23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Reportaj

“ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ

2011-10-31

Sabahdan stansiyaya giriş-çıxış bağlanacaq; stansiyanın adı dəyişiləcəkmi?

Sabah “Məşədi Əzizbəyov” metro stansiysı təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar bağlanacaq. Bu barədə musavat.com-a metronun tikintisi ilə məşğul olan iş icraçıları məlumat verib.

Onların sözlərinə görə metronun yeni görkəmi piramida şəklində olacaq. “İçərişəhər” metro stansiyasına oxşar şəkildə tikilən stansiya şüşədən olacaq. Metronun təmirə qapadılamsı bir çox problemlərə səbəb olub. Xüsusilə Bakı kəndlərinin sakinləri artıq sabahdan şəhərə “Ulduz” metrostansiyasında gedə biləcəklər.  Qatarlar stansiyanı dayanmadan keçəcək . Məhdudiyyətlərlə əlaqədar son dayanacağı “Məşədi Əzizbəyov” stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. 7, 311, 198, 198T, 148, 262, 319, 227, 304 saylı marşurut avtobusları metronun “Ulduz” stansiyasına kimi hərəkət edəcək. Stansiyanın dekabrın sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Taksi sürücülərinə qadağa

Metronun tikintisi ilə əlaqədar taksi sürücülərinə stansiya qarşısında dayamağa qadağa qoyulub. Bu barədə musavat.com-a taksi sürücüsü Akif Məmmədov məlumat verdi. 15 ildir ki, evinə bu yolla çörək apardığını deyən Akif bəy Nəqliyyat Departamentinin müffətişlərinin hədə-qorxusuna məhəl qoymadığını bildirdi: “Deyəsən Metropoliten rəisi Tağı Əhmədov bizdən şikayət edib. Guya stansiyanın tikintisində işləyən kranlara mane oluruq. Halbuki metrostansiya ərazisi hasarlanıb və kranlarda onun içərisində işləyirlər. Artıq bir həftəyə yaxındır ki, günümüzü qara ediblər. Bura bizim üçün yaxşıdır. Ona görə ki, Bakı kəndlərinə getmək istyənlər üçün ən yaxın yer “Əzizbəyov” metro stansiyasıdır. Nəqliyyat müfəttişləri də bizi burdan qovur. Yer göstərmirlər ki, orada dayanıb evimizə bir tikə çörək aparaq”.

Mərdəkan qəsəbəsi sakini Aida Əliyeva isə metronun yenidən qurulmasının yaxşı bir addım olduğunu söylədi: “Bu stansiya digərlərinə baxanda çox pis durumda idi. Qışda stansiyanın içərisinə su damırdı. Üstəlik alverçilərin əlindən tərpənmək olmurdu. Ətdən tutumuş paltara kimi hər şey satırdılar. Yayda iydən-qoxudan stansiyaya girmək olmurdu. Gözləyək görək axırı necə olacaq”.

Stansiyanın adı dəyişiləcəkmi?

Stansiyada aparılacaq yenidənqurma işləri nəticəsində xeyli dəyişiklik olacaq. Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Onun sözlərinə görə keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6 metr 45 sm hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.
Yenidənqurmadan sonra stansiyanın adının dəyişdirilib-dəyişdirilməyəcəyinə gəlincə, Metropoliten rəisi bunun Nazirlər Kabinetindən asılı olduğunu deyib.

Sonda onu da qeyd edək ki, milyonlar hesabına başa gələn “İçərişəhər” stansiyası açılandan bir gün sonra yağış sularının sızması nəticəsində su ilə dolmuşdu. O zaman tikinti mütəxəssisləri stansiyanı ən uğursuz lahiyə adlandırmışdılar. İndi də Bakı kimi fəal tektonik zonada “Əzizbəyov” stansiyasının şüşədən inşa olunması onun gələcək taleyini sual aldında qoyur.

Fərahim İLQAROĞLU
Fotolar müəllifindir

2871 dəfə baxılıb

Xəbəri paylaş

[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR)

[31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ

[20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN

[09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ

[17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU

[14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...”

[08.08.2009] - ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI

ARXIV

Yeni MÜSAVAT © 2008