|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Həftənin əvvəlindən başlayaraq havanın temperaturu xeyli aşağı düşdü. Bəs görəsən hər zaman insanlarımızın əsas istirahət və gəzinti yeri olan Bakı Bulvarında indi istirahət edən varmı? Havalar insanların istirahət planlarına nə dərəcədə təsir edib? Bunu öyrənmək üçün “Yeni Müsavat”ın əməkdaşı Milli Parkda olub.
Bulvarda gəzinti zamanı xeyli insanın bura üz tutduğunu gördük. Havaların birdən-birə soyumasından şikayətlənən Rəhilə xanım deyir ki, son iki gündə havalar nisbətən mülayimləşib: “Ona görə də uşaqları gəzməyə çıxarmışıq. Ancaq dənizkənarı çox soyuqdur”. Milli Parka dincəlməyə gələnlərin çoxu buradakı qiymətlərdən yenə də şikayətləndilər. Təqaüdçü Yaqub Ağayevin sözlərinə görə, burada istirahət üçün hər cür şərait var, amma əksər obyektlər imkanlı adamlara məxsusdur: “Dəniz havasında gəzintidən sonra adam bərk acır, buradakı kafelərdə yemək və çay çox baha başa gəlir. Adicə, hər yerdə standart qiymətə satılan siqaret, su, tum, şirniyyat bulvar ərazisində 2 qat qiymətədir. Yaxşı olardı ki, bununla bağlı bir tədbir görsünlər. Qarşıdan beynəlxalq yarışma gəlir. Turistlər buradakı qiymət bahalığını görüb qaçacaq”.
Son illərdə Dənizkənarı Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilib. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilib. Yaşıllıq artırılıb, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilib. Xaricdən baha qiymətə gətirilən bu ağaclar indi sellofanlara bükülüb. Buna da səbəb havaların soyuq keçməsidir. Bulvarda attraksionların, kafelərin və səyyar ticarət və xidmət obyektlərinin sayı da artıb. Ancaq kafe işlədənlər müştəri yoxluğundan gileyləndilər: “Çayxanaların əksəriyyəti obyektlərini bağlayıb. Soyuq düşən kimi bizim bazarımız ”ölür". Attraksionlarda isə təhlükəsizlik qaydalarına riayət edilmir. İstirahətə gələnlər deyir ki, bunları işlədənlərin əsas məqsədi tez və çox pul qazanmaqdır. Attraksion işlədənlər deyir ki, müştəri sarıdan korluq çəkmirlər. Qeyd edək ki, Milli Parkda ən aşağı giriş haqqı olan attraksionda qiymət 1 manat təşkil edir. Şəhərin başqa parklarında isə həmin attraksionlardan istifadə 50 qəpiyədir. Hava küləkli olduğu üçün gəmi gəzintisi fəaliyyət göstərmirdi.
Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri və sair gəzinti marşrutları işləyir. Səyyar fotostudiyalar, kiçik ticarət köşkləri, müasir kafelər və s. istirahət və əyləncə mərkəzləri fəaliyyət göstərir. Bura üz tutan insanların çoxu isə asudə vaxtlarını yalnız gəzmək və ya skamyada əyləşib söhbət etməklə keçirirlər. Bunun əsas səbəbi bulvardakı kafelərdə, digər əyləncə və istirahət obyektlərində qiymətlərin şəhərin başqa yerlərinə nisbətən xeyli yüksək olmasıdır. Onu da deyək ki, Bakı bulvarı heç də indi gördüyünüz kimi qalmayacaq. Milli Parkın ərazisi 25 kilometrə çatdırılacaq. 3 istiqamətdə yeni yeraltı keçidlər inşa olunacaq. Milli Parkda taksikaterlər vasitəsilə Xəzərdə yerləşən adalara, Əhmədliyə və Hövsana səyahət etmək mümkün olacaq.
Məhz bu səbəbdən hazırda bulvarda tikinti işləri aparılır. Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, “Eurovision-2012" yarışması ərəfəsində Milli Parkda bir sıra yeniliklər ediləcək: ”Gələn il “Eurovision” müsabiqəsinin keçiriləcəyi Bakı şəhərinin ən gözəl, turistlər üçün ən maraqlı məkanlarından biri Dənizkənarı bulvar ərazisi olduğundan, biz də buna çox ciddi hazırlaşırıq. Sevindirici haldır ki, “Eurovision” müsabiqəsinə qədər Dənizkənarı Bulvar ərazisi daha 2 kilometr genişlənəcək. Artıq bu işlərə start verilib, Bayraq Meydanına qədər olan məsafədə genişlənmə işləri aparılır və “Eurovision” müsabiqəsi keçirilən günlərdə Bakıya gələn qonaqlar artıq 4 yox, 6 kilometr ərazini rahat gəzəcəklər". Günay MUSAYEVA 1993 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|