13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

XARİCDƏN GƏTİRİLƏN AĞACLAR XƏSTƏLİK YAYIR

2010-03-04

Nəbatat bağının aqronomu: “150 yaşlı çürük zeytunların Azərbaycana gətirilməsi cinayətdir!”
Müxbirimiz məmurların ağac korrupsiyası haqda maraqlı detallar aşkarladı

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu il ekologiya ili elan olunub. Prezidentin göstərişi ilə bu il 3 milyon ağac əkilməlidir. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə yaşıllaşdırma işləri üçün paytaxtda 11 ərazi ayrıldığını və ağacəkmə kampaniyasına payızda start veriləcəyini bildirib. Buna baxmayaraq artıq bu işə start verilib. Hazırda Dənizkənarı Bulvar İdarəsinə xaricdən xeyli ağac gətirilib. Mətbuatda yazılanlara görə, İtaliyadan gətirilən 150 yaşlı zeytun ağaclarının hər biri 3 min manata başa gəlib. Paytaxtın isə əksər yerlərində sərv ağaclarının əkilməsini müşahidə etmək olar.

“150 yaşlı zeytin bizə nə verəcək?”

Əraziyə gedib, biz də orada gördüyümüz mənzərə ilə tanış olduq. Bulvardakı adamlara yaxınlaşıb bu məsələyə münasibətlərini öyrəndik. Teymir Hacıyev yaşıllığa belə israfçı münasibətdən xeyli gileyli olduğunu dedi: “Yəhudilər Bakıdan köç edəndə özləri ilə çox miqdarda Azərbaycana xas olan nadir növlü Eldar Şamının toxumlarını aparıb, İsraildə yaşıllıq parkları saldılar. Bu ağac nəsli kəsilməkdə olan ağacdır, amma görün bu ağacları nə kökə salıblar. Axı, bunların gövdəsi təmizlənəndə bir daha qol-budaq atmır. Azərbaycan üçün ən xarakterik ağac olan çinarın qol-budağını baxın necə doğrayıblar. Yaxşı ki, çinar pöhrə verəndir, yoxsa bunları da şam ağaclarının aqibəti gözləyərdi. Görəsən bu yoluq zeytun ağacı bizə nə verəcək? Müqayisə üçün gedin Qız Qalasının qarşısındakı Abşeron zeytunlarına baxın, o ağacların görkəmi gözəldir, yoxsa bu yoluq zeytunun?”

Etibarsız sərv ağacları

T.Hacıyev hazırda şəhərdə yerli şəraitə uyğun gəlməyən sərv ağaclarından da danışdı: “Hazırda hara baxırsan gözə sərv ağaclarının tingləri dəyir. Prezident 3 milyon ağacın əkilməsilə bağlı göstəriş verib deyə, elə necə gəldi, hara gəldi bu ağac əkilməlidirmi? Sərv ağacı məgər çinar qədər qiymətli ağacdır? Özü də bu tinglərin əkilməsi də texniki şərtlərə cavab vermir. Şəhərin istənilən yerinə baxın, əksər yerlərdə əkilən tinglər arasındakı məsafə belə nəzərə alınmır, bəzi yerlərdə yarım metrdən bir ağac əkilib, fikir versəniz görərsiniz ki, əkilən cavan tinglərin əksəriyyəti də quruyur. Sərv ağacı kövrəkdir, çox kök atmır, Bakı küləyinə davamlı deyil. Hətta bu ağac haqda məşhur bir mahnı da var:

Sən bir sərv ağacı mən bir göyərçin,
Etibar etməyib uçdum da səndən".

“Amerika ağ kəpənəyi, yastıca və unlu şeh yaşıllığa qənim kəsilib”

Mütəxəssislər isə bildirir ki, yerli və iqlimə asan uyğunlaşan bitkilərin əkilməsi həm iqtisadi cəhətdən sərfəlidir, həm də xaricdən gətirilən bitkilərin xəstəlik və zərərverici daşıyıcılığı ehtimalı böyükdür. Nəbatat bağının direktoru, akademik Oruc İbadlının dediyinə görə, məhz xaricdən gətirilən ağacların sayəsində Bakıdakı yaşıllıqlar Amerika ağ kəpənəyi, yastıca kimi zərərvericilərin “işğalı”na məruz qalıb ki, hazırda paytaxt bu bəladan qurtulmasa, yaşıllıqların kütləvi məhvi gözlənilir: “Unlu şeh xəstəliyi də ağaclar üçün böyük təhlükə mənbəyidir”.
Nəbatət bağının aqronomu Asif Mehrəliyev isə şam ağaclarının gövdəsinin təmizlənməsini məqbul hesab etsə də, bu nadir növlü bitkilərin sayının çoxaldılmasını tövsiyə edir: “Görünür Bulvardakı Eldar şamlarının əksəriyyəti yaşlandığı üçün, budanıb. Lakin yaxşı olardı ki, Nəbatat bağında, xüsusi ərazilərdə yetişdirilən bu nadir növlü şamlar çoxaldılaydı, nəinki xaricdən baha qiymətə gətirib, yerli şəraitə çətin adaptasiya olunan ağaclar əkiləydi”.
Aqronom İtaliyadan baha qiymətə gətirilmiş yaşlı zeytun ağaclarının yerli şəraitə uyğunlaşacağını güman etmir: “150 yaşlı çürük zeytunların Azərbaycana gətirilməsi cinayətdir. Məgər Azərbaycanda zeytun ağacı qəhətdir?Zeytun ağacını hansı quruluşda istəyirlərsə Nəbatət bağından aparıb müvafiq yerdə əkilməsi mümkündür”.

“Heydər Babayev bir hektarlıq zeytunluğun yerində villa tikdirib”

Vəkil Aslan İsmayılov hesab edir ki, bütün vətəndaşlar ölkə ərazisində yaşıllıqların məhvinə qarşı mübarizə aparmalıdırlar: “2002-2003-cü ilə qədər Maştağa qəsəbəsi ilə Buzovna arasında 10 hektarlarla zeytunluq bağı vardı, onun bir hektara yaxın ərazisini Heydər Babayev özünə villa tikdirdi, qalanları da digər nazirlər, məmurlar qapazladılar. Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Azərbaycan ən çox vərəm yayılan ölkələrdəndir. Yaşıllıqların qırılması da vərəmin sürətlə yayılmasına rəvac verir. Odur ki, hər bir vətəndaş yaşıllığın məhvinə qarşı mübarizə aparmalıdır” .
Bəs Azərbaycanın şəhər və rayonlarının yaşıllaşdırılması üçün xaricdən gətirilən ağaclar yerli şəraitə nə qədər uyğundur. Bu ağacların gətirilməsi neçəyə başa gəlir?

“Xaricdən ağac gətirmək sərf etmir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Rəhim İbrahimovun dediyinə görə, Bakı Bulvarına gətirilən ağaclara görə nazirlik birbaşa məsuliyyət daşımır: “Doğrudur, bilavasitə bütün yaşıllıqlar bizim nəzarətimizdə olmalıdır. Lakin real olaraq buna nəzarət mümkün deyil. Ümumilikdə isə nazirlik ötən ilədək xaricdən ağac gətirib, hazırda bu proses dayanıb. 2007, 2008-ci illərdə zeytun cinsləri İtaliyadan gətirilib və bu ağaclar da yerli iqlim şəraitinə uyğunlaşıb. 2009-cu ildə gətirilən dekorativ ağaclar Əzizbəyov rayonu ərazisində hava limanında əkilib, İtaliyanın iqlimi Azərbaycanın iqliminə oxşar olduğundan həmin ağaclar yerli şəraitə tez uyğunlaşır”.
Nazirlik əməkdaşı xaricdən gətirilən ağaclarla bağlı rəqəm açıqlamaq istəmədi: “Xaricdən nə qədər ağac gətirilib, neçəyə başa gəlib bu barədə məlumatım yoxdur. Bu ötən illərdə olduğu üçün sənədlərə baxmaq lazımdır”.

“500 yaşlı zeytunun meşədən paytaxta gətirilməsinə kim icazə verər?”

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bulvara xaricdən gətirilən bu ağaclar ora gələn sakinlərdə maraq yaratmaq üçündür: “Xaricdən 300 ağac, 3 min kol bitkisi gətirilib. Həmin zeytun ağaclarının isə yaşı təxminən 160-a yaxındır. Bunlar indən sonra 500 il də yaşaya bilər. Bəlkə də Azərbaycan meşələrində 500 yaşı olan zeytun ağacları var, lakin o ağacların bulvarda gətirilib əkilməsinə kimdir icazə verən? Lakin bu ağaclar dövlət səviyyəsində xarici şirkətlərlə bağlanan müqavilə yolu ilə gətirilib və güman edirik ki, bulvarda belə qədim ağacların, görünüşü gözəl olan dekorativ ağaclar sakinlərin marağını kəsb edəcək. Qeyd edim ki, bu zeytunların meyvələri də iridir. Gətirilən ağacların da heç bir xəstəliyi, zərərverici daşıyıcılığı yoxdur”.
N.Məcidov bildirdi ki, sözügedən ağacların Bakıya gətirilməsində isə Kommunal Xidməti və Abadlaşdırma MMC-nin direktor müavini Vəli Şahverdiyevin rolu olub. V.Şahverdiyev dedi ki, İtaliyanın müvafiq şirkəti ilə aparılan uzunmüddətli danışıqlardan sonra bu ağaclar Azərbaycana gətirilib. Onun dediyinə görə, ağacların müxtəlif formaya salınması üçün 15-20 il vaxt lazımdır ki, artıq ötən ildən yerli mütəxəssislərimiz bu işin icrasına başlayıb.
Qeyd edək ki, N.Məcidov da, V.Şahverdiyev də ağacların hansı qiymətə gətirilməsi barədə məlumat verməkdən imtina etdilər. Qeyri-rəsmi məlumatlara görə isə həmin ağacların gətirilməsinə 50 milyon manat vəsait ayrılıb. Ekologiya ilinə görə bu il dövlətdən ayrılan vəsaitin də nə qədər olması barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə müəyyənləşdirmək cəhdimiz mümkün olmadı.
Mövzuya qayıdacağıq.

S.HİLALQIZI

1513 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008