03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

İSGƏNDƏR XƏLİLOV UŞAQ DƏMİRYOLUNU SÖKDÜRDÜ

Dövlət Dəmir Yol İdarəsinin də iş adamına gücü çatmayıb

Azərbaycanda yeganə uşaq dəmiryolu ləğv edilib. Gənclik dairəsi yaxınlığındakı "Dədə Qorqud" (keçmiş "Dzerjinski") parkında yerləşən, uzunluğu təxminən 2 kilometr olan uşaq dəmiryolu Moskvada yaşayan iş adamı İsgəndər Xəlilov tərəfindən sökdürülüb.

Relslər sökülüb, qədim parovoz və vaqonlar isə yoxdur

"Dədə Qorqud" parkından keçərkən uşaq dəmiryolunun relslərinin sökülməsi diqqətimizi cəlb etdi. Parkın yaxınlığında yaşayan sakinlər bizə relslərin Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin əməkdaşları tərəfindən söküldüyünü söylədilər. Onların deməsinə görə, sökülən relslər, elektrovoz və vaqonlar Biləcəriyə aparılıb. Yəqin çoxunuz Bakı Zooparkının yaxınlığında yolun kənarındakı qədim parovozu görmüsünüz. Həmin parovoz Azərbaycana keçən əsrin əvvəllərində gətirilib. Uzun illər istismar olunan parovoz sonradan körpələrə xidmət edib. Uşaq dəmiryoluna yeni elektrovoz verildikdən sonra bu qədim parovoz bağın tarixi eksponatına çevrilmişdi. Lakin uşaq dəmiryolu ləğv ediləndən sonra parovoz da Biləcəri dəmiryol stansiyasına aparılıb. Yəqin bu tarixi eksponatın son mənzili dəmir emalı zavodu olacaq.

“Uşaq dəmiryolu varlıların güdazına getdi”

Uşaq dəmiryolunun əməkdaşı ilə söhbət edirik. Adının çəkilməsini istəməyən həmin işçi bu söküntünün məcburiyyət qarşısında aparıldığını söylədi: “Dəmiryolunun qara günləri parkda yeni istirahət mərkəzinin inşasından sonra başladı. İnşaat işləri parkda dəmiryol xəttinin keçdiyi ərazidə aparılır. Tikinti sahəsi hasara alınıb. Əvvəlcə dəmiryol xəttinin üzərində qapılar quraşdırılmışdı və qatar hərəkət edərkən qapıları acırdılar. Sonradan qapıları açmadılar. Bunun nəticəsində uşaq dəmiryolunun işi iflic vəziyyətinə düşdü. Dövlət Dəmir Yol İdarəsinin həmin inşaat işini aparan tikinti şirkətinə gücü çatmadı. Məcburiyyət qarşısında qalıb dəmir yolunu sökdülər. Onlarla adam isə işsiz qaldı. Bir sözlə, uşaq dəmiryolu varlıların güdazına getdi”.
Bağda olarkən onu da öyrəndik ki, bu ərazidə "Dədə Qorqud" parkı adı altında böyük istirahət kompleksi inşa edilir. İstirahət kompleksinin tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olduğu söylənilir. İ.Xəlilov Bakının bir çox ərazilərində, o cümlədən Milli Parkda otellər kompleksi inşa etdirir. Yüksək rütbəli məmurlarla yaxın münasibətləri olan iş adamı havadarları sayəsində Azərbaycandakı yeganə uşaq dəmiryolunu ləğv etdirə bilib.

“Qatar orada harınlamış məmurun istirahətinə mane olacaq”

Sökülən uşaq dəmiryolunun stansiyalarında çayxanalar fəaliyyət göstərir. Parkda nəvəsini gəzdirən Soltan dayı uşaq dəmiryolunun sökülməsinə təəccüblənmədiyini söylədi: “Burada qeyri-adi heç nə yoxdur. Uşaq dəmiryolundan mənim kimi yoxsulların uşaqları istifadə edirdi. Bizim uşaqlarımıza isə Bakıda yer yoxdur. Varlılar uşaqları ilə birgə xaricdə istirahət edirlər. Mən 50 ildən artıqdır Bakıda,  "Gənclik"də yaşayıram. Uşaqlarımı, sonra da nəvələrimi bu parkda gəzdirmişəm. Uşaqları “Gənclik”də qatara mindirib zooparka gedərdik. Bu 50 il ərzində bir nəfər yüksək rütbəli adamın parkda uşaqları ilə gəzdiyinin şahidi olmamışam. Varlılar uşaq qatarına da minmirlər, sadə adamların gəzdikləri parkları da bəyənmirlər. Ona görə parkın düz ortasında özləri üçün istirahət mərkəzi tikib ətrafına hasar çəkirlər. Qatar oradan keçsə, harınlamış məmurların istirahətinə mane olacaq. Bu səbəbdən uşaq dəmiryolunu bağladılar. Bir az sonra zooparkı da köçürəcəklər. Bağda isə binalar tikəcəklər".
Soltan dayının qonşusu (özünü təqdim etmədi - müəl.) buna görə Dövlət Dəmir Yol İdarəsinin də məsuliyyət daşıdığını söylədi: “Ziya Məmmədov istəsəydi, uşaq dəmiryolu sökülməzdi. Nazir bu işlə sadəcə olaraq maraqlanmadı. Bir də ki, Ziyaya nə var, araba sınsa - odundur, öküz ölsə - dəri. Ziya müəllim indi bahalı polad relsləri, vaqonları satacaq. Burada (əli ilə parovoz olan yeri göstərir - müəl.) parovoz vardı. Onu dəmir əvəzi satsalar, azı 100 min qabaq düşərlər”.

Dövlət Dəmir Yol İdarəsi susur...

Dünən Azərbaycan Dövlət Dəmir Yol İdarəsindən məsələyə münasibət öyrənməyə cəhd  göstərdik. İdarənin mətbuat xidmətinə gün ərzində bir necə dəfə etdiyimiz zənglərə cavab verən tapılmadı. Qəbul şöbəsinin xanım əməkdaşı bizi idarənin rəisi Arif Əsgərovla birləşdirməkdən imtina etdi: “Mən sizi rəislə birləşdirə bilmərəm. Arif müəllim jurnalistlərin suallarını cavablandırmır. Bu işlə mətbuat xidməti məşğuldur. Mətbuat xidmətinin rəhbəri çəkilişdədir. Başqa vaxt zəng edin”.

Əfqan MUXTARLI

994 dəfə baxılıb

[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR

[24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR

[23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ

[18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR

[02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

ARXIV

Yeni MÜSAVAT © 2008