|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Son aylar Hacıqabul rayonu mətbuatın gündəmindən düşmür. Rayonda gedən abadlıq-quruculuq işləri çərçivəsində büdcədən yeyintiyə yol verildiyi, hətta pul silmək üçün avtomobil yollarına metlax vurulması haqda xəbərlər dərc olunmuşdu. Hacıqabulun icra başçısı Əhməd Muxtarov “Yeni Müsavat” qəzetində də tənqid olunmuşdu. O yazıların birində qeyd olunurdu ki, başçı quruculuq işləri adı altında səkilərə metlax vurdurur. Kvadratmetri 5-6 manat olan metlaxı kağız üzərində 40-50 manata qədər şişirdib yolların kənarlarına döşətdirir. Dünyanın heç yerində isə maşın yoluna metlax vurulmasına rast gəlinməyib. Məqalədə deyilirdi ki, dəmiryol stansiyasına gedən yola da metlax döşənir. Habelə rayonun sosial problemlər məngənəsində boğulduğu, işsizlik, kommunal çətinliklərin mövcudluğu deyilirdi.
Ancaq icra başçısı və rayonda görülən işlərlə bağlı yazılanlara indiyə qədər rəsmi şəkildə münasibət bildirilməyib. Biz də “Yeni Müsavat” olaraq yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə ötən gün Hacıqabulda olduq. Əhalinin problemləri ilə yaxından tanış olduq, rayonda hansı abadlıq işlərinin getdiyini araşdırdıq.
Ə.Məmmədov kommunal problemlərdən də söz açdı: “Rayonun 30 kəndində birpilləli qaz təminatı sisteminin çəkilişi davam edir. Artıq 9 kəndə qaz verilib. Rayonda isə qaz problemi yoxdur. Əhalinin 25 faizi fasiləsiz, qalan hissəsi isə fasilələrlə içməli su ilə təmin olunur”.
Həmin küçədə görülən işlərin aidiyyəti olmayan bir quruma verilməsi barədə iddialara gəlincə isə Ə.Məmmədov bununla razılaşmır: “Belə deyil, tametlərlə üzləmə işləri tenderin qalibi olmuş ”Uğur-2011" MMC və “Təmir-İnşaat” tərəfindən həyata keçirilir. Şəhərdəki işıqlandırma işlərini 50 saylı yol idarəsinin müdiri Firqət Qubanov yox, “Sahil Servis-R” MMC icra edir".
Müşahidələrimizə əsasən deyə bilərik ki, rayondakı kənar küçələr, ara məhəllələrin yolları diqqətdən kənarda qalıb. Bu ərazilərin yolları palçıq içində, baxımsız vəziyyətdədir. RİH nümayəndəsi gələcəkdə bu işlərin də görüləcəyini dedi. “Yeni Müsavat”ın reportyor qrupu Bakı-Hacıqabul 792 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|