23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

2011-10-19

Salyanın rəhbəri Tahir Kərimovun köməkçisi Kamran Həsənov şefinə ünvanlanan ittihamlara cavab verdi

Salyana səfərimizi zəruri edən səbəblərdən başlıcası isə ötən həftənin ortalarında “Yeni Müsavat”a özünü rayon ağsaqqallarının nümayəndəsi kimi təqdim edən 3 yaşlı şəxsin gəlməsi idi. Onlar bizi prezidentin fərmanı ilə bu ilin fevralında Salyana başçı təyin olunan Tahir Kərimova qarşı qərəzli olmaqda suçlamışdı. Qəzet rəhbərliyindən tələb etmişdilər ki, bir daha başçı haqda tənqid yazmayaq. Üstəlik, redaksiyada səs-küy salıb baş redaktorun I müavinini təhqir etmişdilər. Ona görə də belə qərara alındı ki, rayona qəzetimizin əməkdaşları ilə yanaşı bir neçə qəzet və saytın müxbirləri də getsin, görüb-eşitdikləri və birbaşa başçının öz münasibətini öyrənib material hazırlasınlar.

(əvvəli ötən sayımızda)

Elə həmin dəqiqələrdə Salyan Rayon İcra Hakimiyyətinin (RİH) binası önündə T.Kərimovun köməkçisi Kamran Həsənovla söhbətimiz zamanı ştatlı “zəhmətkeş”lər baş memarla birgə bizə yaxınlaşdı. Məlum oldu ki, onlar RİH işçiləridir. Binanın önündə başlayan söhbət sonradan köməkçinin kabinetində başçının I müavini Etibar Hüseynovun iştirakı ilə davam etdi. K.Həsənov T.Kərimovun Bakıda yas məclisində olduğunu bildirib bütün suallarımıza onun əvəzindən cavab verəcəyini söylədi. Beləliklə, onunla müsahibəni təqdim edirik:

- Sahibkarlar, sakinlər obyekt sahiblərindən abadlıq işlərinə görə pul yığıldığını bildirir, bu işlərə Kərimovun başçılıq etdiyini deyir. Bununla bağlı nə deyə bilərsiniz?

- Ölkənin bir yerində olduğu kimi Salyanda da abadlıq-quruculuq işləri gedir. Tahir müəllim başçı təyin olunandan 2 ay sonra əsaslı təmir işlərinə başlanıb və hazırda bu işlər daha da sürətlənib. Salyan xeyli dərəcədə dəyişib, işlər davam etdiriləcək. Rayon icra hakimiyyəti heç bir sahibkardan pul tələb etməyib, bu, ağ yalandır. Sadəcə, iş icraçıları sahibkarlarla təmir xərclərini razılaşdırır, ustanın, fəhlənin və tikinti materiallarının pulunu ödəyir. Bu da məcburi deyil, imkanı olmayana köməklik göstərilir.

Başçı köməkçisi jurnalistlərin suallarını cavablandırır

- Sahibkarlardan biri - Sevinc Sərdarova “Azadlıq” radiosuna demişdi ki, ondan pul istəyirlər. Rayon rəhbərliyi bu sahibkardan pul istəyibmi?

- Yenə deyirəm ki, rayon rəhbərliyi nə Sevinc Sərdarova, nə də başqa sahibkarlardan pul tələb etməyib. Özləri iş icraçıları ilə danışır, razılaşıb təmir edirlər. Sərdarova bildirib ki, imkanı yoxdur. Hətta Tahir müəllimlə görüşüblər və başçı öz vəsaiti hesabına adıçəkilən sahibkarın obyektini təmir etdirdi. Çünki qadın xəstədir, imkansızdır, rayon rəhbərliyi də ona kömək etdi, problemi həll olunub. Özündən də soruşa bilərsiniz.

- Prezidentin büdcədən ayırdığı 2 milyon manatın rayona daxil olmadığı barədə mətbuatda məlumatlar yayılmışdı. O vəsait Salyanın büdcəsinə daxil olub?

- Bəli, o vəsait gəlib çatıb. O vəsaitdən abadlıq-quruculuq işlərində istifadə olunur. Rayonun işıqlandırılması, yaşayış binalarının üzlənməsi, ağacəkmə işləri davam edir. 700 palma ağacının əkilməsi nəzərdə tutulub. Magistral yolda istinad divarları tikmişik. Rayonun 5 mərtəbəli 6 binası ağ lay plitələrlə üzlənib. Bir çox küçələrdə işıq dirəkləri qoyulub. Uşaq Yaradıcılıq Mərkəzi yaxında istifadəyə veriləcək, məktəblər tikilir.

- Palma ağacları haradan və neçəyə alınır?

- Bir qismini Bakıdan, bir qismini cənub zonasından gətiririk. Bir palma hündürlüyündən asılı olaraq 150-220 manata başa gəlir.

- Ağ lay daşların kvadratmetri neçəyə başa gəlir?

- Ağ lay daşların kvadratı usta və material pulu da daxil olmaqla, 35 manata başa gəlir. Bu daşlar Qaradağdan gətirilir.

Rayon ağsaqqallar şurası

- İddialar var ki, Tahir Kərimovun Daşkəsəndə karxanası var və daşları da oradan gətirdir...

- Mən də qəzetdə oxumuşdum ki, başçının Daşkəsəndə karxanası var. Əvvəla, Daşkəsəndə ağ lay çıxmır, Qaradağda çıxır. İkincisi, ağ lay daşları sahibkarlar özləri alır və bunu iş icraçıları ilə öz aralarında söhbət edirlər. Tahir müəllimin karxanası yoxdur və məlumat həqiqəti əks etdirmir.

- Sahibkar Ağa Quliyev deyir ki, ondan obyektinin qarşısına ağ lay vurulması üçün 3 min manat istənilib.

- Ağa Quliyevdən heç kim pul istəməyib. İş icraçısı Vüqar adlı şəxslə özləri razılaşıblar. Sonra Ağa pul verməkdən imtina edib. Üstəlik, onun mağazası qanunsuz tikilidir. Dükanın sənədlərini hələ də bizə təqdim etməyib. Məhkəməyə müraciət edib, məhkəmə ondan sənədləri istəyib, yenə verməyib. Əgər sənədləri varsa, bizə təqdim etsin.

- Ondan sənəd niyə görə istənilir?

- O mağazanın yeri istinad divarları olub. Divarı söküb mağaza kimi istifadə olunub. Ümumiyyətlə, sahibkarlar obyektlərini öz hesablarına təmir edir. Ancaq Tahir müəllim imkanı olmayan 15-16 sahibkarın obyektini öz vəsaiti hesabına təmir etdirib.

- Ağa Quliyevin obyektinin qapısının hörülməsini necə izah edirsiniz?

- Oranı icra hakimiyyəti yox, ustalar hörüb. O obyekt qanunsuz fəaliyyət göstərib.

- Obyektin qanunsuz olduğuna məhkəməyə müraciət etmədən bağlanması qanunsuz deyil?

- Məhkəmə olub.

- Ağa Quliyevi məhkəməyə RİH verib?

- Yox, o, bizi məhkəməyə verib.

- Ağa Quliyev deyir ki, 18 il fəaliyyət göstərən obyektlərinə görə vergi ödəyib və obyektə dair sənədləri də var. O, icra hakimiyyətini obyektinin qapısını gülbaxtla hördüyünə görə məhkəməyə verib və sənədlərini də məhkəməyə təqdim edib. Məhkəmədən sənədləri tələb etmisiniz?

- Yox.

- Salyanın baş memarı Teyyub Hüseynov dedi ki, abadlıq işlərinə 18 milyon manat xərclənib. Onun 2 milyonu dövlət büdcəsindən, qalanı başçının öz hesabından ayrılıb. Bu vəsait haradandır?

- Yox, bu yanlış rəqəmdir. 18 milyon xərclənməyib, 2 milyon ayrılıb və ondan da istifadə olunur. Sadəcə, Teyyub Hüseynovun dediyi texniki səhvdir.
Başçının köməkçisi ilə müsahibədən sonra Salyan Rayon Ağsaqqallar Şurasına da baş çəkdik. Redaksiyamıza basqın edən şura üzvləri də orada idi. Onlar redaksiyamıza basqına görə bütün “Yeni Müsavat”çılardan üzr istədilər və baş verənlərin anlaşılmazlıq olduğunu söylədilər.

E.SALAMOĞLU, E.MƏMMƏDƏLİYEV, Bakı-Salyan-Bakı

3808 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008