|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Oktyabrın 28-29-u tarixi Zəngilan rayonunun işğalı günüdür. 1993-cü ilin bu günlərində Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal olunub. Qarabağın son qalası olan Zəngilan işğal edilən sonuncu rayondu. Zəngilanın 235 şəhidi var. Rayon təbii sərvətlərlə zəngin idi. Bu gün ermənilər həmin sərvətləri talan etməklə yanaşı, onları dünyaya «erməni məhsulu» kimi təqdim etməyi də unutmurlar... Dünən Şəhidlər Xiyabanında Zəngilanın işğalı gününə həsr olunmuş mərasim keçirilib. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun, Milli Məclisin üzvü İmamverdi İsmayılovun, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun, Milli Məclis əməkdaşlarının, Zəngilan ziyalıların iştirak etdiyi anım mərasiminin iştirakçıları 20 Yanvar şəhidlərini ziyarət edəndən sonra Zəngilan rayonunda şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunmuş zəngilanlıların da məzarlarını bir-bir ziyarət edərək onların məzarları önünə gül dəstələri qoyublar, onların ruhuna dualar oxunub. E.BƏDƏLOV 1061 dəfə baxılıb
|
[18.05.2012] - ORUCSUZ DAHA BİR İL [16.05.2012] - ATƏŞKƏSİN “ƏSGƏR YAŞI” TAMAM OLDU [03.05.2012] - “ŞUŞAYA AZADLIQ!” BEYNƏLXALQ KAMPANİYASI BAŞLADI [28.04.2012] - ERMƏNİSTAN ORDUSUNUN ÜÇ ƏSGƏRİ ÖLDÜRÜLÜB [14.01.2012] - ERMƏNİSTAN QARABAĞDAKI İŞĞALÇI QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİR [17.11.2011] - ZƏNGİLAN ƏRAZİSİNDƏ ŞƏHƏR SALMAQ AVANTÜRASI ERMƏNİLƏRDƏ DƏ ETİRAZ DOĞURDU [29.10.2011] - ZƏNGİLANIN İŞĞALINDAN 18 İL ÖTDÜ [03.10.2011] - İŞĞAL XRONİKASINDAN... [17.09.2011] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ HAQDA DAHA BİR XƏBƏRDARLIQ [01.09.2011] - QUBADLININ İŞĞALINDAN 18 İL ÖTDÜ [23.08.2011] - FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 18 İL KEÇİR [17.06.2011] - SÜLHYARATMA MİSSİYASI, YOXSA AZƏRBAYCANA YENİ TƏHLÜKƏ? [08.06.2011] - QARABAĞ DANIŞIQLARININ KAZAN RAUNDU BARƏDƏ NÖVBƏTİ AÇIQLAMALAR GƏLDİ [11.05.2011] - AVROPA QARABAĞ MÜNAQİŞƏSİNDƏ PARLAMENT DİPLOMATİYASINA BAŞLAYIR [06.05.2011] - “BELƏ GETSƏ, SƏNGƏRDƏ ERMƏNİ ƏSGƏRİ QALMAYACAQ” [04.05.2011] - QARABAĞ CƏBHƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT [27.04.2011] - ABŞ-dan QARABAĞ NİZAMLANMASINDA TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ CƏHDLƏRİ [26.04.2011] - BAKI RUSİYANIN VASİTƏÇİLİYİNDƏN RAZIDIR [20.04.2011] - TER-PETROSYANDAN ACI ETİRAF |
| Yeni MÜSAVAT © 2008 |
|