|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində şəhər salmaqla bağlı ötən həftə İrəvanda ortaya atdıqları avantürist ideya elə ermənilərdə də etiraz doğurub. Vaxtilə Bakıdan və Sumqayıtdan köçən ermənilər deyirlər ki, onlar heç cür bu şəhərdə yaşamazlar və başqa ölkəyə köçməyi daha üstün tutarlar. Xatırladaq ki, ötən həftə İrəvanda Azərbaycandan olan erməni qaçqınlarının üçüncü qurultayı zamanı işğal altında olan Zəngilan rayonu ərazisində, Həkəri çayının sahillərində 20 min kvadratkilometr ərazidə “Baqaran” adlı yeni şəhər salmaq layihəsi təqdim olunub. İdeya müəlliflərinə görə, bu şəhərdə Azərbaycandan olan erməni qaçqınlar kompakt şəkildə məskunlaşdırılmalıdır. İddialara görə, şəhərin tikintisi üçün artıq 350-yə yaxın erməni iş adamı maliyyə ayırmağa hazırdır. Ermənistanın indiki iqtisadi imkanları fonunda ideya nə qədər fantastik görünsə də istənilən halda düşmənin işğal altındakı ərazilərdə möhkəmlənmək üçün avantürist planlar üzərində işlədiyini təsdiq edir. Xatırladaq ki, ermənilər Kəlbəcər rayonunu Göyçə ilə birləşdirmək üçün yol çəkilişinə də başlayıb. Bu yolun açılması ilə Kəlbəcərə daha çox erməninin köçürülməsi planlaşdırılır. F.MƏMMƏDOV 6279 dəfə baxılıb
|
[18.05.2012] - ORUCSUZ DAHA BİR İL [16.05.2012] - ATƏŞKƏSİN “ƏSGƏR YAŞI” TAMAM OLDU [03.05.2012] - “ŞUŞAYA AZADLIQ!” BEYNƏLXALQ KAMPANİYASI BAŞLADI [28.04.2012] - ERMƏNİSTAN ORDUSUNUN ÜÇ ƏSGƏRİ ÖLDÜRÜLÜB [14.01.2012] - ERMƏNİSTAN QARABAĞDAKI İŞĞALÇI QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİR [17.11.2011] - ZƏNGİLAN ƏRAZİSİNDƏ ŞƏHƏR SALMAQ AVANTÜRASI ERMƏNİLƏRDƏ DƏ ETİRAZ DOĞURDU [29.10.2011] - ZƏNGİLANIN İŞĞALINDAN 18 İL ÖTDÜ [03.10.2011] - İŞĞAL XRONİKASINDAN... [17.09.2011] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ HAQDA DAHA BİR XƏBƏRDARLIQ [01.09.2011] - QUBADLININ İŞĞALINDAN 18 İL ÖTDÜ [23.08.2011] - FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 18 İL KEÇİR [17.06.2011] - SÜLHYARATMA MİSSİYASI, YOXSA AZƏRBAYCANA YENİ TƏHLÜKƏ? [08.06.2011] - QARABAĞ DANIŞIQLARININ KAZAN RAUNDU BARƏDƏ NÖVBƏTİ AÇIQLAMALAR GƏLDİ [11.05.2011] - AVROPA QARABAĞ MÜNAQİŞƏSİNDƏ PARLAMENT DİPLOMATİYASINA BAŞLAYIR [06.05.2011] - “BELƏ GETSƏ, SƏNGƏRDƏ ERMƏNİ ƏSGƏRİ QALMAYACAQ” [04.05.2011] - QARABAĞ CƏBHƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT [27.04.2011] - ABŞ-dan QARABAĞ NİZAMLANMASINDA TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ CƏHDLƏRİ [26.04.2011] - BAKI RUSİYANIN VASİTƏÇİLİYİNDƏN RAZIDIR [20.04.2011] - TER-PETROSYANDAN ACI ETİRAF |
| Yeni MÜSAVAT © 2008 |
|