23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Qarabağ xəbərləri

İŞĞAL XRONİKASINDAN...

2011-10-03

Xocavəndin düşmən tapdağı altına keçməsindən 19 il ötdü

Dünən Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 19 il ötüb. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. Ərazisi 1458 kv.km olan Xocavənd rayonunda 1 şəhər, 2 qəsəbə, 81 kənd olub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib.

1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, sahəsi 145647 hektar olan Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunun təbii ehtiyatları, nadir ağac növləri, tarix-mədəniyyət abidələri ermənilər tərəfindən talanaraq məhv edilib. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Rayonun Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır.

Xəbər xidməti

1946 dəfə baxılıb

Xəbəri paylaş

[18.05.2012] - ORUCSUZ DAHA BİR İL

[16.05.2012] - ATƏŞKƏSİN “ƏSGƏR YAŞI” TAMAM OLDU

[03.05.2012] - “ŞUŞAYA AZADLIQ!” BEYNƏLXALQ KAMPANİYASI BAŞLADI

[28.04.2012] - ERMƏNİSTAN ORDUSUNUN ÜÇ ƏSGƏRİ ÖLDÜRÜLÜB

[14.01.2012] - ERMƏNİSTAN QARABAĞDAKI İŞĞALÇI QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİR

[17.11.2011] - ZƏNGİLAN ƏRAZİSİNDƏ ŞƏHƏR SALMAQ AVANTÜRASI ERMƏNİLƏRDƏ DƏ ETİRAZ DOĞURDU

[29.10.2011] - ZƏNGİLANIN İŞĞALINDAN 18 İL ÖTDÜ

[03.10.2011] - İŞĞAL XRONİKASINDAN...

[17.09.2011] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ HAQDA DAHA BİR XƏBƏRDARLIQ

[01.09.2011] - QUBADLININ İŞĞALINDAN 18 İL ÖTDÜ

[23.08.2011] - FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 18 İL KEÇİR

[17.06.2011] - SÜLHYARATMA MİSSİYASI, YOXSA AZƏRBAYCANA YENİ TƏHLÜKƏ?

[08.06.2011] - QARABAĞ DANIŞIQLARININ KAZAN RAUNDU BARƏDƏ NÖVBƏTİ AÇIQLAMALAR GƏLDİ

[11.05.2011] - AVROPA QARABAĞ MÜNAQİŞƏSİNDƏ PARLAMENT DİPLOMATİYASINA BAŞLAYIR

[06.05.2011] - “BELƏ GETSƏ, SƏNGƏRDƏ ERMƏNİ ƏSGƏRİ QALMAYACAQ”

[04.05.2011] - QARABAĞ CƏBHƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT

[27.04.2011] - ABŞ-dan QARABAĞ NİZAMLANMASINDA TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ CƏHDLƏRİ

[26.04.2011] - BAKI RUSİYANIN VASİTƏÇİLİYİNDƏN RAZIDIR

[20.04.2011] - TER-PETROSYANDAN ACI ETİRAF

[19.04.2011] - “9 YAŞLI FARİZİN QATİLLƏRİ CƏZALANMALIDIR”

ARXIV

Yeni MÜSAVAT © 2008