23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

VAQİF HACIBƏYLİDƏN SƏMƏD SEYİDOVA TƏPKİ

2012-01-30

“Onun açıqlaması beynəlxalq ictimaiyyəti ələ salmaqdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri komitəsində Azərbaycanla bağlı dinləmələr zamanı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyələrinin olduğunu qeyd edib. Onun çıxışındakı maraqlı məqamlardan biri isə vicdan məhbuslarının sayının 16 əvəzinə 14 nəfər olmasının qeyd edilməsidir.

Hüquqşünas Vaqif Hacıbəyli S.Seyidovun bu açıqlamasına belə reaksiya verdi: “Siyasi məhbuslarla bağlı beynəlxalq təcrübədə belə bir standart var ki, siyasi motivlərlə həbs olunan istənilən şəxsin ədalətli məhkəmə keçirilməsi, o şəxsin hüquqlarının qorunması beynəlxalq aləmin diqqətində olur. Siyasi məhbusların azad olunması, cəzalarının aşağı salınması ilə bağlı fikir təqdirəlayiqdir. Vicdan məhbuslarının siyasi məhbuslardan fərqi odur ki, vicdan məhbusu statusu heç bir günahı olmayan, əməlində heç bir cinayət tərkibi olmayan şəxslərə verilir. Bu status hər adama verilmir. Seyidovun ən azı bundan xəbəri olmalıdır”.
Səməd SeyidovV.Hacıbəyli dedi ki, vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azad olunması tələbi təkcə Beynəlxalq Əfv Təşkilatının deyil, bütün nüfuzlu beynəlxalq təşkilatların tələbidir. Bu tələb bütün tərəqqipərvər dövlətlərin, inkişaf etmiş demokratik dövlət və cəmiyyətlərin tələbidir: “Belə bir kampaniya Cabbar Savalanla bağlı oldu. Beynəlxalq təcrübədə əgər vicdan məhbusları çoxdursa, onlardan biri götürülür, onun ətrafında kampaniya aparılır. Hökumət Cabbar Savalanla bağlı düzgün qərar verdi və o azad edildi. İndi Beynəlxalq Əfv Təşkilatı ətrafında kampaniya aparılan vicdan məhbusu kimi Tural Abbaslını seçməlidir. Onun ətrafında kampaniya aparılmalı, onun və digər vicdan məhbuslarının azad edilməsinə nail olunmalıdır. Təəssüf ki, Azərbaycanda hüquq müdafiəçisi iddiasında olanlar heç kəs vicdan məhbuslarının adını çəkmir. Hörmət etdiyim Leyla Yunusun bu günlərdə bir açıqlaması oldu ki, İctimai Palata yalnız özünün vicdan məhbuslarının deyil, digər siyasi məhbusların da müdafiəsinə qalxmalıdır. İctimai Palata hüquq müdafiə təşkilatı deyil. İctimai Palata insan hüquqları ilə bağlı 10 dekabrda tədbir keçirib. O tədbirdə bütün siyasi motivlərlə tutulanlarla bağlı mövqe açıqlanıb. Onların həbsdən azad edilməsi, ədalətli məhkəmə tərəfindən mühakimə edilmələrini tələb edib. O cümlədən Leyla Yunusun mülkiyyət və digər şəxslərin hüquqlarının pozulmasını qətiyyətlə pisləyib. İstiqlalçı deputat olan Arif Hacılının, gənc liderlər Tural Abbaslı və Əhəd Məmmədli, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin və digərlərinin müdafiəsi yüksək səviyyədə təşkil olunmayıb. Ürək ağrıdan haldır ki, Harvard Universitetinin tələbəsi olmuş Bəxtiyar Hacıyevin azadlığa çıxması üçün kampaniya da yüksək səviyyədə aparılmır. Bu məsələlər məni çox narahat edir. İmkan daxilində bütün hüquq müdafiəçilərinə məktub yazır, sosial şəbəkələr vasitəsilə insanlara müraciət edirəm ki, elə şərait yaradaq ki, bu iqtidar vicdan məhbuslarını həbsdə saxlamaqla özünə daha çox problem yaratsın. Hələlik belə bir şərait yarada bilməmişik. Bunun nəticəsidir ki, Səməd Seyidov belə məsuliyyətsiz fikirlər söyləyir ki, vicdan məhbuslarının həbs müddətini azaltmaq olar. Beynəlxalq Əfv Təşkilatı 17 nəfəri rəsmən vicdan məhbusu elan edib. Bu şəxslərdən yalnız Cabbar Savalan azad olunub. Hazırda Azərbaycanda 16 vicdan məhbusu var. Eynulla Fətullayev isə belə bir bəyanat vermişdi ki, Azərbaycanda cəmi bir vicdan məhbusu var. Allah həmin şəxsin qapısını açsın, amma Beynəlxalq Əfv Təşkilatı həmin adamın əməlində zorakılıq halları olduğu üçün vicdan məhbusu kimi tanımadı. Şübhəsiz ki, həmin şəxsin həbsi siyasi motivlidir. Məncə, hüquq müdafiəçisi iddiasında olan bir çox şəxslər bu məsələdə qeyri-düzgün mövqe tutur. Murad Sadəddinov, Eldar Zeynalov və digər hüquq müdafiəçiləri bu məsələlər barədə öz fikirlərini açıq bildirməlidir. Əgər Azərbaycanda ”Eurovision" müsabiqəsi keçiriləcəksə, bütün dünyanın diqqəti Azərbaycana yönələcəksə, bu ölkədə insan hüquqlarının tapdanması, vicdan məhbuslarının olması utancverici haldır. O cümlədən Səməd Seyidov üçün. Seyidov özünə bir balaca hörmət etsə, bilməlidir ki, vicdan məhbuslarının dərhal və qeyd-şərtsiz azad olunması beynəlxalq təcrübədə təsdiq olunmuş beynəlxalq standartdır. Səməd Seyidovun belə bir açıqlama verməsi ictimai rəyi çaşdırmaq, beynəlxalq ictimaiyyəti ələ salmaqdır".

E.MƏMMƏDƏLİYEV

1480 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008