 |
Proje
ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR 2010-07-14 Tərpənməyə taqəti olmayan vəhşilər bəzən günlərlə yemlənmir
|
Son günlər Bakı zooparkından həyəcanlı xəbərlər alırdıq. Müxtəlif vaxtlarda ora baş çəkən paytaxt sakinlərindən bir neçəsi redaksiyamıza müraciət edərək orada saxlanılan heyvanların istidən əziyyət çəkdiyini deyirdi. Onlar müşahidələrinə əsasən bunu da deyirdilər ki, heyvanlar deyəsən, doyunca yemək də tapmır, çünki çox arıq, halsız görünürlər. Bu deyilənləri əsas götürüb dünən Bakı zooparkına üz tutduq. Deyilənlərin nə dərəcədə doğru olduğunu yerində öyrənmək, heyvanların yay qayğıları ilə maraqlanmaq istəyirdik. 1 manata bilet alıb zooparka daxil olduq. Parka gələnlər demək olar ki, çox az idi. Heyvanların səsindən və qoxusundan ərazidə gəzmək mümkün deyildi. Öncə rəhbərliklə görüşmək istədik. Ancaq nəzarətçi dedi ki, rəhbərlikdən heç kim yoxdur. Parkı məcburən bələdçisiz gəzməli olduq.
Hansı qəfəsə yaxınlaşsan, oradakı heyvanların çoxunun taqətsiz halda yerə sərildiyini görərsən. Bunun səbəbini zoopark əməkdaşlarından soruşduq. Onlar bunu güclü istilərlə əlaqələndirdi. Bu vaxt əlimdəki dondurmanı görən iki dəvəquşu yatdığı yerdən qaçıb bizə tərəf gəldi. Nəhəng quşlar başını qəfəsin barmaqlıqları arasından dondurmaya doğru uzadıb onları yemləyəcəyimizi intizarla gözləyirdilər. Aydın məsələdir - onlar ac idi. Ancaq zooparkın əməkdaşı bunu israrla təkzib edirdi. Daha sonra ayıların qəfəsinə yaxınlaşdıq. Burada da ayıların qəfəs dəmir barmaqlıqlarını dişləri ilə didib-gəmirirdi. Park əməkdaşından bunun səbəbini soruşduq. O dedi ki, möhkəm istilər yəqin ayıya da pis təsir edib. Bizim israrımızdan sonra etiraf etdi ki, bu gün heyvanlara yem verilməyib: “Həə... İndi yadıma düşdü. Heyvanlar bu gün hələ yemlənməyib. Səbəbini bilmirəm. Ancaq həftədə bir neçə dəfə belə edirlər”.
Zooparkda spesifik iy-qoxu olur, bunu anlayırıq. Amma daha belə də yox. Bu dəfə üfunət, leş iyi kəllə-çarxa qalxmışdı, lap baş çatladırdı. Parkda çalışanlardan bunun səbəbini öyrənmək istəsək də mümkün olmadı. Çünki onlar da bu qoxunun haradan gəldiyini bilmədiklərini dedilər: “Bu qoxunun haradan gəlməsi hələ bizə də məlum deyil. Ola bilər ki, heyvanlardan hansısa ölüb, buralarda qalıb. Siz gərək bunu rəhbərlikdən soruşasınız. Buralar baxımsızlıqdan pis gündədir. Bizim işimiz burada əslində dondurma satmaqdır. Özümüz görürük ki, heyvanları çox az yemləyirlər. Elə vaxt olur ki, bəzi heyvanların nəriltisindən burada oturmaq olmur”.
Reportaj hazırlayan zaman öyrəndik ki, zooparkın köçürülməsi nəqliyyat naziri Ziya Məmmədovla onun deputat müavini Cavid Qurbanovun biznes maraqları ilə bağlıdır. Bunu bizə zooparkın yaxınlığındakı çayxanadalar oturan paytaxt sakinləri danışdı. Onların dediyinə görə, yol boyu tikilən villalar nazirə məxsusdur. Həmin villaları isə zooparkın ərazisinə qədər böyütmək istəyirlər: “Bu yaxınlarda nazirliyin bir qrup nümayəndəsi bura gəlmişdi. Xəbərdarlıq etdilər ki, böyük ehtimalla zoopark yaxınlarda söküləcək. Bildirdilər ki, onlar əmr gözləyir. Guya zoopark yolun kənarında yerləşən villaların görünüşünə xələl gətirir”. Təbriz küçəsi boyunca villalar hələ də tikilməkdədir. Bahalı mülklərin inşası o qədər sürətlə gedir ki, təhlükə artıq zooparka gəlib çatıb. Bu gedişlə zoopark nəqliyyat nazirinə yaxın adamların tikəcəyi evlərə qurban gedəcək. Ərazidən keçən hər bir kəs oradakı yeni elit yaşayış binalarını, tam hazır olmayan reycens və villaları görə bilər. Onları xüsusi kateqoriyadan olan insanlar üçün tikirlər. Qiymətlər də olduqca yüksəkdir. Bir neçə aydır ki, “Akkord”un tikinti işləri apardığı bu ərazidə yol da genişləndirilir. Elə həmin ərazidə də Diplomatiya Akademiyası üçün nəhəng bina tikilir. Akademiya ilə bağlı suallara cavab tapmaq üçün içəri keçmək istədik. Ancaq bu, heç cür mümkün olmadı. Çünki tikinti sahəsini qalanı qoruyan kimi qoruyurlar. Hasar o qədər hündürdür ki, içərini heç yuxarıdan da görmək olmur. Türkan TURAN 1139 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|