 |
Proje
TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR 2010-08-31 Müxbirimiz Heydər Əliyev Mərkəzindən mini reportaj hazırlayıb
|
Artıq iki ilə yaxındır paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzi tikilməkdədir. Tikinti ümumilikdə 15,25 hektar sahəni əhatə edir. Mərkəzin inşasına başlamazdan öncə layihənin planına daxil olan bütün binalar söküldü. Bəs görəsən, hazırda tikinti nə yerdədir? Dünən sözügedən mərkəzə yollandıq. “Buranın analoqu olmayacaq”
Bayırdan tikilən mərkəzdən bir neçə şəkil çəkdikdən sonra içəri daxil ola bildik. Günorta saatları olmasına baxmayaraq, tikintidə qızğın iş gedirdi. Mərkəzin ətrafında yerləşən yaşayış binalarının sökülməsi demək olar ki, artıq bitib. APA-nın vaxtilə yaydığı xəbərlərdə bildirilirdi ki, mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanıb: “Binada dəmir-beton işlərinin bir hissəsi yerinə yetirilib: Mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir. Avtomobil dayanacağını əsas bina ilə birləşdirən dördmərtəbəli keçid tuneli, əsas binaya gedən yol, kommunikasiya mərkəzi və dəmir-beton, elektrik işləri tam başa çatdırılıb. Avtomobil parkı üzərindəki hissədə də tikinti-abadlıq işləri başa çatmaq üzrədir. Bu hissədə 5 min kvadratmetr yaşıllıq salınıb. 2 dekorativ hovuz tikilir, pilləkən və piyada yollarının dəmir-beton işləri başa çatdırılıb”.(APA) Ümumiyyətlə, indiyə qədər verilən anonslardan belə məlum olur ki, bu sarayın analoqu olmayacaq. Maketindən də göründüyü kimi, çox fərqli üslubda tikilir. Mətbuatdan da məlum olduğu kimi, mərkəzdə nadir əsərlərdən ibarət və ümumdünya məlumat vasitələrinə “online” rejimdə daxil olma imkanlarına malik kitabxana, eləcə də media mərkəzi olacaq: “1300 nəfər tamaşaçı tutumu olan zal, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi salonları, Azərbaycanın tarixi və mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərdən ibarət muzey və mədəni irs mərkəzindən ibarət olacaq. Heydər Əliyevin bütün gördüyü işlər də burada xüsusi sərgilənəcək”.
“Eurovision” Heydər Əliyev Mərkəzində
Tikintidə çalışan Yusif adlı şəxs bildirdi ki, gələcəkdə “Eurovision” mahnı yarışmasının da burada keçirilməsi planlaşdırılır: “Biz eşitmişdik ki, gələn il ”Eurovision" yarışması burda keçiriləcək. Qışdan başlayaraq qızğın iş rejimi ilə işləyirdik. Çünki bizə demişdilər ki, yarışma Azərbaycanda keçiriləcək. Ancaq deyəsən, alınmadı. Ümumiyyətlə bu mərkəz beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verəcək".
Narazı fəhlələr
Daha sonra fəhlələrlə söhbət etdik. Fəhlələr onlara verilən maaşın azlığından narazı olduqlarını dedilər: “Mən özüm əslən Cəlilabaddanam. Burada fəhlə işləyirəm. Ancaq 400 manat maaş alıram. Bir yana baxanda deyirik ki, buna da şükür. Ancaq aldığımız maaş çox azdır. Burada çoxlu sayda kürd vətəndaşı işləyir. Layihənin tikintisində Türkiyə şirkəti də var. Ona görə Türkiyədəki kürdləri yığıb gətiriblər bura. Onlara ən azı 1500 manat maaş verirlər, elələri var ki, 3000 manat alır. Halbuki onlar bizdən artıq nəsə bir iş etmir. Əksinə, yeri gələndə biz onlardan da çox işləyirik. Ancaq onlar çox maaş alır. Hünərimiz nədir ki, səsimizi çıxaraq. Bəlkə başqa yerdə işləsək səsimizi çıxarıb haqqımızı tələb edərik. Ancaq bu tikinti Heydər Əliyevin adına olduğu üçün bir söz deyə bilmirik”. Digər fəhlə söhbətə müdaxilə etdi: “Bacı, guya siz nəyin necə olduğunu bilmirsiniz? Biz kimik ki, nəsə deyək? Nə verirlər, onu da alıb işimizi görürük. Elə ona görə də bütün gün kürdlər bizi alçaldır. Öz ölkəmizdə ola-ola arxamızda duranımız yoxdur. Amma onları müdirləri müdafiə edir. Haqlarını qoruyurlar”. Məlumat üçün bildirək ki, Heydər Əliyev Mərkəzinin tikinti işlərini “Zaha Hadid Architects” və “İnnova Konstrakşn and Konstraktinq” şirkətlərinin təşkil etdikləri konsorsiumun təqdim etdiyi layihə əsasında “DİA Holdinq” ("Dubay", "İnnova", "Azərsun") şirkəti həyata keçirir. “Çox qapalı bir şirkətdir, burada baş verən qanunsuzluqları kim eşitsə dəhşətə gəlir. Şirkətdə çalışanların çoxu Türkiyədən gətirilmiş kürdlərdir. Onların əksəri azərbaycanlı fəhlələrlə qaba davranır, fəhlələri söyüb aşağılayırlar. Siz maraqlanın, görün onlar nə qədər maaş alır. Buna etiraz edənləri isə xəstəxanalıq olana qədər döyür və işdən qovurlar. Şikayət etməyə heç kim cürət etmir” -deyə, sabirabadlı fəhlə bildirdi. Daha sonra rəhbərliklə görüşüb, danışmaq istədiyimizi dedik. Nəzarətçi bildirdi ki, bunun üçün Səttarxan zavodu tərəfdən olan girişə getməliyik. Tikinti rəhbərləri orada oturur.
“Evim vardı, sökdülər”
Fəhlələrdən ayrılıb Səttarxan zavodu deyilən yerə üz tutduq. Taksi sürücüsündən həmin ünvana necə gedə biləcəyimizi soruşduq. O bizə “Siz jurnalistsiniz?” sualını verdi. “Yeni Müsavat” qəzetindən olduğumuzu söyləyəndə o, “gəlib vaxtilə yazdınız nə xeyri oldu ki?” dedi: “Burada evim var idi, onu sökdülər. Qışın günü bizi aparıb soyuq evlərə atdılar. Gül kimi evlərimizi yerindən qaşıdılar. Ay qızım, sən denən bu mərkəz mənim nəyimə lazımdır axı? Burdan köçməmişdən qabaq sürücülük edirdim. İndi də gəlib burada dayanıram. Aylardır baxıram ki, görüm bu dəmdəstgahın axırı necə olacaq? Hələ də bilmirəm ki, bunlar nə tikir burda. Barı bu tikintiyə millətin ah-naləsini qatmasınlar”.. Taksi sürücüsü ilə söhbətdən sonra Səttarxan zavodunun girişinə yollandıq. Ancaq orada heç kimlə danışa bilmədik. Türkan TURAN 2552 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|