23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

RƏSUL QULİYEVİN ADAMI AYAZ MÜTƏLLİBOVA CAVAB VERDİ

2012-02-04

“İnanmıram ki, Rəsul müəllim bu hakimiyyətdən kiminləsə gizli əməkdaşlıqda olsun”

“Rəsul Quliyev kiməsə, nəyəsə arxalanıb 2013-cü ildə keçiriləcək prezident seçkilərində qələbə qazanacağı barədə bəyanatlar verirsə, bu, onun öz işidir. Mən bu işlərə qarışmıram. Ancaq bu cür bəyanatları vermək üçün Azərbaycana gəlib ölkənin siyasəti ilə məşğul olmaq lazımdır”. Bu barədə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov "SalamNews"a müsahibəsində bildirib.

Özünün Azərbaycana nə zaman qayıdacağına gəlincə, eks-prezident deyib ki, Azərbaycana gəlişi keçmiş prezidentlər haqqında qanunun qəbulundan asılıdır: “Qanun layihəsi ikinci oxunuşda qəbul edilib və üçüncü oxunuşda qəbul edilməsini gözləyirəm. Azərbaycana gələndən sonra isə 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəm”.
A.Mütəllibovun R.Quliyevin barəsində dediyi fikirlərə eks-spikerin lideri olduğu Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sədri Dayandur Qəmbərli “Yeni Müsavat”a açıqlamasında cavab verib. D.Qəmbərli bildirdi ki, A.Mütəllibov R.Quliyevin Azərbaycanda böyük nüfuzunun olmasından xəbərdardır, sadəcə, müəyyən məsələlərə görə onu dilə gətirmir: “Rəsul Quliyev Azərbaycan xalqının ona olan inamına, hörmətinə arxalanır. Ona görə də əminliklə bəyan edir ki, 2013-cü ildə prezident seçiləcək. Rəsul müəllim bəzilərindən fərqli olaraq hətta ölkəsində yaşamaya-yaşamaya da siyasət meydanında lider kimi qəbul olunan, siyasi gündəmdən düşməyən siyasətçidir. Bunu hər adam bacara bilməz. O, xalqına və bacarığına inanır, arxalanır. Verdiyi inamlı bəyanat da bundan irəli gəlir”.
Ali Məclis sədri onu da dedi ki, R.Quliyevin hərəkat yaratmasının, son vaxtlar daha da aktivləşməsinin arxasında hakimiyyətdəki güclü qruplaşmalardan birinin dayandığı barədə deyilənlər doğru deyil: “Rəsul müəllimin xarakterinə bələdəm. Mən onu separat danışıqlara gedən adam kimi tanımıram. İnanmıram ki, Rəsul Quliyev bu hakimiyyətdən kiminləsə gizli əməkdaşlıqda olsun. O, hakimiyyətə xalqının və özünün gücünə arxalanıb gəlmək iddiasındadır, hansısa məmurun dəstəyi ilə yox”.
D.Qəmbərli 2013-cü il prezident seçkilərində R.Quliyevin Azərbaycanda olmasının istisna edilmədiyini dedi.

Etibar SEYİDAĞA

1921 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008