13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

2010-06-26

Tarixi-mənəvi dəyərlərimizə vandalist münasibət davam edir

Son illər tarixi abidələrin sökülməsi dəb halını alıb. Bu barədə dəfələrlə yazmışıq. Ancaq vandalizm halları davam edir. Dünən bu mövzuda redaksiyamıza müraciət daxil olub. Bir qrup İçərişəhər sakini tarixi-memarlıq abidələrimizə olan laqeyd münasibətdən şikayətçidir. Onların dediyinə görə İçərişəhərdə Seyid Sədulla abidəsini yeni dizaynda təmir edərək yerində kafe və tualet açıblar. Məlumatdan sonra sözügedən ünvana yollandıq.

Məlum oldu ki, 2009-cu ildə Filarmoniya bağında aparılmış bərpa işləri zamanı İçərişəhərin Salyan qapısının yaxınlığında yerləşən və 1384-cü ilə aid olan Seyid Sədullanın xeyriyyə idarəsi təmir edilib, qarşısında kafe fəaliyyətə başlayıb. Binanın otaqlarından biri kafenin mətbəxi, digər otağı isə ictimai tualet kimi istifadəyə verilib. Digər tərəfdən, kafenin fəaliyyəti ilə əlaqədar abidənin ətrafında da zibillik yaranıb.
Ərazidə olduğumuz zaman hələ də təmir-bərpa işləri aparılırdı. Ustalarla söhbətləşdik. Onların dediyinə görə buranın kim tərəfindən zəbt edildiyindən xəbərləri yoxdur: “Biz fəhlə adamlarıq. Çağırırlar, bizdə çörəkpulu qazanmaq üçün işləyirik. Bir də ki, əgər icazə olmasa, buranı kim söküb dağıda bilər. Paytaxtın ən çox diqqətdə olan yeridir buralar”.
Bəs bu işlərin başında kimlər dayanır? Abidəni kafe və tualetə çevirmək üçün kimdən icazə alınıb? Bu suallarla işə nəzarət edən səlahiyyətli şəxslərdən axtardıq. Ancaq bizimlə kimsə danışmaq istəmədi. Yeri gəlmişkən, fəhlələrdən buradakı qiymətləri soruşmağı da unutmadıq. Onların dediyinə görə, əraziyə çoxlu turist axın etdiyindən qiymətlər bahadır: “Kafedə çayın qiyməti od tutub yanır. Yeni açılan tualetin qiyməti isə 50 qəpikdən 1 manat arasıdır”.
İçərişəhər sakinləri də yaranmış vəziyyətdən narazıdırlar: “İçərişəhərdən, demək olar ki, əsər-əlamət qalmayıb. Bütün tarixi binalar sürətlə dəyişdirilməkdədir. Qədimiliyi qorumaq əvəzinə onu müasirləşdirirlər. Bura gələn turist keçmişimizi öyrənmək üçün gəlir. Abadlığa qalsa, xaric başdan ayağa müasir formadadır. Bu cür qanunsuzluqların qarşısı tezliklə alınmalıdır”.
Şəhər sakini Solmaz Quliyeva Bakının abadlaşdırılmasını təqdir etdiyini, ancaq İçərişəhərin dəyişdirilməsi ilə razılaşmadığını bildirdi: “Son illər ərzində tarixi-memarlıq abidələrimizin qorunması sahəsində müəyyən qanunlar hazırlanıb, fərmanlar və sərəncamlar imzalanır. Bakımızın günü-gündən gözəlləşməsi göz qabağındadır. Şəhər küçələrində, parklarda aparılan təmir işləri yaxşıdır. Ancaq qədim memarlıq binalarının, abidələrinin dəyişdirilməsi ağlasığmaz haldır. Heç bir ölkədə belə tarixi memarlıq abidəsinin müasirləşdirilməsi görülməyib”.
Adının çəkilməsini istəməyən İçərişəhər sakini tarixçi olduğunu və uzun illərdir burada yaşadığını dedi: “Bir tərəfdən təmir edib tikirlər, digər tərəfdən bəzi qurumlar əksinə olaraq, nəinki bu abidələrin qorunması istiqamətində addımlar atmır, əksinə bu tarixi binaların bərbad vəziyyətə düşməsinə şərait yaradırlar. Şəhərin ümumi görünüşünə xələl gətirən hallar saya gəlməyəcək qədərdir. Paytaxtdakı bəzi tarixi-memarlıq abidələrinə qarşı laqeyd münasibət onun tarixi simasına xələl gətirir. Heç bilirsiniz bura gün ərzində nə qədər turist gəlir? Hər halda şəhərə gələndə gördünüz də, hər tərəf qazılıb. Demək olar ki, alt-üst edilib. Guya kanalizasiya xətləri çəkilir. Daha nə qədər boru dəyişmək olar? İl boyu buralar bu cür qazılmış, pis vəziyyətdə olur. İndi də bu abidəni tualetə çeviriblər. Vallah ayıbdır. Bunun bircə adı var biabırçılıq”.

Türkan TURAN

1105 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008