|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İnsanlar ta qədimlərdən falçılara, öncəgörənlərə maraq göstərib. Kimin işi çətinə düşəndə, çıxılmaz vəziyyətlə üzləşəndə falçıya üz tutur. Hətta tanınmış simalar da bu baxıcıların xidmətindən geniş istifadə edirlər. Maraqlıdır ki, Allah tərəfindən vergi aldığını, insanların taleyi haqda əvvəlcədən məlumat verməyi bacardıqlarını iddia edənlər indi onları falçı adlandıranda qəzəblənirlər. Özlərinə təzə ad qoyublar: öncəgörənlər. İslama görə, fala baxmaq böyük günahlardan olduğu kimi, fala baxdırmaq və falçı yanına getmək də günah sayılır. “Xəstələri müalicə edirəm” “Belə xəstələri müalicə edə bilərsinizmi” sualına isə baxıcı Fatmanın cavabı olduqca maraqlı oldu: “Bu oğlana xristian baxıcı əməl edib. Mənim də rus tanışım var, ona görə rusa müraciət elədim, həmin əməli o açdı. İndi o da gəlib Biləcəriyə, qızı əməliyyat olunub. Mən bu oğlanın işini verdim ona, əməli o açdı. Ona pulu ayrı verirəm, müştərinin verdiyi puldan mənə on-iyirmi manat pul qalır. Həmin pulun da iyirmi manatını taksiyə vermişəm, onlar nəsə hədiyyə versə mənə qalan o olar”. Baxıcımız tanışlarını “KQB”yə işə düzəldə bilir Biz falçının yanında olanda ona Validə adlı tanışı zəng vurmuşdu. Telefonla nə barədə danışdıqlarını xəbər aldım: “Mənim bir müştərim var ”KQB" də işləyir. Mən ona dua yazıram. Orda makinaçı işləyir, istəyir ki, onu da “KQB”yə buğalteriyaya işə düzəltsinlər. Mən də dedim ki, mənim bir yaxın adamım var, gəl deyim səni işə düzəltsin". “40 manata bəxtini açaram” Bu barədə düşünərkən bayaqkı ehtimalım özünü doğruldur. Falçı Fatma bəxtimi açmaq üçün məndən pul istəyir. Özü də cəmi 40 manat: “Əlavə bir dənə köynək, bir də şəkil lazım olacaq. Müsəlman işlərini və bəxt işlərini özüm işləyirəm. Amma mənə bir milyon da versələr pis iş görmürəm. Mənə verəcəyin 40 manatın 30 manatı əmələ qoyacağım şeylərə gedəcək, əmək haqqı olaraq oradan mənə 10 manat çatacaq. Köynəyi əyninə geyəcəksən, sonra yumadan yeddi yerə parçalayıb, hər birini bir yola atırsan, yolun açılır. Nal verərəm sənə, üç yol ayrıcına basdırırsan, duanı qırmızı parçaya tikib, üstündə saxlayarsan. Mumiyanı yazacağam ki, bar verən ağacın dibində basdırarsan, oğlanın elçi gəlməsi üçün isə evdə dua saxlayarsan”. Jurnalistdən də müəllim olar?! Falçı insanların peşəsini, kimliyini də müəyyənləşdirmək bacarığına malik olduğunu iddia edir. Lakin mənim ixtisasım deyəsən onu çaşdırır: “Əvvəllər tibb sahəsinə maraqlı olmusan, amma indi dil müəlliməsi olaraq görürəm səni. Hələ ki, oxuyursan, işləməyinə çox var”. Şahnaz NOVRUZQIZI 2707 dəfə baxılıb
|
[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI [08.03.2010] - MÜXBİRİMİZ ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÜL SATDI [04.03.2010] - XARİCDƏN GƏTİRİLƏN AĞACLAR XƏSTƏLİK YAYIR [01.03.2010] - TARİXİN SİRR ÜZÜ - ƏMİRCAN KƏNDİ [28.02.2010] - BAKI KİNOTEATRLARI ÇAYXANAYA VƏ OYUN ZALLARINA ÇEVRİLİB [27.02.2010] - MÜXBIRİMİZ “CİNLƏR DİYARINDA” [24.02.2010] - ERMƏNİ VƏHŞİLİYİNİ TABLOYA KÖÇÜRƏN RƏSSAM [29.01.2010] - FALÇI 40 MANATA MÜXBİRİMİZİN BƏXTİNİ AÇDI [18.01.2010] - “HAMAMIN İÇİNDƏ, İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...” [23.12.2009] - KİRAYƏLƏRDƏ QOCALAN GƏNC AİLƏLƏR [07.12.2009] - “ELƏ OLUB Kİ, İKİ GÜN AC QALMIŞIQ” [21.11.2009] - ŞƏHVƏT VƏ ŞƏRAB QOXULU BAKI GECƏLƏRİ [04.10.2009] - PARTİYALAR YAN-YANA... [24.09.2009] - SONBEŞİYİ OLMAYAN EV [14.09.2009] - “ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ...” [07.09.2009] - “YENİ MÜSAVAT”ın ƏMƏKDAŞLARI QUL BAZARINDA BİR GÜN “QUL OLDU” [02.09.2009] - PARTİYA QƏRARGAHLARINDA NİSBİ SAKİTLİKDİR [22.08.2009] - TANINMIŞ SİYASƏTÇİLƏRİN İLK İŞ YERLƏRİ «YENİ MÜSAVAT»da [21.08.2009] - BAKI DƏMİR YOLU VAĞZALINDA BİR GECƏ [15.08.2009] - QIZIM, SƏNİ ƏRƏ VERİM... ÖZÜ DƏ İQTİDAR AİLƏSİNƏ... |
| Yeni MÜSAVAT © 2008 |
|