23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT PARTİYALARI FƏALİYYƏTİNİ DONDURMAYIB

2012-02-04

Müsavat, ADP, Ümid funksionerləri iş başındadır

Bir neçə gün ərzində paytaxtda qar yağması şəhər təsərrüfatının iflic olması ilə nəticələndi. Bəs belə bir vəziyyətdə müxalifət partiyaları necə fəaliyyət göstərə bildi və ümumiyyətlə, qərargahlarda vəziyyət necədir? Bu suallara cavab tapmaq məqsədilə müxalifət partiyalarının paytaxtdakı qərargahlarına baş çəkdik.

Gülağa AslanlıMüsavat Partiyasının 7-ci mikrorayonda yerləşən qərargaha gedən yol qardan təmizlənib, binanın qarşısından da qar kürünüb. Qərargahda başqanın müavinlərindən ikisini- Tofiq Yaqublu və Gülağa Aslanlını iş başında görürük. Kiçik elektrik plitəsi ilə qızdırılan otaqlar soyuqdur. T.Yaqublu bildirir ki, əksəriyyət iş başındadır: “Başqan da bir azdan gələcək”. G.Aslanlı isə deyir ki, fevralın 2-də yolların bağlanması səbəbindən işə gələ bilməyib: “9-cu miktrorayonda yaşayıram. Evdə su da kəsilmişdi. Yolu aşağı düşmək mümkün deyildi, heç yük maşınları da qalxmırdı. Mağazaya çörəyi gətirmək üçün hərbi maşına bənzər maşından istifadə edirdilər”.
G.Aslanlı şəhərin iflic vəziyyətdə olmasından narahatlığını ifadə etdi: “Aeroportun fəaliyyəti dayandı, uçuşlar, reyslər dayandı. Bu, onu göstərir ki, şəhər ümumiyyətlə qışa hazır deyil. Bakı Şəhər İcra Hakimiyyəti nə qədər bunun əksini desə də, qışa hazırlıq sıfır səviyyəsindədir”.
Soyuq havaya baxmayaraq, G.Aslanlı İctimai Palatanın fevralın 4-də sessiyasının keçiriləcəyini də vurğuladı: “İndi insanlara mesaj göndərməyə başlamışam ki, sessiyaya gələcəklərini təsdiq etsinlər. Qərargahda normal iş şəraiti bərpa olunub. Sessiyanın keçiriləcəyi zalın kondisionerləri də işləyir. Ona görə hamını sessiyaya dəvət edirik”.
Sərdar CəlaloğluADP-nin qərargahında əksər qapıları bağlı gördük. Partiyanın sədri Sərdar Cəlaloğlu isə soyuq otaqda iş başında idi. O deyir ki, havaların bu cür kəskinləşməsi səbəbindən partiya funksionerlərinin bir çoxuna zəng edərək işə gəlməməyi tapşırıb: “Uzaqda qalanların gəlməməsini özüm istədim. Hazırda qərargahda bir neçə nəfər var. Özüm də oturub kitabımı yazıram”. S.Cəlaloğlunun sözlərinə görə, Bakı nəinki anomal soyuqlara, hətta ekstremal şəraitlərə hazır deyil: “Ən primitiv səviyyətə küçələrə duz, qum atmaqdı ki, bunu da etmədilər. Şəhər təsərrüfatı ekstremal situasiyalara hazır olmalıdır. Başqa bir dəhşətli fəlakət olsa, vəziyyətimiz necə olardı? Bu, onu göstərir ki, belə halda Azərbaycan xalqı ölümə məhkumdur. Ancaq bu gün Bakı Şəhər İcra Hakimiyyətini yoxlasaq, məlum olacaq ki, kağız üzərində qarın yağması ilə bağlı milyonlarla manat xərc çəkildiyini göstəriblər. Guya tonlarla duz, qum istifadə ediblər. Bu xalqla bu cür rəftar vicdansızlıqdan başqa bir şey deyil. Bu, açıq-aşkar vicdansızlıqdır. İnsanlıar vergi verirlər, dövlət büdcəsi formalaşdırırlar. Dövlət büdcəsində də 1 milyard dollara yaxın kommunal xərclərə pul ayrılır. İl ərzində isə heç bir iş görülmür. Bu milyardlar hara gedir?”.
Rəfail TağızadəÜmid Partiyasının ofisi isə istidir. Partiyanın funksionerlərinin əksəriyyəti iş başındadır. Partiyanın sədr müavini Rəfail Tağızadə bildirir ki, şəhər rəhbərliyinin qışa hazırlığı analoqu olmayan hazırlıq idi: “Çox pis vəziyyət idi. Heç qışa hazırlığa cəhd də olmayıb. İnsanlar evdən çölə çıxıb hərəkət edə bilmirdi. Qışda qar yağmalıdır, ancaq hazırlıq da lazımdır. Hakimiyyət, xüsusən şəhər rəhbərliyi heç payıza hazır deyildi. Yola cavabdeh qurumlardan nə BŞİH, nə ”Azəravtoyolservis", nə də Fövqəladə Hallar Nazirliyi heç biri görünmədi". Partiyanın üzvləri isə bildirdilər ki, qar yağan günlərdə evlərində işıq, su olmayıb: “Bu günə qədər Yasamalda su yoxdur”.

Röya RƏFİYEVA

290 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008