13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

2010-05-24

Xəbər verdiyim kimi, Almaniyanın Hamburq şəhərinə səfərimiz azərbaycanlı jurnalistlər Şahvələd Çobanoğlu və hazırda qazamatda saxlanılan Emin Milli və Adnan Hacızadənin Herd Buserius adına “Şərqi Avropada azad söz” ödülünün təqdimatı ilə bağlı idi. Ancaq girişdə Hamburq şəhəri haqda bəzi qeydləri yazmağın yeri var. Bu şəhər Almaniya Federativ Respublikasında müstəqil şəhər-dövlət statusuna malikdir, federasiyanın 16 subyektindən biridir. Tarixə görə, 19-cu əsrdə Almaniyanın birləşdirilməsində, dövlət kimi formalaşmasında xüsusi rol oynamış Otto fon Bismark Hamburqu çox sevirmiş; elə şəhər-dövlət statusunu da Hamburqa o verib.

Şəhər qədim kilsələrlə doludurHamburq parlamentinin binası

Bismark istefaya çıxandan sonra da bu şəhərin ətrafındakı evdə yaşayıb. Hazırda şəhərdə Bismarkın heykəli var, bir də Hamburq dükanlarında “Bismark” adlı su satılır.
Hamburq sözünün anlamı “ham” - çay sahili və “burq” - qala sözlərindən yaranıb. Maraqlıdır ki, buradakı “burq” sözü ərəbcədən bizim dilimizə keçmiş “bürc” sözü ilə eyni mənadadır. Şəhərin öz gerbi və himni var. Gerbdə şəhər qalasının qapısı təsvir olunub, ona görə almanlar Hamburqu “dünyanın qapısı” adlandırır. Nəzərə alsaq ki, Hamburq Avropanın ən böyük liman şəhərlərindən biridir, bu söz təsadüfən deyilmir. Şəhərin deviz-şüarı isə belədir: “Əcdadlarımızın bizim üçün qazandığı azadlığı qoy gələcək nəsillər şərəf və ləyaqətlə qorusun”. Bizim Azərbaycanda şüarı belə cümlə olan şəhər təsəvvür etməyə çalışın...

Hamburqda südün litri bizim pulla 50 qəpikdirAlman polisi ilə şəkil çəkdirmək də xoşdur

Sovet adamlarının yaxşı tanıdığı alman kommunisti Ernest Telman Hamburqda doğulub. Bundan başqa, Hamburq dahi bəstəkarlar İohan Bramsın və Feliks Mendelsonun da (bu bəstəkar məşhur “Toy marşı” ilə hamıya tanışdır) vətənidir. 20-ci əsrin musiqisinə silinməz təsir buraxmış məşhur ingilis qrupu “Bitlz” isə ilk musiqi çalışmalarına məhz burada, Hamburqda başlayıb.
Əlbəttə, çoxlarının yanlış olaraq Amerika mətbəxinin kəşfi saydığı hamburgerin də vətəni Hamburqdur.

Şəhərdən mənzərəBurda qazlar da azaddır

Ümumiyyətlə, şəhərdə tarixi irsə örnək götürüləsi münasibət var. Burada heç kəsin ağlına gəlmir ki, Hacıbala kimi alət götürüb qədim kilsə və qalaların divarlarını qaşısın. Şəhərdə hündür binalar əsasən kənarlarda tikilib.
Hər yerdə alman dəqiqliyi, qayda-qanuna alman hörməti hiss olunur. Hamburq haqda daha səyahət tonunda bir şeylər yazmaq istəmirəm, indi hər kəs internetdən bu məlumatları əldə edə bilər. Nadir hallarda rastına çıxan polisin üzügülərliyi, velosiped sürənlərin çoxluğu, yerli maaşla nisbətdə dükanlardakı ucuzluq və sairə - bu, indi Avropanın az qala hər yerində belədir.

Şahvələd Çobanoğlu çıxış edirMirzə Sakit

Şərqi Avropadan - Rusiya, Gürcüstan, Azərbaycan, Belarus və Ermənistandan gəlmiş jurnalistlərə mükafat Hamburq parlamentinin binasında verilirdi. Yeri gəlmişkən, bu parlamentin deputatları yalnız günün yarısı yığışırlar, o biri yarısında hər kəs öz ilk peşəsi ilə məşğuldur. Məsələn, deputatlar arasında bir elektrik də var. Vitse-spikerlərdən biri isə Haqverdi soyadlı türkdür. Təqdimat mərasimində yerli parlamentin rəhbərliyi də iştirak edirdi və Şahvələd Çobanoğlunun yekun sözü ilə, bütün mükafatçılar adından tək çıxış etməsi, çıxışın çox bəyənilməsi bizi qürurlandırdı.
Hamburq azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri, 13 ildir Almaniyada yaşayan Azər Rövşənlə görüşümüz də yadda qalan oldu. Azər bəyin ürəyi daim Azərbaycanla döyünür, bunu pafosla yazmadığımı bilməyiniz üçün onun vetenim.azersayt.com adlı internet bloquna baxmağınız yetər.
Satirik şair Mirzə Sakitin də hazırda Hamburqda yaşadığını yazmışdıq. Mirzə burada ikiotaqlı evlə təmin edilib, almanca öyrənir, ancaq çox sıxıntı çəkdiyini qüssə ilə yazıram. Biz Mirzənin evində olanda o internetlə Bakı ilə əlaqə saxladı, məlum oldu ki, azərbaycanlı məmurlar onun Böyük Şordakı evinə gedən qaz xəttini yenidən kəsiblər. Halbuki Almaniya onu hər cür kommunal xərcdən azad edib. Bizdən hava limanında ayrılanda Mirzənin ağlaması qürbətin nə olduğunu deyirdi.
3 günlük Hamburq səfərindən yadıma düşənlər hələlik bunlardır.

Zamin HACI

2228 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008