12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

2010-06-08

Rəsmi monitorinqə görə, Xəzərdə çimmək olar, reallıqlar isə əksini deyir

Yayın gəlişi ilə çimərliklər mövzusu yenidən aktuallıq qazanıb. Artıq Bakıdakı çimərliklərin monitorinqi də keçirilib. Monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda aparıb. Monitorinqin nəticələrinə görə, modul tipli çirkab su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

***

Aparılan tədqiqatların nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün ötən gün Hövsan çimərliyində olduq.
Burada bir çox istirahət mərkəzləri var. Hər birində xidmətin səviyyəsi və qiyməti fərqlidir. Bəzi istirahət mərkəzlərində əhaliyə göstərilən xidmət həddindən artıq bahadır. Ancaq xidmət və keyfiyyət uzlaşması yoxdur. Neftə bulaşmış yosunlar sahilə kimi gəlib çıxıb. Çimərlik ətrafında qalaq-qalaq zibilxanalar kənardan insana gəl-gəl deyir. Temperaturun yüksəkliyi isə zibilliyin ayıbını bir az da qabardır. Ərazidə həmçinin üfunət iyindən gəzmək olmur. Lakin çimərliyə gələnlərin sayı həddən artıq çoxdur. Suyun, qumun çirkli olmasına baxmayaraq insanlar istirahətlərindən qalmır.

***

Olduğumuz istirahət məkanında giriş haqqı 1 manat idi. Üstəlik, girişdə “yeməklə giriş qadağandır” elanı vurulmuşdu. Sadə vətəndaşlar bu kimi yerlərə çox az üstünlük verirlər. İstirahət etmək istəyənlərin çoxu məhz pulsuz və açıq çimərliklərə gedir. Açıq çimərliklərdə isə təmizlik işlərinin aparılmaması antisanitariyanın hökm sürməsinə gətirib çıxarır. Misal olaraq günlərdir yığılıb qalan zibil qalaqlarını və ya hər beş addımda qarşıya çıxan boş su şüşələrini və zir-zibili göstərmək olar.
Ərazidə pulsuz yerlər də var. Di gəl, çimərliyin pullusu da, pulsuzu da pis gündədir. Burada hətta ölmüş heyvan cəsədlərini görmək olar. Boş stolun qiyməti 5-10 manatadır. Buna görə də stollarda adamlar, demək olar, gözə dəymirdi. Yaxınlıqdan dənizə axıdılan kanalizasiya isə vəziyyəti daha da ağırlaşdırır.
İstirahətə gələnlərlə də söhbətləşdik. Sakinlər bu cür yerlərə imkansızlıqdan gəldiklərini deyirlər: “Havalar çox isti keçir. Ona görə dənizə gəlirik. Buraların çirkli olduğunu görürük. Ancaq nə edək, başqa çimərliklərdə çox bahadır. İmkanımız çatsa yaxşı çimərliklərə gedərik”.

***

Ərazidə FHN-ə məxsus bildiriş lövhəsi ilə rastlaşırıq: “Ərazi təhlükəli olduğu üçün burada çimmək qəti qadağandır. Öz həyatınızı təhlükəyə atmayın”. Ancaq bildirişə məhəl qoyan yoxdur. Lövhənin qarşısında dayanıb uşaqlarına kənardan nəzarət edən xanıma yaxınlaşdıq. Bildiriş lövhəsini göstərdik. O, buna diqqət etmədiyini söylədi: “İnanırsınız, bu ərazinin təhlükəli olduğunu siz deyəndən sonra bildim. Mənim xəbərim yox idi”.
Ərazidə balıq tutanları da gördük. Talıb adlı balıqçı 30 ildir bu işlə məşğul olduğunu dedi. Bunu isə sadəcə hobbi kimi etdiyini bildirdi: “Buranın təmiz olmadığını bilirəm. Ancaq imkanımız bura çatır. Əgər bir yerdə balıq varsa, ora mənə cənnət kimi gəlir. Təmizləsələr yaxşı olar”.

***

Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çimərliklərin monitorinqdən sonra təqdim elədiyi siyahını təqdim edirik:
Sumqayıt - Sumqayıt - çirkli, Binəqədi - Novxanı - normal, Sabunçu - Pirşağı - normal , Sabunçu - Nardaran - normal, Sabunçu - Bilgəh - normal, Xəzər - Zağulba - normal , Xəzər - Buzovna - normal, Xəzər - Mərdəkan - normal , Xəzər - Şüvəlan - normal, Suraxanı - Hövsan - normal, Səbayel - Şıx - çirkli, Qaradağ - Sahil - çirkli.

Türkan TURAN

1971 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008