|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Qala kəndində qədimdən it döyüşləri keçirilib. Kəndin "Meydan" deyilən yerində təşkil olunan yarışlara baxmaq üçün Bakının digər kəndlərindən, rayonlardan və hətta xarici ölkələrdən gələnlər olarmış. Babam Mirsoltan kişi deyərdi ki, həmişə yarışlarda cins çoban itləri qalib gələrdilər". Bu sözləri mənə Qala kəndində keçirilən ənənəvi it çempionatında olarkən kəndin yaşlı sakini Hacı Əşrəf söylədi. Bir neçə dəfə it döyüşlərindən reportaj hazırlamağa cəhd etmişdim. Ancaq bu döyüşlər gizli keçirildiyindən, yerini öyrənib, getmək imkanım olmamışdı. Qala kəndində bu günlərdə təşkil olunan it döyüşünə bileti isə təsadüfən “Əzizbəyov” metro stansiyasının yaxınlığından keçərkən aldım. Əlində kiçik kağız parçaları tutan 16-19 yaş arasındakı gənc oğlan mənə yaxınlaşıb “İt çempionatı biletlərindən qalmadı. 2 manata” deyincə, bu fürsətdir deyib tez bir bilet aldım. Biletin üstündə bir it şəkli, bir də qiyməti yazılmışdı. Yerini satıcıdan öyrənirəm. Məlum olur ki, hər il aprel ayında Qala kəndinin “Meydan” deyilən yerində ənənəvi it çempionatı keçirilir. Beləliklə, vaxt itirmədən Qala kəndinə yola düşürəm.
“Parçala onu, oğlum... İkinci klapanlarını aç” Döyüşəcək olan itlər meydana gətirilir. Az qalsa iplərini qıracaq olan itlər hədsiz dərəcədə əsəbi görükürlər. İtlər hürərək qabağa - meydana atılırlar. Lotereyalar yazıldıqdan sonra döyüşə start verilir. Bozdağ və Toka sahiblərinin əllərindən çıxaraq bir-birilərinə hücum edirlər. Bozdağın sahibi qışqıraraq: “Parçala onu, oğlum, parçala. İkinci klapanlarını aç. Qan üzünü yusun ağlı başına gəlsin”- deyir. Tokanın sahibi Ramin isə hədsiz dərəcə aqressiv şəkildə bu sözləri deyir: “Sən belə deyildin, oğlum, nə oldu sənə? Canavarın qabağından qaçmayan oğlan şəhərli balasının qabağından qaçacaq? Aslan kimi hücum et”.
Bu oyunda kim uduzdu, kim uddu... Beş dəqiqəlik fasilədən sonra ikinci döyüş başlayır. Püşkatma nəticəsində savaşacaq olan itlərin adları məlum olur. Bu 3 yaş 1 aylıq, 46 kilo, Xaçmazdan sahibi Kərimlə gələn Toplan və Gürcüstandan yarışa qatılan Şimşək olur. İtlər sahibləri ilə birgə yerlərini alırlar. Hakim göstərişini vermədən Toplan adlı padar iti sahibinin əlindən çıxaraq hücuma başlayır. Onları durdura bilməyən hakim yarışın başlandığını bildirir. Şimşəyin boğazından yapışan Toplan onu boğur. Başını rəqibinin boğazından çəkməyən Toplan sağa-sola hərəkət edərək onu öldürmək istəyir. Az keçmir ki, Şimşək yerdə qan içində qalır. İtləri aralayırlar. Amma iş-işdən keçir. Gürcüstandan gələn Şimşək adlı it oradaca can verir.
Final: Bozdağ Toplana qarşı Beləliklə, finala qalan itlərin adları məlum olur. Bozdağ və Toplan adlı itlərin döyüşünə lotereyalar oynanılır. Ən çox pul- 500 manat Bozdağa qoyulur. Tamaşaçılar “Bozdağ, Bozdağ” deyə qışqırırlar. Budur itlər meydana gətirilir. Hədsiz dərəcədə yorğun görünən itlər əvvəlki döyüşlərdə olduğu kimi, qəfil hücuma keçmirlər. Toplan Bozdağın boynundan yapışsa da, dişləməyə taqəti çatmır. Bundan istifadə edən Bozdağ hücuma keçir və Toplanı yerə yıxır. Tez onun boğazını ağzına alan Bozdağ yarım saata kimi çəkən döyüşün sonunda meydandan qalib ayrılır. Toplan isə savaşın sonunda ölür.
“İt ölənə kimi yarış davam etməlidir” İt çempionatı qurtardıqdan sonra yarışın hakimi ilə söhbət edirik. O, bizə deyir ki, dünyada heyvan döyüşdürmək ənənəsinin qədim tarixi var: “Kitablardan və sənədli filmlərdən öyrəndiyimə görə, hazırda Şərq ölkələrinin əksəriyyətində it döyüşləri keçirilir. Bu yarış hər ölkədə bir başqa cür keçirilir. Dəyişməyən isə qayda-qanunlardır. Məsələn, başqa cinsdən olan itlər bir-biri ilə döyüşə bilməzlər. Və yaxud it sahibinin etirazı olmadan yarış dayandırıla bilməz. İt ölənə kimi yarış davam etməlidir. Qalada keçirilən yarışlara digər ölkələrdən baxmağa və iştirak etməyə gələnlər olur. Bu gün Gürcüstan və Dağıstandan qonaqlarımız var idi. Bundan əvvəlki yarışda isə Türkiyə və Əfqanıstandan gəlmişdilər. Onların arasında yarışda iştirak edənlər də var idi”. Fərahim İLQAROĞLU 6417 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB |
| Yeni MÜSAVAT © 2008 |
|