|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycan mətbuatının hec gündəmindən düşməyən mövzulardan biri penitensiar sistemlə bağlıdır. Nə qədər yazılsa da yeni yazılan hər bir şey oxucunu təəccübləndirir. Kimin ağlına gələr ki, kimsə rahat pul qazanmaqcun həbsxanada oturmağı seçər. Adı gələndə belə camaat “hec düşmənimə də qismət etməsin” deyib dad çəkir. İsvec dövləti bütün vətəndaşlarının taleyinə biganə qalmadığı kimi ən ağır cinayət törədən məhbusundan da öz qayğısını əsirgəmir. Bu dövlətin ömürlük həbs cəzası alan məhbusu ilə yanaşı yungül qanun pozuntusu törədən məhbusu da, calışıb ona xeyir verən vətəndaşına diqqəti də eynidir. Təbii ki, dövlət idarəciliyində mövcud olan qanunlar harda olmasından asılı olamyaraq hər kəsə aiddir. Elə buna görə də Polşa, Bolqaristan, Çexiya kimi Avropa dövlətlərindən gələn şəxslərin bəziləri yüngül cinayət törədir, bilərəkdən həbsə düşürlər ki, burda, türmədə aldığı aylığı ailəsinə göndərsin. Bəziləri türmə həyatından o qədər məmnun qalırlar ki, cəza müddəti bitdikdən sonra təkrar ora qayıtmaq üçün yeni cinayət törətməkdən belə çəkinmirlər. Hətta bir qrup narkoman və oğru dəstələri var ki, onlar qış mövsümü gələn kimi yüngül bir cinayət törədərək acı qış aylarını isti həbsxanalarda keçirməyə üstünlük verirlər, bir növ qış tətilinə çıxırlar. İscevdə də həbsxanalar yaşayış yerlərindən kənarda yerləşir. Həbsxanalarda nəzərdə tutulmuş normadan artıq məhbus saxlanılmır. Ümumi qaydalar həbsxana daxilində nə "obşak"ın, nə də başqa qeyri-qanuni birliklərin, ayrı-ayrı nüfuzlu şəxslərin nəzarətylə həyata kecirilmir. Düzdür, bəzən yazılmamış qanunlara buranın da həbsxanalarında rast gəlmək olur. Məsələn, həbsxanada xüsusi dəstələr olur ki, onlarla mütləq ehtiyatlı davranmaq lazımdır. Yaxud da təcavüzkar biri heç vaxt başqa cinayətkarlarla bir kamerada saxlanılmaz. Buranin həbsxanalarında da satqınlıq həmin məhbusun sonu deməkdir. Məhkumların qida rejimi normal günlərdə olduğu kimi üc öynədir. Yemək menyusu zəngindir. Qidalanma zamanı üc çesid isti yemək olur. Hətta hər hansı bir məhbus menyuda olan yeməyi istəməsə belə həftəlik qazancından özü üçün istədiyi yeməyi alıb bişirə bilər. Həbsxanada xüsusi bir şöbə var ki, yalnız məhbusların tələb, istək və şikayətləriylə məşğul olur. Məsələn, elə olur ki, bir gündə həbsxanada olan məhbusların bir qismi bir yemək, digəri isə başqa yemək istəyir. Sorğuya əsasən hanı yemək istənilirsə, o da bişirilməlidir. Yeməklərin keyfiyyətinə isə söz ola bilməz. Təbii ki, məhbusun dini inancları da mütləq nəzərə alınır. Yəni müsəlmanlara donuz ətindən hazırlanmış xörəklər təklif edilmir. Əgər məhbusa iki gün eyni yemək təkrar verilərsə, bu, ciddi narazılıq yarada bilər. Bu narazılıq isə uzağı iki gün ərzində lazımi orqanlara catır. Həbsxanada məhbusların sağlamlığı xüsusi önəm daşıyır. İldə iki dəfə məhbusları həkim müayinəsindən kecirmək ücün dövlət hesabına həbsxanaya xüsusi həkim qrupu göndərilir. Məhbuslardan birİnin dişləri tökülsə, yaxud da başqa xəstəliyə yoluxsa, dövlət hesabına məhbusun problemi həll olunur. Ən maraqlı məqamsa ömürlük və ən ağır cəzalara məhkum olunmuşlarla bağlıdır. Həbsxana isciləri xüsusi təlim görmüş insanlardır. Onlar məhbusla davranmanın ən kiçik detallarına kimi təlim görürlər. Həbsxana nəzarətçisi ən ağır cinayətkara qarşı belə əzələ nümayiş etdirə bilməz. Əgər məhbusa qarşı zor tətbiq edilərsə, həmin həbsxana nəzarətçisi bir necə ayliğa işindən kənarlaşdırılır. Nəzarətçilərin tək-tək məhbuslara nəzarəti yasaqdır. Bu, həm nəzarətçinin, həm də məhbusun təhlükəsizliyi üçündür. Gün gəlsin, Azərbaycanın həbsxanalarında da İsveçdə olan uyğun şəraitin üçdə biri yaradılsın.
Könül Həsənli, Stokholm 6599 dəfə baxılıb
|
[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR) [31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ [20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN [09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ [17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU [14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|