13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

MÜXBİRİMİZ ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÜL SATDI

2010-03-08

Xanım əməkdaşımızın alveri yolda tıxac yaratdı

Martın 8-nə cəmi bir gün qalmış gül bazarında satışın nə yerdə olmasını öyrənmək istədik. Buna görə yol kənarında gülsatanlardan reportaj hazırlamaq qərarına gəldik. Bizə maraqlı gəldi, görəsən, səhərdən axşama kimi yol kənarında dayanan bu adamların qazancı nə qədərdir. Üstəlik bayram ərəfəsində satışın necə olması ilə maraqlanmaq üçün bir neçə yerə baş çəkdik. Avtomobillərin sıx olduğu yerlərdən biri metronun “Gənclik” stansiyasının yaxınlığına yollandıq. Bir neçə metrdən bir dayanmış gülsatanlar sanki bir-biri ilə rəqabətdə idi.

Avtomobil yaxınlaşan kimi satıcılar güllərin qiymətini deyib, keyfiyyətini reklam edirdilər. Emil adlı satıcı bildirdi ki, gülləri Gürcüstandan və İrandan gətiriblər. Ancaq əvvəlki illərə nisbətən bu il satışın az olduğundan şikayətləndi: “Öncəki illər daha çox gül satırdıq. Ancaq bu il çox az satmışıq. Sabah 8 martdır. Gözləyirik bəlkə sabah satış yaxşı oldu. Elə də baha vermirik. Qiymət 2-4 manat arasındadır”.
Sahib adlı gülsatan isə saat səhər 8-dən yolda dayanmağına baxmayaraq, cəmi 4 gül satdığını bildirdi. Güllərdən xanımına aparıb-aparmaması ilə maraqlandıq: “Xanımımın nəyinə lazımdır gül. Ona pul lazımdır. Gülü satıram ki, evə pul apara bilim. Pulsuz kişi xanımın nəyinə lazımdır? Heç alver də yaxşı deyil. Deyəsən kasıblayıb adamlar. Gəlib soruşurlar, ancaq almırlar. Bu gülləri biz özümüz gətirmirik. ”Optovoydan" götürürük, gətirib burada satırıq. Mağazalarda bizə sərf etmir. Çünki kasıb adamlarıq. Pulu haradan alıb yer haqqı ödəyəcəm? Ən yaxşısı bu üsuldur. 5-3 manat ver ətrafda gəzişən polisə. Rahatca gülünü sat".
Telman adlı digər gül satıcısı isə gülləri kənara qoyub oturduğuna görə ona yaxınlaşdıq. O bildirdi ki, səhər açılandan buradadır. Yorulduğu üçün oturub. Ondan xahiş etdik ki, yorğunluğu çıxana qədər gülləri biz sataq. Sonda çox çətinliklə olsa da, bizimlə razılığa gəldi: “Əgər polis sizi saxlasa mənlik deyil. Götürün satın. İstəsəniz pulu yarıbayarı bölə bilərik”.
Bir dəstə gülü götürərək yol kənarında satmağa başladıq. Demək olar ki, sürücülər gül almaq üçün növbəyə dayandılar. Yolda bir neçə dəqiqəlik tıxac yarandı. 5 gül satdıq. Həm də 4 manatdan. Satıcı isə gördüyü mənzərədən heyrətə gəlmişdi. Qazandığımız 20 manatı satıcıya verdik. İsrarla pulun yarısını bizə verəcəyini bildirdi: “Bu pul sizin halal qazancınızdır. Əgər bunun hamısını mənə verib getsəniz vicdanım rahat olmaz. Nə olsun ki, gül mənimdir. Əsas budur ki, satan sizsiniz”.
Gülsatanın israrına baxmayaraq, pulu götürmədən oradan uzaqlaşdıq.

Türkan TURAN

1148 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008