 |
Proje
MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR 2010-07-10 Kondinsionerləri barmaqla sayılacaq, ya da ümumiyyətlə olmayan qəragahlar...
|
Sinoptiklərin məlumatları bu yay özünü tamamilə doğrultdu. Belə ki, “qora bişirən” istilərin gəlməsini və paytaxtda havanın temperaturunun yüksək olmasını artıq hər kəs hiss edib. Qızmar günəş ətrafında çalışanların vəziyyəti barədə reportyorlarımız kifayət qədər yazıb. Bu dəfə isə ölkədə fəaliyyət göstərən siyasi partiyaların qərargahlarında çalışanların istilərdə necə sərinləndiklərini öyrənmək qərarına gəldik. Hər halda qarşıdan parlament seçkiləri gəlir və məntiqlə bu ərəfədə partiyalarda gərgin iş getməlidir. Bəs, görəsən havanın temperaturu gündən-günə qalxdıqca bu siyasi partiyaların iş rejiminə necə təsir edir? Bu və digər suallarımıza cavab tapmaq üçün partiya qərargahlarına üz tutduq. İlk getdiyimiz partiya Müsavat Partiyası oldu. İçəri daxil olan kimi partiyada təmir işlərinin aparıldığını gördük. Müsavat başqanı İsa Qəmbərin otağında müavinlərlə toplantı keçirildiyindən bir az gözləməli olduq. Bu zamandan istifadə edərək ayrı-ayrı otaqlara baş çəkdik. Mühafizəçi Namiq Abdullayevin sözlərinə görə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının otağında kondinsioner var. Otağa daxil olanda isə məlum oldu ki, Arif bəy bu kondinsionerdən istifadə etmir. Səbəbi isə çox sadədir. İşıq enerjisinə qənaət etmək üçün... A.Hacılının kabinetinin yanında isə Müsavat Gənclər Təşkilatının otağı yerləşir. Bu otaqda təmir işləri yeni bitib. Müsavat başqanın müavini Tofiq Yaqublu deyir ki, gənclər özləri pul yığıb kondinsioner alıblar, lakin hələ “siftəsini” etməyiblər. Gənclərin otağı ilə üzbəüz yerləşən təşkilat şöbəsinin işçisi Zöhrab bəy isə havalandırma sisteminə ehtiyacı olmadığını deyir: “Mənim otağımda kondinsioner yoxdur. Havalandırma sistemlərinin ziyanlı olduğu üçün ondan istifadə etmirik”. Bu dəfə millət vəkili Arzu Səmədbəylinin iş otağına daxil oluruq. Məlum olur ki, bu otaqda havalanmasında ancaq pəncərələrdən istifadə olunur. T.Yaqublu deyir ki, qərargahın sol tərəfində yerləşən otaqlar nisbətən sərindir: “Bu binanı 2 saylı ev-tikinti kominatı özü üçün tikib. Amma yarı daş, yarı panel olduğundan o qədər də sərin deyil. Sülhəddin Əkbər, Nəsiman Yaqublu və Mehman Cavadoğlunun otaqları yerləşən sırada sərin olur. Bütün bu otaqlar da eynilə ”yelkeçər" olduğundan sərin olurlar". T.Yaqublunun sözlərinə görə, Seçki Departamentində kondinsioner işləyir: “Ən çox işləyən otaq Seçki Qərargahı olduğundan burada daim kondinsioner işləyir”. Partiyanın 110 nəfərlik iclas zalında da kondinsioner quraşdırılıb. Burada Məclisin iclasları keçirilir. İcra Aparatının toplantıları keçirilən otaqda da, qəbul otağında da kondinsionerlər yalnız iş vaxtı istifadə olunur. Nəhayət, Müsavat başqanının qəbul otağına daxil oluruq. Məlum olur ki, qəbul otağında kondinsioner var, amma az hallaqda işlədilir. Eyni zamanda partiya rəhbəri İsa Qəmbərin otağında işlədilən kondinsioner də bütün günü yanılı olmur. Çünki kondinsionerin insan orqanizminə və işıq yandırmaq baxımından cibə ziyanlı olması ondan daha az istifadə olunmasına gətirib çıxarır.
Müsavat Partiyasından ayrılıb Azərbaycan Demokrat Partiyasına(ADP) yollanırıq. Partiya rəhbərliyinin aşağıda çayxanada olduğunu öyrənirik. Bizi qarşılayan isə ADP sədrinin müavini Nurəddin İsmayılov olur. O, partiya qərargahında 15-ə yaxın otağın olduğunu deyir: “Bu otaqlardan partiya sədri, seçki məsələləri sədr müavini Taliyət Əliyev və Ali Məclisin sədri Vafiq Şirinovun otağında kondinsioner quraşdırılıb. Bu bina daşdandır və onun üstündə dam olduğundan günəş şüaları birbaşa düşmür. Kondinsionerləri isə yalnız qərargahda ola zaman yandırırıq”. N.İsmayılovun sözlərinə görə, digər otaqların bəzilərində sərinkeşlər işlədilir, bəzilərində isə pəncərələr açıq saxlanılmaqla otaq havalandırılır. Onu da öyrəndik ki, ADP toplantılar keçirmək üçün ən böyük zala malik olsa da, bu zalda heç bir havalandırma sistemi yoxdur.
ADP-dən sonra Ümid Partiyasına gedirik. Partiyaya daxil olan kimi sədrin qərargahda olmadığı məlum olur. Ali Məclisin sədri Ənvər Ağazadə partiya qərargahının 2 mərtəbədən ibarət olduğunu deyir: “Zirzəmidə 3 otaq və zal yerləşir. Yer altı olduğundan oralar sərin olur. Yuxarı mərtəbəyə gəldikdə, bu bina hündürmərtəbəli bina olsa da, havalandırma sistemi mükəmməl işləyir”. Həmsöhbətim deyir ki, qərargahda yalnız sədin otağında kondinsioner quraşdırılıb: “Digər otaqlarda sərinkeşlərdən istifadə olunur”. Ə.Ağazadə yaxın zamanda 100 kv.m sahəyə hesablanmış kondinsioner alacaqlarını da dedi: “Bununla bütün 2-ci mərtəbədə yerləşən otaqları sərin saxlamaq mümkün olacaq”.
Ümid Partiyasının ardınca yollanacağım son ünvan isə Klassik Xalq Cəbhəsi Partiyası oldu. Onun sözlərinə görə, partiya qərargahında kondinsionerlərdən, ümumiyyətlə istifadə olunmur: “Bir dənə sədrin otağında sərinkeş var, o otağı havalandırır”. Bax belə. Getdik, partiya qərargahlarının qızmar yay günlərində necə sərinləndiklərini araşdırdıq və gəlib yazdıq. Ümid edək ki, bu isti yay mövsümü gəzib-dolaşdığımız müxalifət partiyalarının qərargahlarında çalışan insanların mübarizə əzmini sındırmayacaq. Axı qarşıdan siyasi baxımdan daha isti mövsüm - parlament seçkiləri gəlir... Nailə RÖVŞƏNQIZI 591 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|