|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
«Anam, mən və bacım zirzəmidə yaşayırdıq. Anam xəstə idi. Gecəni yatdıq. Səhər oyananda gördük anamız ölüb. Üstünü kağız kartonlarla örtdük ki, üşüməsin». Bu sözləri «28 may» metrosu ətrafında dilənən 7-8 yaşlarındakı uşaqlar deyib. Bu, taleyin amansız hökmünə məruz qalan və küçə həyatı yaşayan, indi isə «Ümid yeri» Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzinə sığınan körpələrdən birinin acı həyatından bir fraqmentdir. Mərkəzin rəhbəri Natiq Mənsimli deyir ki, həmin uşaqları Novruz bayramı ərəfəsində tapıblar: «Bayram ərəfəsi idi. İşçilərimiz şəkərbura, paxlava da bişirmişdilər. Uşaqları yuyundurdular, yemək verdilər, amma onları analarından başqa heç nə maraqlandırmırdı... Elə hey »anamızın yanına gedirik" deyirdilər. Onların anasının olduğuna inanmadıq. Çünki küçə uşaqlarının çoxu yalan danışır, özlərindən hekayələr uydurur. Oğlanı işçilərimizin biri ilə yaşadıqları yerə göndərdik. Uşaqların dedikləri təsdiqləndi. Zirzəmidən 30-35 yaşlarında qadının meyitini tapdılar. 22-ci polis bölməsinə məlumat verdik. Qadınını meyitini morqa apardılar". Onlar bəzən öz yaşlarını da bilmir...
Kimsəsiz uşaqlar «Ümid yeri»nə necə düşür?
- Natiq bəy, bəs internatlarla əlaqəniz varmı? - Çətin tərbiyə olunan oğlan uşaqlarını icra hakimiyyətinin qərarı ilə açıq tipli internata yerləşdiririk. Amma internata getməkdən imtina edənlər də var. Bu zaman onların istəyi nəzərə alınır və burada saxlanılırlar. - Bəs uşaqların sonrakı taleyi necə olur? - Onlara öz övladlarımız kimi baxırıq. Təhsillərinə, iş həyatlarına nəzarət edirik. - Sizcə, uşaqların küçə həyatını seçmələrinin səbəbi nədir? - Səbəblər müxtəlifdir. Elə uşaq var ki, valideynlər arasında konfliktə etiraz edərək ailəsindən imtina edib. Ana içki düşkünü, narkoman olur. Amma küçə həyatına düşənlərin əksəriyyəti nikahı pozulan valideynlərin uşaqlarıdır. Ata həbsə düşür. Ana başqa həyat tərzi sürür. Yaxud ana rəhmətə gedir, ata yenidən evlənir, uşaq ögey ana ilə yaşamaq istəmir. Çıxış yolunu küçə həyatında görür. Bura gəlib övladı ilə maraqlanan valideynlər azdır
- Çox az. Bir bacı-qardaş var idi. Ataları 4 il həbsdə olub, amma uşaqlar bunu bilməyib. Ana əxlaqsız yola düşüb. Uşaqlar sanatoriyaya yerləşdirilib. Onları bura polislər gətirdi. Çox tərbiyəli uşaqlar idi. Ata-analarının harada olduğunu bilmirdilər. Ata həbsdən çıxandan sonra uşaqlarını axtarmağa başlayıb. Uşaqların qeydiyyatda olduğu poliklinikada onların ataları ilə təsadüfən bizim əməkdaş rastlaşıb. Uşaqlardan soruşdum ki, atanızı xatırlayırsınızmı. Biri dedi atamın üzündə xal var idi. Digəri də dedi Yeni ildə bizə yolka bəzəyirdi. Atalarını bura gətirdik, onunla həyətdə söhbət edirdik. Uşaqlar da dərsdən gəlirdilər. Bir az dayanıb kişiyə baxdılar. Sonra necə atıldılar atalarının üstünə... Atalarının boynundan yapışıb elə qucaqlamışdılar ki... Həmin səhnəni gözlə görmək lazım idi. Başqa uşaqlar da ağlayırdılar. Onlardan niyə ağladıqlarını soruşanda «istəyirik ki, bizim də atalarımız gəlsinlər» dedilər. Onların hamısının ürəyində ata-ana yanğısı var. - Uşaqlar arasında ali təhsil alanlar varmı? - Var. Təranə adında bir qızımız İqtisad Universitetinə qəbul olub. Qızlarımızdan biri Kooperasiya Universitetini bitirib. Peşə məktəbini bitirən uşaqlarımız da var. - Xüsusi istedadı ilə seçilən uşaqlar vamı?
Aysel Teymurzadə pianosunu «Ümid yeri»nə bağışlayıb
- Buradan övladlığa uşaq götürənlər varmı? - Var. Amma azdır. Bu yaxınlarda bir uşağı övladlığa götürdülər. Uşaq qaraçıların içində yaşayıb. Onu diləndiriblər, döyüblər. Jurnalistlərdən biri bizə zəng vuraraq qonşuluqda kirayədə qaraçıların qaldığını və bizdən olan bir uşağı diləndirdiklərini dedi. Daxili İşlər Nazirliyinə xəbər verdik. Bir saat keçmədi ki, uşağı gətirdilər. 5-6 yaşlarında qarabəniz oğlan uşağı idi. Üzü çapıq-çapıq idi. Uşaqda heyvani instinktlər yaranmışdı. Başqalarını təpikləyir, üstlərinə tüpürürdü. İki il bizimlə yaşadı. Uşaqlar onun adaptasiyasına çox kömək etdilər. Uşaq idi deyə bizə tez uyğunlaşdı. Onu övladlığa verdik. Valideynlər belə ssenari qurdular ki, guya o, balaca olanda anası ilə bulvarda gəzirmiş, birdən onu itiriblər. İndi isə axtarıb onu tapıblar. Valideynlərlə əlaqə saxlayırıq. Deyirlər ki, uşaq dəfələrlə valideynlərdən onu necə itirdiklərini danışmasını xahiş edir. - Bu işin öhdəsindən tək gəlmək çətindir. Sizə dəstək verənlər olurmu? - Var. Sağ olsunlar. «Azercell» şirkəti fəaliyyətə başlayan bu günə qədər maddi və mənəvi dəstəyi ilə bizim yanımızdadır. İndiyə qədər 1200 uşaq insan kimi itirilmək təhlükəsindən uzaqlaşdırılıb. «Ümid yeri»nin bu uğurları «Azercell»siz mümkün olmazdı. Bundan başqa, şirkətin rəhbəri Əli bəyin həyat yoldaşı Hilayniyə xanım həftədə bir dəfə bizə baş çəkir. Qayğılarımızla maraqlanır. Həm də uşaqlarımıza ingilis dilindən dərs deyir. O, uşaqların əl əməyinə cəlb olunmasında maraqlıdır. Uşaqlarımız onları çox sevir. *** Natiq Mənsimli ilə söhbəti bitirəndən sonra uşaqların necə yaşadıqları ilə maraqlanırıq. Məlum olur ki, ikimərtəbəli evin hər mərtəbəsində bir ailə yaşayır. Ümumiyyətlə isə hər mərtəbədə 14 uşaq olmaqla bir ailə yaşayır. Uşaqlar əl əməyinə də xüsusi diqqət yetirir. Müəllimlərinin köməyi ilə kiçik xalçalar və salfetlər toxuyurlar. *** Buradan ayrılmağın vaxtı çatır. Natiq bəy bir istəyini də çatdırdı. Dedi ki, dövlətin xalq qarşısında borcu olsa da QHT-lərin və vətəndaşların üzərinə də mühüm vəzifələr düşür. Problemlərin həllində əl-ələ vermək lazımdır. Leyla İLQAR 1088 dəfə baxılıb
|
[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI [16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ [12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI... [05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA [29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN [28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ [15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI |
| Yeni MÜSAVAT © 2008 |
|