23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATDAN ARİF HACILININ MÜRACİƏTİNƏ REAKSİYALAR GƏLDİ

2012-02-01

Partiya üzvləri həbsdəki vicdan məhbusunun narahatlığını təbii sayır

Müsavat Partiyasının qurultayının keçiriləcəyi yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilməsindən 10 gün keçsə də, məktuba hələ də cavab verilməyib. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun verdiyi xəbərə görə, cavabın nə üçün gecikdirildiyini öyrənmək üçün yanvarın 31-də səhər BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovla əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.

T.YaqubluT.Yaqublu bildirdi ki, qurultaya bir ay qalıb və meriya yerlə bağlı müraciətə tez cavab verməlidir. Başqan müavini müraciətlərinə müsbət cavab almaq üçün bugünlərdə daha ciddi addımlar atacaqlarını da dedi. Qeyd edək ki, Müsavat Partiyası martın 3-4-də keçirməyi planlaşdırdığı qurultay üçün Bakı Əli Oyunları İdman Sarayının ayrılmasını BŞİH-dən istəyib.
Qurultay yaxınlaşdıqca Müsavat Partiyasının Nizamnaməsinə dəyişiklik edilib-edilməməsi məsələsi ətrafında müzakirələr intensivləşir. Bu arada Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılı müsavatçılara müraciət edib (müraciətin tam mətni “Yeni Müsavat”ın dünənki sayında dərc olunub). Müraciətində A.Hacılı bildirib ki, on ilə yaxın davam edən “nizamnamə dəyişsin, dəyişməsin” dartışması, nəhayət, yekunlaşmalıdır. Müsavatın taleyinin guya bu qərardan asılı olduğu haqda ziyanlı təbliğata son qoyulmalıdır. İndiki qeyri-müəyyən vəziyyət davam etdikcə Müsavata çirkin əllərin və çirkin dillərin uzanması davam edəcək.
Nüşabə SadıxlıArif Hacılının müraciətinə tanınmış müsavatçıların münasibətini öyrəndik.
Müsavat Partiyasının Divan üzvü, professor Nüşabə Sadıxlı bildirdi ki, Arif Hacılıya çox böyük hörmət və məhəbbəti var. Onun partiyanın bütövlüyünü düşünməsi təbiidir: “Mənim dəyər verdiyim insanlar sırasında Arif bəy birincilərdəndir. O, partiyanın zərər çəkməsini istəmir. Mən hesab edirəm ki, söhbət kimin başqan olmasından getmir. Ona görə ki, namizədliyini verən hər bir müsavatçının başqan olmaq haqqı var. Onlardan ən çox haqqı olan da bəlkə də Arif bəydir. İndi söhbət ondan gedir ki, hazırkı həssas vəziyyətdə Müsavatda başqan seçkisinin gündəmə gəlməsi münasib deyil. Məsələ tək nizamnamənin dəyişib-dəyişməməsi deyil. Belə təkliflər də var ki, başqan seçkisi gündəliyə daxil edilməsin. Bu məsələlərin hamısını qurultay nümayəndələri həll edə bilər”.
Gülağa AslanlıMüsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Arif Hacılının narahatçılğını başa düşdüyünü və qəbul etdiyini bildirdi: “Mən də hesab edirəm ki, Arif bəyin dediyi məsələyə nə qədər son qoyulsa, bunun müzakirəsinə uzun müddət ayrılmasa daha yaxşı olar. Amma digər tərəfdən də Müsavat Azərbaycanın taleyində mühüm rol oynayan partiyadır. Ona görə də bizim istəyimizdən asılı olmayaraq bu məsələnin müzakirəsi hələ bir qədər də davam eləyə bilər. Amma Arif bəy Müsavat Partiyasının zəifləməsini istəməyən, növbəti qurultaydan da monolit güc kimi çıxmasını istəyən insanlara müraciət edib. Hesab edirəm ki, Arif Hacılı haqlıdır”.
Müsavat Partiyasının Divan üzvü, professor Adil Qeybulla bildirdi ki, şəxsən onu partiyanın tamlığı və birliyi maraqlandırır: “Bizim nigarançılığımız fərdlərə, onların şəxsi parametrlərinə qarşı yönəlməyib. Adil QeybullaOna görə də Arif Hacılının nəyi nəzərdə tutduğunu deyə bilmərəm, amma hesab edirəm hər kəs ilk növbədə partiyanın birliyi, mütəşəkkilliyi haqqında düşünməlidir. Çünki qarşıda çox ciddi hadisələr gözlənilir. Bu məsələlərdə Müsavat Partiyasının Azərbaycan dövlətçiliyinə, milli maraqlarına uyğun hərəkət etməsi üçün onun cəmiyyətdəki siyasi çəkisindən çox şey asılı olacaq. Nizamnamə ilə bağlı məsələyə yəqin ki, artıq nöqtə qoyulub. Çünki İsa bəy açıqlamalarında bu məsələyə nöqtə qoyub. Hər haldab başqan olaraq konkret mövqe ortaya qoyub. Lakin bütün müsavatçılar çaşqınlıq durumunda müxtəlif fikirlər irəli sürürlər, hansısa situasiyadan çıxış yolları axtarırlar. Hesab edirəm ki, Müsavat Partiyasının qaydalarına hörmətlə yanaşacağıq. Bununla belə, qurultayda kimsə nizamnamənin dəyişdirilməsi təklifini irəli sürəcəksə, bu, onun hüququdur. Qurultayda müxtəlif təkliflər irəli sürülə və o təkliflərin hər birş müzakirə mövzusu ola bilər”.
Qubad İbadoğluMüsavat Divanının üzvü, iqtisadçı-alim Qubad İbadoğlu bildirdi ki, A.Hacılının müraciəti Müsavat Partiyası ətrafında yaranmış narahatçılığa müəyyən mənada aydınlıq gətirir: “Bu, çox vacib məqamlardan biridir. Müraciətdən görünür ki, partiyanın qurulmasında xidmətləri olan Arif bəy partiyanın gələcəyi ilə bağlı daha nikbin mövqedədir. Mən bunu yüksək qiymətləndirirəm. Müsavatın proqram və nizamnaməsi ilə bağlı müzakirələr Müsavatın içində də, xaricində də gedə bilər. Belə müzakirələri təbii sayıram. Bu müzakirələrlə bağlı kiməsə təsir göstərmək fikrində deyilik”.

Etibar SEYİDAĞA

1061 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008