 |
Proje
BAKI KİNOTEATRLARI ÇAYXANAYA VƏ OYUN ZALLARINA ÇEVRİLİB 2010-02-28 Fəaliyyət göstərən kinoteatrlarda isə ən çox baxılan “Təhminə və Zaur” filmidir
|
Vaxtilə kinoteatrlarda kassaların qarşısı tamaşaçılarla dolu olardı. İndi isə bəzi kinoteatrlardan daha çox mebel salonu, çayxana, internet-klub kimi istifadə olunur. Mədəniyyət və turizm naziri problemin həll ediləcəyini dəfələrlə desə də hələlik ortada müsbət nəticə yoxdur. Kinoteatrlar 2006-cı ildə prezidentin sərəncamı ilə özəlləşdirilməyə çıxarıldı. Amma bu addım gözlənilən nəticəni vermədi. ***
Kinoteatrların acınacaqlı durumu bir yana, tamaşaçıya təqdim olunan filmlər də qənaətbəxş hesab olunmur. Kinoteatrlar işin yaxşılaşdırılması məqsədilə özəlləşdirməyə çıxarılsa da bu, daha pis nəticə verib. Təbii ki, ölkəyə kinoteatrlar lazımdır. Özü də şadlıq evləri və ya restoranlarla müqayisədə daha çox lazımdır. Kinoteatrlar mədəni mühitin ən vacib komponentlərindən biridir, mədəni ölkəni bunsuz təsəvvür etmək mümkün deyil. Ancaq görünür, özəlləşməyə rəhbərlik edənlər ölkəni kinoteatrlarsız çox yaxşı təsəvvür edirlər.
Problemlə yaxından tanış olmaq üçün paytaxtdakı bir neçə kinoteatra baş çəkdik. İlk yollandığımız ünvan metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında yerləşən “Təbriz” kinoteatrı oldu. Burada diqqətimizi çəkən məqam binanın üstünə yazılan “Çayxana kinoteatrda yerləşir”, “Kinoteatrda çay, sosiska, yemək verilir” adlı elanlar oldu. İçəri adamla dolu idi, siqaret tüstüsündən az qalırdı nəfəs tutulsun. Nəzarətçi bizi çayxananın sahibi Sahib adlı şəxslə tanış etdi: “Bu kinoteatr bizim şəxsi obyektimizdir və onu istədiyimiz kimi idarə edə bilərik. Bura kinoteatr statusunu çoxdan itirib. Əgər yer özəlləşdirilibsə, deməli, bina da özəldir”. Daha sonra “Vətən” kinoteatrında olduq. Kinoteatrın administratoru Məhəmməd Kərimovla həmsöhbət olduq. O, bildirdi ki, “Vətən” kinoteatrı hazırda istifadə edilir: “Biz 32 nəfərlik zalı öz hesabımıza təmir etdirdik. Bu gün kinoteatrlara gələnlərin sayı öncəki illərə nisbətən artıb. Tamaşaçıların əsas hissəsi gənclərdir. Ən çox baxılanı ”Təhminə və Zaur"dur. Bununla yanaşı kataloqda “O, olmasın, bu olsun”, “Arşın mal alan”, “Babək” filmləri də var. Biletlərin qiyməti 2 manatdır". Daha sonra böyük zala baxmaq istədiyimizi bildirdik. Adminstrator bizi zala aparsa da buradakı mənzərənin kiçik zaldan tam fərqli olduğunu gördük. Belə ki, zalda tennis və bilyard zalı, yuxarı hissəsində çayxana fəaliyyət göstərirdi. Məhəmməd Kərimov bildirdi ki, bura “Vətən” kinoteatrının balansındadır: “Ancaq biz gəncləri əyləndirmək üçün bu addımı seçmişik. Gördüyünüz kimi bu salonda gənclər asudə vaxtlarını keçirirlər”.
Növbəti üz tutduğumuz kinoteatr isə “Araz” oldu. Buranın təmiri uzun illərə təsadüf etsə də orijinal dizaynı ilə diqqətimizi cəlb etdi. Kinoteatrda heç kim olmadığından bir başa ikinci mərtəbəyə - direktorun otağına yollandıq. Direktor Nəriman Əzimov kinoteatrlar binalarının çayxana kimi istifadə edilməsinin əleyhinə olduğunu dedi: “Mən uzun illərdir ki, bu işlə məşğulam. Son illər özəlləşdirilən çayxanaların sayı durmadan artır. Həmin sıralarda ”Araz" kinoteatrı da var. Ancaq prezident xüsusi göstəriş verib ki, özəlləşdirilsə də ancaq kinoteatrların inkişafı yolunda dəyişiklik aparılsın. Bunu hər kəs bilir ki, kinoteatrlara gələnlərin sayı azalıb. Bizə bütün yaş qrupuna aid tamaşaçılar gəlir. Elə olur ki, məktəbdən zəng edib sifariş verirlər ki, sabah filan film olsun məktəblilər gələcək. Bəzən olur iki nəfər gəlib film izləyir. Bəzən heç kim gəlmir. Biletlərin qiyməti yaş fərqinə görə bölüşdürülüb. Məktəblilər 2.40, böyüklər 2.80, sterio filmlər 1.20 manatdır. Bu gün öndə gedən kinoteatr “Azərbaycan” sonra “Araz”dır. “Azərbaycan” kinoteatrının inkişaf etməsinin səbəbi amerikalılarla müqavilə bağlamaları olub. Onlar filmi lentlə, biz DVD ilə təqdim edirik. Bir faktı qeyd edim. Bu ilin yanvar ayında bizim 972 manat gəlirimiz olub. Əgər kinoya baxan yoxdursa bəs bu pul haradandır"? Direktorla söhbətdən sonra Rəcəb İvedikin filmini izlədik. Bizimlə birgə dörd nəfər də film izləyirdi.
Üz tutduğumuz növbəti kinoteatr isə “Azərbaycan” oldu. Bura müasir görkəmi ilə diqqəti cəlb edir. İçəri daxil olduq. Ancaq sual verməyimiz üçün yazılı müraciət etməli olduğumuz bildirildi. İcazəsiz bir neçə sualımızı cavablandıran nəzarətçi bildirdi ki, tamaşaçılar günü gündən artır: “Öncələr çox az adam gəlirdi. Ancaq indi tamaşaçı sayı pis deyil”. Teatarşünas Aydın Talıbzadə kinoteatrlara gedənlərin az olmasını zamanla əlaqələndirir: “Əvvəllər insanların həyata baxışları başqa idi. Bu gün internet, televiziya var. İnsanların maraqları həddən artıq genişdir. Bu maraqlar içində teatr, kino sadəcə olaraq öz funksiyasını yerinə yetirə bilmir, seyrçi cəlb edə bilmir. Bax, budur əsas problem. Bu gün elə bir tələbat yoxdur ki, seyrçilər teatrlara, kinoteatrlara getsin”. Türkan TURAN 1127 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|