır. Ancaq insanların ciddi narazılıqla üzləşdiyi bu ərazidə metronun “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarının tikintisi həyata keçirilir.

Ötən gün ətrafda yaşayan sakinlərin şikayəti əsasında adıçəkilən ərazidə olduq. X.Məmmədov küçəsi başdan-ayağa hasarlanmış, hasarın içərisindəki boş qalmış əraziyə tikinti materialları yığılmışdı. Burada iri diametrli borulara və beton laylara rast gəlmək olardı. Küçənin bir neçə istiqamətində qazıntı işləri həyata keçirilirdi. Dəmir hasarda iş aparılan əraziyə giriş zonasında məlumat tablosu asılmışdı. Tablonun üzərində Bakı Metropoliteninin işarəsi həkk olunub. Ərazi Həzi Aslanov - “Y-18" stansiyasının tikinti sahəsi kimi göstərilib. İşlərin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Daha sonra ”Xətai" stansiyasından “Həzi Aslanov”a qədər metropolitenin yeni, 3 stansiyadan ibarət xətti çəkiləcək.

Qeyd edək ki, ərazidə aparılan tikinti işləri ətrafda toz-dumanın yaranmasına səbəb olub. Eyni zamanda Məhəmməd Hadi və Xudu Məmmədov küçələrində yeni obyektlərin inşası, təzə binalarda aparılan təmir işləri vəziyyəti daha da qəlizləşdirib. Yolların bağlanması isə marşrut xətlərində ləngimələr və ətrafda tıxacların yaranmasına səbəb olub. Bunlar da ətrafda yaşayan insanlarda ciddi narazılıq yaradın. Hətta yaxınlıqda marşrut sürücüləri ilə davaya çıxan sərnişinlərə də rast gəlmək olurdu.
Bundan əlavə, yolun bağlanması ətrafdakı bir çox obyektlərin maddi baxımdan böhran yaşamasına səbəb olub. Çünki yollar bağlı olduğundan əraziyə girişdə maneələr yaranır. Bildirək ki, ərazidə 100-ə yaxın mağaza fəaliyyət göstərir. Onların çoxu müştəri baxımından əziyyət çəkdiklərindən obyektlərini bağlamağa məcbur olublar. Sakinlər deyir ki, sahibkarların min bir əziyyətlə aldığı mallar da tikintinin güdazına gedib: “Satış dayandığı zaman sahibkar da müflis olur. Sahibkarın aldığı mallar satılmayanda məhv olur. Gəlir də gəlməyəndə tutduğun obyektin kirayə haqqını ödəyə bilmirsən”.

Deyilənlərə görə, ərazidə bir çox obyektin söküləcəyi də gözlənilir. Sahibkarlar adlarının çəkilməsini istəməsələr də məsələ haqqında danışdılar: “Tunelin bir hissəsinin bizim obyektlərin ərazisinə düşdüyü deyilir. Bildiyimə görə 10-a yaxın obyekt tunelə görə, sökülməlidir. Min bir əziyyətlə obyekt tikmişik, indi də bu obyektləri sökmək istəyirlər. Bilsək ki, yaxşı kompensasiya verərlər onda razılaşarıq. Axı bunlar bizə heç bir təklif etməyiblər. İndi söküntü ilə bağlı gələcək xəbərdarlığı gözləyirik”. Bundan əlavə, metro tikintisi aparılan ərazidə hündürmərtəbəli binalar sökülməlidir. Bu, dünya praktikasında da özünü göstərir. Bu ərazidə olan binalar isə olduğu kimi qalır.
Tikinti aparılan ərazinin yaxınlığındakı binaların birində yaşadığını deyən sakinlərdən biri Südabə Məmmədova binaların sökülməsinin əleyhinə olduğunu bildirdi: “Düzdür, gecə-gündüz burada tikinti aparılır. Səs-küy aləmi bürüyür. Hələ toz-torpağı demirəm. Əlbəttə, bunlar bizim rahatçılığımızı pozur. Yollar bağlanıb. İşə vaxtında gedə bilmirik. Yollar tıxac olur. Biz istəyərdik ki, belə narahatçılıqlar aradan qalxsın. Ancaq yaxınlıqdakı binaların sökülməsini istəmirik. Çünki indiyə qədər evi sökülənlərin heç vaxt haqqı bərpa olunmayıb. Evləri söküblər, insanların da pulunu verməyiblər. Buna görə binalarımızın sökülməsini istəmərik. Hətta həyatımıza təhlükə yaransa da buna dözməyə hazırıq”.
Yazını hazırlayarkən Bakı Metropoliteninin mətbuat xidməti ilə də əlaqə saxladıq. Lakin quruma dəfələrlə etdiyimiz zənglər cavabsız qaldı.

Elmin BƏDƏLOV

1049 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008