|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Rusiyanın "Kommersant" nəşr qrupuna daxil olan "Oqonyok" jurnalı, bu həftəki foto reportaj səhifəsini terror təşkilatı PKK-nın qadın terroristlərinə ayırıb. Yelena Barışeva imzalı "Silah bacıları" başlıqlı reportajda əvvəl PKK-nın qısa təqdimatı verilir. Savaşa görə kürd qadınların kişilərlə eyni sahəni paylaşdığını yazan müxbir Barışeva, "Kürdlərin ən yaxşı dostları dağlardır. Əvvəlcə yeni gələnlərə “silah bacıları” hər an bombalı hücumların ola biləcəyi bölgəni və dağlarda gizlənməyi öyrədirlər” deyə qeyd edib. 30 illik mübarizə Türkiyənin PKK ilə 30 ildən çoxdur mübarizə etdiyini xatırladan “Oqonyok”un müxbiri, "Bu müddət ərzində geniş miqyaslı əməliyyatlar aparıldı. Lakin qarşıdurmalar zamanı nə taktiki uğurlar, nə də uzanıb gedən ixtilafın xüsusiyyəti tərəflərə öz həqiqətini söyləməyə icazə vermədi. Kürdlər muxtariyyət üçün hələ də döyüşməyə davam edirlər. Türklər də eyni zamanda qətiyyətlə terrorizmlə mübarizə edir. " deyə reportajında qeyd edib.
Juralist Barışeva yazır ki, PKK-ın arasında təxminən 10 min partizan döyüşür və bunların bir neçə mini qadındır : “Həmin qadınların böyük əksəriyyəti öz qadın hüquqları üçün də döyüşür. Çünki, kürdlərin mədəniyyətində qadınlar ənənəvi olaraq haqqlarından məhrumdur və onların taleyini kişilər həll edir. Lakin, PKK-ya qatılan qadınlar üçün bu qaydalar keçmir. Bütün döyüşçülər həm güllə qarşısında, həm də mülki həyatda bərabər haqlara sahibdir. Hər iki cinsdə də yeni gələnlər birlikdə təhsil, ideoloji təlimatlar alır və yemək masasına birlikdə əyləşirlər. Kürd ailələrində də qızlara qarşı münasibət fərqlidir. Ya evlənməlisən, ya da örgütə qoşulub dağlara çıxmalısan”.
60 aylıq təlim Reportajda xüsusi qeyd edilir ki, PKK-nın qadın terrorçuları öz adları yerinə bir-birlərinə "yoldaş" deyə xitab edir. Jurnal, təşkilata yeni qatılan qadınların 60 aylıq təlimdən keçdiyini, partizanların qrup halında dağlıq və meşələrdə yaşadıqlarını qeyd edir: “Düşərgələrdə elektrik üçün generator, televiziya və ideoloji hazırlıq otaqları var”.
6159 dəfə baxılıb
|
[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR) [31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ [20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN [09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ [17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU [14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|