12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ

2010-08-23

“Azərkimya” Dövlət Şirkətində kütləvi ixtisarlar başlayır, minlərlə insan iş yerini itirəcək

Sumqayıt şəhəri uğrunda vəzifəli məmurlar arasında gedən çoxillik mübarizə səngimir. Bu şəhəri klanlar şəhəri də adlandırırlar. Bu şəhər ayrı-ayrı qruplar tərəfindən çoxdan - özəlləşmədən də əvvəl özəlləşdirilib, bölünüb, parçalanıb. Hər tikə də bir klanın əlindədir. Mərhum dövlət başçısı Heydər Əliyev hələ 2003-cü ilin aprelində keçirdiyi müşavirələrin birində həmin klan rəhbərlərinin adlarını sadalamışdı.

Nicat Həsənov: “Zavodların əksəriyyəti bağlanacaq”Mərhum prezident Sumqayıtın bir qrup məmurların təsir dairəsinə düşdüyünü bildirmişdi. H.Əliyev müşavirədə Sumqayıt Mərkəzi Univermağının sahibi Zaman İsgəndərovun (“Univermaq Zaman” ləqəbi ilə məşhurdur-red.), “Azərkimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqovun (indi bu vəzifəni Muxtar Babayev tutur-red.) Sumqayıtın bölüşdürülməsində iştirak etdiklərini açıq deyib, onları kəskin tənqid etmişdi.
Həmin müşavirədən 7 ildən də artıq vaxt ötür. Gözləmək olardı ki, bu illər ərzində nəsə dəyişəcək. Amma Sumqayıtda iqtisadi mənafeyi olan oliqarxların savaşına hələ də son qoyulmayıb. Əksinə, bu mücadilə getdikcə hətta daha da intensiv xarakter daşımağa başlayıb. Belə ki, dünən Sumqayıt şəhərindən reportaj hazırlayarkən kifayət qədər sensasion məlumatlar topladıq.

Prezident təzə iş yeri açır, burada isə...

Şəhərin istirahət mərkəzləri də artırQeyd edək ki, Sumqayıtın hazırkı icra başçısı Vaqif Əliyev bu posta hələ Heydər Əliyevin prezidentliyi dövründə, yəni 2003-cü ildə təyin olunub. Əvvəllər gənclər və idman nazirinin birinci müavini olmuş Vaqif Əliyevin fəaliyyəti isə Sumqayıta ondan əvvəl rəhbərlik etmiş icra başçılarının işindən fərqlənmir. Bu haqda bir qədər sonra danışacağıq.
Hələlik gəlin diqqəti “zavodlar şəhərində” son günlər əhalinin təşviş və narahatçılığına səbəb olan bir məsələyə yönəldək. Sumqayıtda ilk eşitdiyimiz xəbər “Azərkimya” Dövlət Şirkətində kütləvi ixtisarların olacağı ilə bağlı idi. Adının çəkilməsini istəməyən şirkət işçilərindən birinin sözlərinə görə, şəhərdə işsizlər ordusuna minlərlə insan qoşulacaq. Yəni “Azərkimya”ya daxil olan zavodlarda, istehsal müəssisələrində qəpik-quruşa çalışan minlərlə adam işdən uzaqlaşdırılacaq. Səbəb heyrətamizdir - həmin fəhlələr təqaüd yaşına çatmaq üzrədir. Qəribədir ki, prezident təzə iş yeri açır, burada isə...
Xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən “Azərkimya” Dövlət Şirkəti Dövlət Neft Şirkətinin tabeliyinə verilib. Şirkətin direktoru hazırda Muxtar Babayevdir. Bundan əvvəlki direktor isə Məcid Kərimov olub. Şirkət işçilərinin dediklərinə görə, M.Kərimovun dövründə işçilərin maaşları gecikdirilir, bəzən verilmirdi, son günlərdə isə əmək haqları azaldılırmış. Hətta onun dövründə şirkətin işçilərə 3 aylıq əməkhaqqı borcu qalmışdı.
Kauçuk zavodunun Nəcəf Əlizadə adlı işçisi deyir ki, bu məsələni müxalifətçi deputatlar da qaldırıb: “Vaxtilə müxalifətçi deputatlar Milli Məclisdə bu məsələni qaldırıblar. Amma o vaxt bunun heç bir nəticəsi olmadı. Şirkət ARDNŞ-in tabeliyinə veriləndən sonra həmin borclar büdcədən ödəndi. Buna görə təşəkkür edirik. Ancaq heç kimə sirr deyil ki, Neft Fondunun büdcəsi o qədər çoxdur ki, bu pulu ödəmək onlar üçün elə də problem deyil”.

130-150 manat maaşla zəhər içində

Üzvi-sintez zavodunun əməkdaşı Ramiz Səlimovun fikrincə, şirkətə yeni rəhbər gələn Muxtar Babayevin bu təşəbbüsləri sadəcə manevrdir. Onun sözlərindən belə aydın olur ki, əslində Məcid Kərimov da işinə yenicə başladığı aylarda işçilərə müəyyən imtiyazlar vermişdi: “Məcid Kərimov da təzə gələndə işçilərə köməklik edirdi. Onlara yaxşı şərait yaradırdı. Onlara bir müddət pulsuz yemək verdirirdi, işçilərin əmək haqlarını 10 faiz qaldırmışdı. Ancaq sonra zayı çıxdı. İşçilərə zülm etməyə başladılar. Kərimov deputat olandan sonra vəziyyət daha da gərginləşdi. İşçilərin əmək haqları aylarla verilmədi, bir çox işçilər qanunsuz olaraq işdən qovuldu, iş məhkəmələrə qədər gedib çıxdı. Qorxuruq ki, bir müddət sonra yeni gələn müdir də belə ola”.
Etilen-polietilen zavodunun fəaliyyəti də dayanmaq təhlükəsi ilə üzləşib. Zavodun yaxın vaxtlarda bağlanacağı gözlənilir. Bu barədə danışan zavod işçiləri narahatlıqlarını bildirdilər. Onlar indidən yeni iş yerləri tapmaq barədə düşünürlər. Ancaq iqtisadi vəziyyətin ağır dövründə hökumətin bu addımı atmağa hazırlaşması zavod işçilərinin etirazına səbəb olub. Onlar belə olacağı təqdirdə tətillər elan edəcəklərini bəyan edirlər.
Kimyaçı Mədəniyyət Sarayı baxımsız hala düşübEtilen-polietilen zavodunun işçisi Nemət Abdullayev deyir ki, yaxın günlərdə 1500-dən artıq işçi adıçəkilən zavoddan kənarlaşdırılacaq: “Zavodda pensiyaya çıxacaq işçilər çoxdur. Təkcə bu zavodda 2000-dən çox adam işləyir. Onların 1500-ü təqaüd yaşına çatmış insanlardır. Bu da işçilərin 80 faizindən çoxunu təşkil edir. Nəticədə təqaüd yaşına çatmış insanların işdən uzaqlaşdırılmasına gətirib çıxaracaq. İşçilərin əksəriyyəti yaşlı insanlardır. Belə olan təqdirdə zavodda işçi qalmayacaq. Bu da zavodun fəaliyyətinin tamamilə dayanması ilə nəticələnəcək”.
Sintetik kauçuk zavodunun işçisi Babək Seyfullayev yaxın vaxtlarda texnoloji baxımdan zəif olan zavodların bağlanacağını da həmkarının sözlərinə əlavə etdi: “Zavodda texnoloji qurğuların çoxu demək olar ki, sıradan çıxır. Buna görə də yaxın günlərdə bir çox zavodun bağlanacağı da istisna deyil. Bunun ucbatından da minlərlə insan işsiz qalacaq. Bəs biz nə etməliyik? Bu cür məntiqsiz qərarlar onların ağlına haradan gəlir?”.
Şəhərin mərkəzi bazarında da vəziyyət acınacaqlıdırSücəddin Bahadırov adlı kimyaçı isə deyir ki, zavodların birləşdirilməsi də işçilərin azaldılmasına hesablanmış qərarlardır: “Zavodların içərisində olan etilen-polietilen zavodu ilə sintetik kauçuk zavodu birləşdirildi. Buna səbəb sintetik kauçuk zavodunun tamamilə sıradan çıxması oldu. Belə ki, adıçəkilən zavodun bütün şöbələri demək olar ki, fəaliyyətini dayandırdı. Yalnız bir şöbəsi fəaliyyət göstərirdi ki, bu da etilen-polietilen zavodunda olan şöbənin eyni funksiyasını yerinə yetirirdi. Ona görə də bu iki zavod birləşdirildi. Amma yaxın günlərdə texniki cihazları zəif olan zavodlar sıradan çıxarılacaq. Bunların arxasında ARDNŞ dayanır. ”Azərkimya" şirkətində 6 mindən çox insan işləyir. Onlar ailəsini buradan dolandırır. Özü də güclə dolandırır. Aprel ayında orta aylıq əməkhaqqı cəmi 130-150 manat idi. İndi isə vəziyyət bir az normaldır. İndi əməkhaqqı orta hesabla 212 manat olub. Əslində burada maaşlar fərqlidir. Düzü, burada işləyən insanlara orta hesabla 1000 manat əməkhaqqı versələr belə yenə də azdır. Üstəlik burada zəhər içində işləyirik".
Onu da qeyd edək ki, Sumqayıta tam sahiblənmək uğrunda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla digər iri ranqlı məmurlar arasında “yüzillik müharibə” gedir. FHN şefinin bu savaşdakı əsas “silahlarından” biri və başlıcası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Elə icra başçısı Vaqif Əliyev də “fövqəlnazir”in kurasiyasına daxil olan şəxsdir. “Azərkimya”nın yeni rəhbəri Muxtar Babayev isə digər, alternativ qruplaşmaya daxildir. Ancaq Sumqayıtda “Azərkimya” rəhbərinin nüfuzu hələlik daha yüksəkdir. Biz isə hər ikisinin sumqayıtlılar üçün çalışmasını arzulayırıq. Nə qədər sadəlövh arzu olsa da...

(davamı var)

Emil SALAMOĞLU, Elmin BƏDƏLOV

3147 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008