23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Qarabağ xəbərləri

ERMƏNİSTAN QARABAĞDAKI İŞĞALÇI QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİR

2012-01-14

Düşmən ölkənin iki generalı yenidən Xankəndinə gəlib

Ermənistan Qarabağdakı işğalçı qüvvələrini möhkəmləndirmək üçün ötən ilin dekabrından başlayaraq hərəkətə keçib. Erməni mənbələri xəbər verir ki, yanvarın 12-də Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı rəisinin iki müavini Xankəndinə gəlib. Baş qərargah rəisinin müavinləri general-leytenant Enriko Apriamov və general-mayor Stepan Qalstyan işğal altındakı Azərbaycan ərazilərinə səfər ediblər.

Onlar separatçı rejimin rəhbərliyi, habelə Qarabağdakı işğalçı erməni qüvvələrinin “müdafiə naziri” Movses Akopyanla görüşüblər. Görüşlərdə Dağlıq Qarabağda “ordu quruculuğuna dair” məsələlərin müzakirə edildiyi bildirilir. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini olan E.Apriamov ötən il dekabrın sonlarında da Xankəndinə gəlmişdi. Həmin günlərdə Ermənistan müdafiə naziri S.Ohanyan və digər yüksək rütbəli erməni hərbçiləri də Qarabağa gəliblər. Bütün hallarda səfərlərin “ordu quruculuğu” ilə bağlı olduğu deyilirdi. Bununla belə müstəqil mənbələrdə yer alan məlumatlara görə erməni generallarının işğal altındakı Azərbaycan ərazilərinə bu cür tez-tez baş çəkmələri erməni qüvvələrinin yenidən səfərbər edilməsi, Ermənistanın xaricdən aldığı yeni silahların yerləşdirilməsi, habelə hərbi hissələrdə intizamın möhkəmləndirilməsi məsələləri ilə bağlıdır.

F.MƏMMƏDOV

11611 dəfə baxılıb

Xəbəri paylaş

[18.05.2012] - ORUCSUZ DAHA BİR İL

[16.05.2012] - ATƏŞKƏSİN “ƏSGƏR YAŞI” TAMAM OLDU

[03.05.2012] - “ŞUŞAYA AZADLIQ!” BEYNƏLXALQ KAMPANİYASI BAŞLADI

[28.04.2012] - ERMƏNİSTAN ORDUSUNUN ÜÇ ƏSGƏRİ ÖLDÜRÜLÜB

[14.01.2012] - ERMƏNİSTAN QARABAĞDAKI İŞĞALÇI QÜVVƏLƏRİNİ SƏFƏRBƏR EDİR

[17.11.2011] - ZƏNGİLAN ƏRAZİSİNDƏ ŞƏHƏR SALMAQ AVANTÜRASI ERMƏNİLƏRDƏ DƏ ETİRAZ DOĞURDU

[29.10.2011] - ZƏNGİLANIN İŞĞALINDAN 18 İL ÖTDÜ

[03.10.2011] - İŞĞAL XRONİKASINDAN...

[17.09.2011] - QARABAĞDA MÜHARİBƏ TƏHLÜKƏSİ HAQDA DAHA BİR XƏBƏRDARLIQ

[01.09.2011] - QUBADLININ İŞĞALINDAN 18 İL ÖTDÜ

[23.08.2011] - FÜZULİ VƏ CƏBRAYILIN İŞĞALINDAN 18 İL KEÇİR

[17.06.2011] - SÜLHYARATMA MİSSİYASI, YOXSA AZƏRBAYCANA YENİ TƏHLÜKƏ?

[08.06.2011] - QARABAĞ DANIŞIQLARININ KAZAN RAUNDU BARƏDƏ NÖVBƏTİ AÇIQLAMALAR GƏLDİ

[11.05.2011] - AVROPA QARABAĞ MÜNAQİŞƏSİNDƏ PARLAMENT DİPLOMATİYASINA BAŞLAYIR

[06.05.2011] - “BELƏ GETSƏ, SƏNGƏRDƏ ERMƏNİ ƏSGƏRİ QALMAYACAQ”

[04.05.2011] - QARABAĞ CƏBHƏSİNDƏ TƏHLÜKƏLİ VƏZİYYƏT

[27.04.2011] - ABŞ-dan QARABAĞ NİZAMLANMASINDA TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ CƏHDLƏRİ

[26.04.2011] - BAKI RUSİYANIN VASİTƏÇİLİYİNDƏN RAZIDIR

[20.04.2011] - TER-PETROSYANDAN ACI ETİRAF

[19.04.2011] - “9 YAŞLI FARİZİN QATİLLƏRİ CƏZALANMALIDIR”

ARXIV

Yeni MÜSAVAT © 2008