 |
Proje
ERMƏNİ VƏHŞİLİYİNİ TABLOYA KÖÇÜRƏN RƏSSAM 2010-02-24 Vaqif Ucatay: “Hər azərbaycanlının əlinə batan tikan mənim ürəyimə sancılır”
|
Onunla Qaradağlı faciəsinin 18 illiyinə həsr olunan tədbirdə tanış olduq. Vaqif Ucatay Xocalı faciəsinə aid unikal şəkillər çəkən rəssam kimi təqdim edildi. Bizdə onun şəxsiyyətinə və yaradıcılığına maraq bu təqdimatdan sonra yarandı. Əsərlərində Qarabağa daha çox yer verən rəssamla onun emalatxanasında görüşdük. V.Ucatay 1955-ci il, iyulun 22-də Dəvəçidə doğulub. 1978-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1987-ci ildə isə Leninqradda Repin adına Rəssamlıq Akademiyasını bitirib. 1993-cü ildən Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin müəllimidir. İlk fərdi sərgisi 2007-ci il, yanvarın 2-də, ikincisi isə 2009-cu il martın 30-da soyqırım hadisələri ilə bağlı olub. Vaqif bəy söhbətə tədbirdə sərgilənən rəsmin tarixçəsindən danışmaqla başladı: “Onu Xocalı faciəsindən il yarım əvvəl işləmişdim. Başımıza gələn faciələrə dair ümumiləşdirilmiş simvol çəkməli idim. 4 yaşlı uşağın faciəsini təsvir etdiyim həmin rəsm Məmməd İsmayıl redaktor olanda ”Gənclik" jurnalının üz qabığında nəşr olundu. Evlənəndən sonra başa düşdüm ki, həmin hissləri ata kimi yox, sadəcə, insan kimi duymuşam. Dərd mənə o qədər doğma olmalıdır ki, başqalarına da çatdıra bilim. O rəsmi körpə qızımın simasında yenidən işlədim. Kompozisiyanı işləməyə başladığım tarixi saxladım. Sadəcə obrazı dəqiqləşdirdim. Özümü buna il yarıma ancaq kökləyə bildim. Həyat yoldaşım xəbər tutdu. Etirazla “Neynirsən, Gültəni niyə çəkirsən?” - dedi. Ona “Xocalıda öldürülən elə mənəm, sənsən, Gültəndir” dedim. Daha heç nə demədi. Uşaq yenicə danışmağa başlayanda “Ata məni çəkib, ata məni çəkib...” deyə sevinirdi. Amma bir az böyüyəndən sonra təəccüblə soruşdu: “Ata, məni niyə öldürüblər?” “Bu, sən deyilsən. Uşaqlar bir-birinə oxşayır” dedim. Razılaşmadı. “Axı bu, mənəm....” dedi. Fikrini birtəhər yayındırdım. Amma böyüdükcə hər şeyi başa düşdü".
Vaqif bəy bu rəsmi zamanında nəşr etdirə bilməyib: “Qapı-qapı gəzdim. Hidayət Orucova, Eldar Namazova, Fatma Abdullazadəyə müraciət etdim. O rəsmi çap etdirə bilmədim. 11 il sonra rəsm öz yerini tapdı. Xocalı saytı bu rəsmlə başlayır”. “Pafos kimi çıxmasın, amma özünü vicdanlı sayan hər bir azərbaycanlı üzərinə düşəni yerinə yetirməlidir. Torpaqlarımız işğal olunub, insanlarımız əzab çəkir. Hər bir azərbaycanlının əlinə batan tikan mənim ürəyimə sancılır. Əsirlikdə insanlarımızın başına açılan oyunları eşidirdik. Buna münasibət bildirmək lazımdır ki, gələcəkdə insanlar təkrar faciə yaşamasın” - deyən rəssam bu mövzuya daha çox üstünlük verməsinin səbəbini açıqladı: “10 il əvvəl əsirlərin başına gətirilən hadisələri siyahıya aldım ki, yaddan çıxarmayım. 7-8 hadisənin ilk variantını karandaşla çəkmişdim. Sonra o eskizləri təkmilləşdirdim. İkinci ildir ki, ardıcıl işləyirəm. İllüstrasiya çəkəndə hansısa ədibin təsiri altında olursan. Amma faciəni gərək film lenti kimi izləyəsən ki, heç nə yaddan çıxmasın. Rəsmləri təsəvvürlə çəkirəm. Sadəcə, hadisəni danışmaq kifayət edir. İlk məlumatları Milli Təhlükəsizlik Nazirliyindən almışdım. Əsir və Girovlarla İş üzrə Dövlət Komitəsinin sədri rəhmətlik İbrahim Hüseynova müraciət etdim. Kömək edəcəyini dedi, bir şərtlə ki, işlərimə baxsın. Gəlib baxdı. Portretlərin qarşısında xüsusilə çox dayandı. ”İşləyə bilərsən" dedi. Əlavə etdi ki, işgəncə əzabını təsvir edə bilirsən. O, rəhmətə gedəndən sonra da işimi dayandırmadım". Eskizlər arasında biri diqqətimi cəlb etdi. Vaqif bəy deyir ki, bu natamam iş erməni qadının vəhşiliyinin portreti olacaq: “Karine Arutyunyan adlı erməni qadın varmış. Əsirləri vəhşi heyvan kimi diri-diri yeyirmiş. Bunu xalqdan gizlədiblər. Onu yazan insanı axtarıb tapdım. MTN-in mayoru olub. Yazdığının, dəqiq olduğunu dedi. Sadəcə, vahimə yaranmasın deyə bunu xalqdan gizlədiblər. Son işimi Arutyunyana həsr etmişəm. Onunla bağlı fikrimdə bir kompozisiya da var. Hadisələri incəliyinə qədər işləyəcəyəm ki, erməni xislətini aça bilim. Erməni müəllifləri özləri yazır ki, XIX əsrə qədər Ermənistanda insan əti də yeyilib. Bu, dəhşətdir. Yeri gələndə tülküdən hiyləgər, toyuqdan da yazıq görünməyi bacaran ermənilər insanlara elə işgəncələr verib ki, mat qalırsan. Onlar insan cildində ifritədir”. Bu yerdə haşiyə çıxır: “1974-cü ildə əsgərlikdə olanda 19 yaşım var idi. Tovuzdan olan adaşım Bəxtiyar Vahabzadənin ”Gülüstan" poemasını oxuyurdu. Azərbaycan haqda həqiqəti öyrənəndən sonra sovetin qatı düşməninə çevrildim. O zamana qədər Ərdəbil, Xoy, Mərəndi fars şəhəri sayırdım. İçimdə inqilab baş qaldırdı. Məni dəhşət bürüdü. Komsomol biletini cırıb atdım. Biz yaddaşsızlığımıza görə uduzuruq. Yaddaşı ziyalı verir. Azərbaycan xalqı isə ziyalısızlıq bəlası yaşayır".
***
Rəssamın əsərlərinə baxıram. Kürəyinə samovar bağlanan qadınları göstərir: “Deyirlər, qadınların belinə qaynar samovar bağlayıblar. Amma belə olmayıb. Samovarı onların kürəyində qaynadıblar. Onda insan əzab çəkə-çəkə ölür. Əsgərlərimizin başını kəsib futbol oynayıblar”. Vaqif bəy deyir ki, ermənilər bir metodla işləyir, faciəni törədir, amma vahiməni çoxaltmaq üçün şahid də saxlayırlar: “Bu, bizim xeyrimizə olur. Şahidlər olmasaydı, baş verənlərdən xəbərimiz olmazdı. Hadisələr yenicə başlayanda Qərbi Azərbaycandan didərgin düşən bir qadın dəmir borunun içinə doldurulan uşaqlar arasında onun da körpəsinin olduğunu dedi. Onun uşağı boruya sığışmadığı üçün parçalayıb salıblar. Boruda 79 uşaq olub. 80-ci onun körpəsi imiş. Əvvəlcə onun dediklərinə inanan olmayıb. Qaynaq zamanı çox xırda bir yer açıq qaldığından itlər meyitlərin yerini aşkara çıxarmışdı. 1992-ci ildə isə Bağanıs Ayrımda körpəsini ananın gözü qarşısında şişə taxıblar. Televizorda dəli olan ananı da, kösövə dönən körpəni də göstəriblər. “Karine Arutyunyan”ın müəllifi Elçin Həsənov yazır ki, Eçmiədzində Roza Bektaşi adında bir qadını Kama və Səidə adlı uşaqları ilə birgə zəhərli ilanla dolu quyuya atıblar. Ermənilər tərəfdən vuruşan bir rus əsgəri isə yazır ki, boş kəndlərin birində evin içində körpə uşaqla qadın tapıblar. Qadın yalvarıb ki, onlara toxunmasınlar. Erməni əsgər körpəni süngü ilə iki yerə bölüb, uşağın parçasını dönə-dönə ananın başına çırpıb. Üz-gözü qana boyanan ana havalanıb. Nalə çəkib, sonra da qəhqəhə ilə gülməyə başlayıb. O rus əsgər ermənilərə qulluq etməklə günah işlətdiyini yazıb. Yazı 1994-də “Moskovskiy komsomolets”də çıxıb. Əsirlərimizi başıaşağı qaynar qazana salıb-çıxarıblar. Əsgəri diri-diri torpağa basdırıb quduz itləri üstünə salıblar".
V.Ucatay Mirmöhsün Nəvvabın ermənilərin əsrin əvvəllərində törətdiyi hadisələrə dair “Erməni-müsəlman davası” kitabına da istinad edib: “O yazır ki, ermənilər kişilərin qurşaq nahiyəsində, onurğa üzərində dərisini dörd barmaq soyandan sonra o yeri ağacın budağına bağlayır, əyilmiş budaq qalxdıqca dəri soyularmış. 1995-ci ildə xəstəxanada yatan əsgər danışırdı ki, erməni mövqeyinə hücum edəndə şuşalı bir qız tapıblar. Ermənilər hər dəfə erməni zorakılığına məruz qalan qızın bədəninə tatuajla öz adını da yazıb. Qızın köməyi o olub ki, dağın altında ermənilərin bazasını əsgərlərimizə nişan verib. Amma əsgərlərimiz çox çalışsalar da qızı gətirə bilməyiblər. ”Bu görkəmdə hara gedim" deyən qız özünü öldürüb. “Erməni vandalizmi” kitabında yazılır ki, Fərrux Əzimov adlı əsgəri yerə basdırıb diri-diri çürüdüblər. 9 yaşlı qızın başına o oyunu gətiriblər ki, qız həkimlərdən qorxub çarpayının dalında gizlənirmiş. Daha bir şahid isə deyir ki, bir qadının bətninə ölü pişik yerləşdiriblər ki, türk qadınları ancaq pişik doğa bilər". Erməni vəhşiliyindən danışan Vaqif bəyin yanğısı bitmir. Sözünün sonunda dedi ki, bu dəhşətli hadisələri fırçaya almaqda məqsədi qisasçılıq hissi oyatmaq yox, baş verənlərdən nəticə çıxarmağa çağırışdır: “Müharibədən əziyyət çəkən insanlar milyonlarladır...” Leyla İLQAR 1011 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|